Sonuna kimi gedilməmiş yol heç gedilməmiş bir yol kimidir. Doktor Səlim Özdəmir
Səhifə
- Ana səhifə
- Haqqımda
- Mənim uğurlarım
- Biologiya fənninin tarixi
- Şagirdlər üçün İnteraktiv oyunlar
- Zoologiya və canlılar aləmi
- Məktəbimiz
- Valideyinlər üçün
- Test toplusu
- Müəllimlərə dəstək
- Zoocoğrafiya- Azərbaycan
- Biologiya rəqəmlərdə
- Laboratoriya işi
- VEB 2.0
- Krossvordlar toplusu
- Tədbirlər və ssenarilər
- Genetika
- Sitologiya
- Elektron kitablar
- Tapşırıqlar
- GlobalLab
- Siniflər üzrə " Distant Dərslər".
- Globallabdan Sertfikatlarım
- Kurikulumun əsas tələbləri
- Genetikanın əsasları Video Dərs
- Bloqun təqdimatı
- "Viktorina" adlı tədbirdən görüntülər
- Məlumat kitabçası
- "Elektron Təhsil "
- Şəxsiyyətlər
- Test 7 sinif
- Test 6 sinif
- Diaqnostik suallar
- Lüğət №1
- İşə qəbul testləri
- Təhsil portalı
- Dərslərin qısa şərhi
вторник, 10 ноября 2015 г.
понедельник, 9 ноября 2015 г.
вторник, 3 ноября 2015 г.
VEB 2.0 TEXNOLOGİYALARI VƏ PEDAQOQİKA
VEB 2.0 TEXNOLOGİYALARI VƏ PEDAQOQİKA
Təəssüflər olsun
ki, bu gün Azərbaycanda internet resursları sahəsində böyük boşluqlar
mövcuddur. Bu boşluqların əsas səbəbi bizim pedaqoqların internetdən tədris
vasitəsi kimi tam istifadə edə bilməməsindədir. Bu gün məktəblərimizin böyük əksəriyyəti
internet , kompyuter və kompyuter texnologiyaları ilə təmin olunmuşdur. Amma
aparılan monitorinqlər nəticəsində məlum olur ki, bunlardan dərs prosesində səmərəli
istifadə edə bilmirlər. Bu zaman ortaya belə bir maraqlı sual çıxır. Bütün
bunların səbəbi nədir?
Əsas səbəb
internet resusrlarından tədris prosesində istifadə qaydalarını əksər
pedaqoqlarımızın bilməməyidir. Onlar internetdə necə düzgün axtarışın verilməsini
tam bilmirlər. Dünya ölkələrinin internet resusrlarına baxsaq görərik ki,
onlarda olduqca geniş həcmli, təhsilin bütün pillələrini əhataə edən internet
resusrları vardır. Keçmiş Potsavet ölkələri içərisində ən çox internet resursu
olan ölkələrə nəzər salsaq, Estoniya, Latviya, Rusiya Fedarasiyası, Ukrayna
kimi dövlətləri görmüş olarıq. Bu ölkələrdə artıq internet dərs prosesində dərsin
bir hissəsi kimi istifadə olunur
Şagirdlər
internetə elektron ensiklopediya kimi baxırlar. Onlar internetdən öz müəllimlərinin
onlara verdikləri düzgün istiqamət şəkilində, onların tədris mövzularına uyğun
resurslar əldə edir, onları analiz edir və sonda onu öz tapşırıqlarına tətbiq
edirlər
Müasir
pedaqogikanın qarşısında duran ən önəmli vəzifələrdən bri də tədris prosesinin
effektivliyini artırmaqdır. Müəllim
- bir ömür boyu durmadan öyrənən bir
şəxsiyyətdir.
Məhz buna
görə də müəllim daim öz üzərində işləməli və müasir təlim texnologiyaları
haqqında geniş biliyə malik olmalı, hətta bu texnologiyalardan dərs prosesində necə səmərəli
istifadə etməyi bilməli və bu bilikləri öz şagirdlərinə öyrətməlidir. Yalnız bu
zaman onun keçdiyi dərs maraqlı və effektiv ola bilər. XXI əsr- “Yüksək kompüter texnologiyaları əsridir”.
Müasir
şagird elektron mədəniyyət dünyasında yaşayır. Bu informasiya mədəniyyətində
artıq müəllimin də rolu dəyişir. Onun rolu informasiya mədəniyyətinin
keşikçisinə çevrilməkdir.
Müasir
şagird kompüter texnikası və texnologiyalarından daha dərin bilgilərə yiyələnmək
üçün, hər gün durmadan can atır. Onlar bu sahədə olan bilgilərini artırmağa
çalışırlar. Elə bunun üçün də müəllim bu müasir bilikləri və metodikanı öyrənməlidir
ki, öz şagirdləri ilə “eyni dildə “Müasir
müəllimin qarşısında duran ən mühüm vəzifələrdən biri – kompüter texnikası və
texnologiyalarından düzgün istifadə qaydaları, onun mövcud imkanlarını və bu
imkanlardan tədris prosesində istifadə edərək, yeni biliklər öyrənmək, öz
şagirdlərinə kompyüterin oyun aləti deyil, onun köməkliyi ilə yeni biliklərin
öyrənilməsinə nail olmaq üçün, bir mexanizm olduğunu aşılamaqdır.
Müasir əsrdə
dünya təhsil sistemində müəllim və həm də şagirdlər üçün, öz biliklərini təkmilləşdirmək
üçün, əsas vacib komponentlərdən biri də internet resurslarıdır. İnternet Resursları nədir? - İnternet
resursları işdə, evdə, tədrisdə bizim əsas
köməkçimizdir. İnternetdə mövcud olan resurslar bizim gündəlik həyatımızda bizə
lazım olan informasiyaları əldə etməkdə , dostlarımızla söhbət etməkdə bizim
işimizi asanlaşdırır.
Personal kompüterin və internetin
tədris müəssisəsinə daxil olması şagirdlərin
internet resurslarından istifadə edərək, kompüter texnologiyasının mövcud
imkanlarını tətbiq edərək öz dərslərini daha da maraqlı etməyə, yeni məntiqi təfəkkürə
əsaslanan düşünmə tərzinin formalaşdırılmasına imkan yaradır. Amma çox təəssüflər
olsun ki, bu gün bir çox tədris müəssisələrində və evlərimizdə kompüter və
internet əsasən bir oyuncaq, əyləncə və oyunların oynanılmasında istifadə
olunur. Bunun da əsas yeganə bir səbəbi var:
Müəllim internet resurslarından özü tam şəkildə
istifadə etməyi bacarmalıdır ki, daha sonra öz şagirdlərinə düzgün istiqamətli
tapşırıqlar versin ki, onun şagirdləri də internetdən tədris məqsədləri üçün
istifadə etmiş olsun.
Bu məsələ
uzun illərdi ki, bütün dünya alimlərini
düşündürürdü. İnternet resurslarından dərs prosesində istifadə etmək bizə nə
verə bilər?
- Müəllim
rolunu internet, kitab rolunu isə internetdə mövcud olan, şagird və müəllimlərin istifadə etdikləri tədrisə istiqamətlənmiş resurslar oynayır.
-
Müasir tədrisdə
internet resursları müəllim və şagirdlər üçün - ayrı -ayrı tədris bölümləri üzrə informasiyaların dolğun şəkildə əldə olunması
üçün, köməkçi bir vasitə, alətdir.
-
Dünya təcrübəsinə nəzər salsaq, əsasən tədrisdə
internet resurslarından istifadəyə çox maraqlı bir yanaşma var:
1. Müasir
təhsilə - müasir müəllim;
2. Müasir müəllim üçün- müasir bilik;
3. Müasir
bilik- kompyuter+İnternet texnologiyaları = internet resursları vasitəsi ilə əldə
oluna bilən
İnternet tədris resurslarından istifadənin yaratdığı
imkanlar:
-
lazım olan informasiyanın azad, genişzolaqlı şəkildə axtarılması;
-
konkret internet resurslarının müəllimin
metodik tapşırığı əsasında öyrənilməsi;
-
didaktik vasitələrin
hazırlanması üçün öyrənilməsi;
-
tədris
materiallarındakı mövcud boşluqların doldurulması;
-
İnformasiya axtarışı
bilgilərinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi;
-
şagirdlərin bilik və
bacarıqlarının qısa vaxt çərçivəsində qiymətləndirilməsi
Məhz Bəs necə etmək lazımdır
ki, internet resurslarından tədris prosesində daha səmərəli istifadə edək.
Artıq bir çox ölkələrdə kompüter texnologiyalarından və internet resurslarından
tədris prosesində müəllim və şagirdlər tərəfindən səmərəli istifadə etməyin
yolları araşdırılmışdır. Bunu öz tədris prosesində istifadə edən dövlətlərin dərs
prosesində böyük dəyişikliklər baş verir. Bu dəyişikliklər dərs zamanı dərsin
canlı keçməsinə şərait yaradır. Şagirdlərdə ən əsas tədqiqatçılıq və analizetmə
bacarıqlarının inkişafına gətirib çıxarır. Veb 2.0 – ikinci nəsil şəbəkə xitmətləridir ki,
internetdə fəaliyyət göstərir. Birinci nəsil xidmətlərdən - Veb 1.0 xidmətlərindən
fərqli olaraq internet xidmətlərindən birgə istifadə etmək, informasiya mübadiləsi
və o cümlədən böyük həcmli nəşrlər üçün geniş imkanları var. Artıq dünya web
2.0 internet saytlarına keçid alıb. Bəs bu web 2.0 nədir? Əvvəllər ancaq məlumat
verən web 1.0 saytları var idi, indi isə bunlar çox geridə qaldı.Web 1.0
saytları ancaq bir nəfər tərəfindən idarə olunurdu. Ancaq məlumat verirdi və bu
işdə bir nəfər tərəfindən edilirdi.Yeni fikir əlavə etmək istədikdə artıq
problemlər yaranırdı. Web 2.0 saytlarında isə ziyarətçilər istədiyini əlavə edə
bilir. Eyni zamanda bu tip saytlar görünüş cəhətdən daha gözəl olurlar. Bu
saytlara misal olaraq Google Adsense, Vikipediya, Flickr, WordPress, Blogger
kimi saytları göstərmək olar. Veb 2.0 terminin yaranması 2005-ci ilin
sentyabırında “Tim O Reilli – what is Web 2.0” məqaləsindən sonra bir termin
kimi daha geniş istifadə olunmağa başladı. Tim O Reillinin məqaləsində internet
məkanında ümumi, oxşar xəhətləri olan veb səhifələrin meydana çıxmasını qeyd
etmişdi və bununla yanaşı onları Web 1.0 xidmətlərinə alternativ olaraq Veb 2.0
adlandırmişdır.Veb 2.0 texnologiyalarının əsas imkanları olduqca böyükdür:
1. Veb səhifənin
yaradılması.
Hər bir istifadəçiyə imkan verir ki, veb səhifədən
müstəqil istifadə edərək özü informasiyalar qeyd etsin. İstifadəçilər müstəqil
olaraq şəbəkədə gündəlik, məqalə, şəkil, audio, video yazılar, qeydlər və o
cümlədən öz səhifələrinin dizaynının formalaşdırsın.
2. Materiallardan
daimi istifadə imkanı.
Bu imkan istifadəçilərdə şərait yaradırki, şəbəkədə
keçmişdə dərc olunmuş materialları nə vaxt dərc olunmasından asılı olmayaraq
istədiyimiz vaxt istifadə edək. İndi biz hər zaman istədiyimiz vaxt əvvəllər dərc
olunan materialları təkrar-təkrar istifadə edəcəyik. Bu imkan verir ki, tədris
sahəsində həm fərdi və qrup layihələri icrası zamanı müəyyən mərhələlərdə nəticələrin
fərqliliyini izləyə bilək.
3. İşarələmə
- qruplaşdırılmış tapşırıqların həlli üçün vasitə.
Hər bir əlfəcin (zakladka) sahibi xüsusi işarə kimi
toladığı materiallara açar sözlər qoya bilər ki, bu da növbəti axtarışlarda
istifadəçilər üçün axtarışı asanlaşdırar.
4. Şəbəkə
istifadəçiləri arasında dinamik münasibər.
Bu cür münasibət əsasən məqalələrin növləri, ayrı -
ayrı məqalələr, şəkillər, rəsmlər vasitəsilə mümkün olur. Bununla biz şagird və
tələbələrə şəbəkələr arasında məntiqi əlaqəni göstərə bilərik.
Veb 2.0 sosial xidməti yeni müasir üsul və şəbəkə təminatıdır
ki, qrup halında fəaliyyətə imkan verir.
Bu fəaliyyətlər aşağıdakılardır:
- istifadəçilərin
fərdi təsiri və iştirakçılar arasında ünsiyyət
- fikirlərin,
ideyaların qeyd edilməsi, işarələr qoymaq və başqa mətnlərin düzəlişi ( Bloq,
vikipedia)
- internet
resurslarına əlfəcinlər, keçidlər qoymaq (bobrdobr)
- şəkil
yerləşdirmək (flikr, fotki.ru)
- kitab
yerləşdirmək (skribd)
- video
xidmətlər (Yutub)
- Coğrafi
xidmətlər (Quql Yer, Vikimap)
- İnformasiya
mübadiləsi (messenger, skype)
Veb 2.0 hər bir istifadəçiyə sərbəst surətdə şəbəkədə
öz səhifəsini yaratmağa imkan verir. İndi hər bir istifadəçi nəinki, rəqəmsal
kolleksiyalara daxil olub baxa bilmək imkanı əldə edəcək o cümlədən öz səhifələrində
bu imkanlardan - Veb 2.0 xidmətlərindən istifadə edib belə kolleksiyalar
yaratmaq imkanına da malikdir. Yeni imkanlar nəinki bizim yeni tapşırıqlarımızı
həll etmək imkanına malikdir o cümlədən bizim dünya görüşümüzü dəyişmək və bizə
ayrı – ayrı hadisələrə fərqli baxmağa imkan verir. Yuxarıda qeyd edilən sosial
xidmətlər bir-biri ilə sıx bağlıdır. Veb 2.0 xidmətləri təkcə ünsiyyət üçün
yaranmayıb. O cümlədən bu vasitə ilə qarşılıqlı təsir imkanlarına malik olmağı,
yeni obyektlər yaratmağı və bu obyektlərin daxilində başqa obyektlər yerləşdirmək
imkanları verir. Veb 2.0 sosial xidmət kimi nəinki ancaq sosial – ictimai sahədə
o cümlədən pedaqoji sahədə də imkanları var. Hansı ki, mövcud imkanlardan sadəcə
müxtəlif növ layihə metodlarından istifadə etməklə bu texnologiyalarda istifadə
etmək olar. Bu cür təcrübələr bir çox inkişaf etmiş xarici dövlətlərdə istifadə
olunur. Bu təcrübələrin real nəticələri həmin ölkələrin təhsil, sosial həyatlarında
açıq görsənir.
Подписаться на:
Сообщения (Atom)