|
|
Boz ayı
Boz ayılar yırtıcı məməli
heyvanlardır.Uzunluğu 3 metrədək,çəkisi 600-700 kiloqram olur.Başı
uzunsov,qulaqları və gözləri kiçik, quyruğu qısa olur. Onların pəncəsi iri,
beşbarmaqlı və yastıdabandır.Ayılar qoxunu çox yaxşı duyur, pis eşidir və zəif
görürlər.Onların xəzi boz rəngdə olur və çox sıxdır.Ayıların əksər növləri meşələrdə
yaşayırlar.Azərbaycanda ayıların bir növünə təsadüf edilir.Ayılar qış yuxusuna
gedir.Ətli yeməlidir.Onların piyindən və ödündən tibdə, dərisindən isə məişətdə
istifadə edilir.Ayılar 1-5 bala doğur. 50 ilə qədər yaşayır.
Canavar
itlər fəsiləlisindən olan yırtıcı məmli heyvandır.Bədəninin uzunluğu 105-160
santimetrə,çəkisi 35-50 kiloqrama qədər olur.Avropa,Asiya,Şimali Amerika və Azərbaycanda
dəniz sahilindən dağların yüksək yamaclarına qədər geniş yayılmışdır.Ən çox
çöllərdə,xüsusilə mal-qara otarılan yerlərdə,səhralarda
olur.
Canavarın rəngi bozdur.O, qidalanmaq üçün vəhşi
və ətli dırnaqları,iti,dovşanı,xırda gəmiriciləri və s.ovlayır.Canavrlar qışın əvvəlində
10-12 fərddən ibarət sürülərlə gəzir.Yalnız çöl və səhra canavarları yuv qazır,meşə canavarları isə
ağacların altındakı yataqlarda, qamışlıqlarda və başqa gizli quru yerlərdə
balalayır.Payızda balalar böyük canavarlarla ova çıxır.Canavarlar heyvandarlığa
ziyan vurur.Onlar 15-16 il yaşayırlar.
Dovşan
Dovşanlar –dovşankimilər dəstəsindən
olan məmli heyvanlardır.Dovşanlar Madaqsakar adası, Cənubi Amerikanın cənub əraziləri
və Antarktidadan başqa dünyanın hər yerində yayılmışdır.
Azərbaycanda dovşanların iki
növünə- boz dovşan və Xəzər dənizinin bəzi adlarında vəhşiləşmiş
adadovşanlarına rast gəlmək olar.Dovşanlar
ildə 4 dəfəyə qədər balalaya bilir.Onlar tək həyat sürürlər.Boz dovşanların
balaları doğulan kimi görür və tüklü
olurlar.
Adadovşanının balaları isə kor və
tüksüz doğulur.Onlar yuvalarda koloniyalarla yaşayırlar.Dovşanlar ot bitkiləri,ağac
qabığı,budaq və tumurcuqlarla qidalanırlar.
Xəzər suitisi
Suitilər-pərayaqlılar
dəstəsindən olan məməli heyvanlardır.Suitilərin əksəriyyətinin bədəni
uzunsovdur.Suititlərin 20-dəkvnövü məlumdur.Azərbaycanda onun 1 növü –Xəzər
suitisin yaşayır. Bədənini uzunluğu 140 santimetrə,çəkisi 60 kiloqrama qədərdir.Suitilər
sənaye əhəmiyyəti az olan balıq,ilbiz və xərçənglərlə qidalanır.Onun dərisi və
piyi qiymətlidir.Xəzər suitisi Xəzər dənizinin şimalında qış zamanı ovlanır.
Xəzər suitisinə Abşeron
yarımadasının ətrafındakı Çilov adasında, Şah Dilində və başqa adalarda təsadüf
edilir.
Qızılqaz
Qızılqaz-
flaminqo dəstəsinin bir növüdür.O, ayaqları və boynu çox uzun iri su
quşudur. Qızılqazın çəkisi 3,4-4 kiloqram, qanadlarınınuzunluğu 43-49 santimetrə
qədər olur.Onun üst və alt tərəfinin bir hissəsi tünd –narıncı rəngdədir.Qızılqazın
qara rəngdə olan iri qanad lələkləri vardır.Onun qabaq barmaqları pərdə ilə
birləşmişdir.Yoğun və xeyli uzun dimdiyi ortadan qövs şəkində əyridir.Qızılqazın
rəngi əsasən ağdır.Onun arealı qırıq-qırıqdır.
Fransa və İspaniyanın cənubunda,Afrikanın
şimal və cənubunda. İran ,Hindastan və Cənubi Amerikada yayılmışdır.
Azərbaycanda noyabrdan martın
axırına qədər böyük dəstələrə Qızılağac körfəzində qışlayır.Sahilin dayaz yerlərində
su bitkiləri və onurğasız heyvanlarla qidalanır.
Qızılqaz1-2, bəzən 3 yumurta
qoyur.Onun həm erkəyi,həm də dişisi 30-42 gün kürt yatır.
Qu quşu
Qu
quşları ördəkkimilər fəsiləsindən quş cinsidir. Onun bədəninin uzunluğu 180
santimetrə,çəkisi isə 13 kiloqrama qədərdir.Qu quşlarının boyunu uzun, ayaqları
qısa, lələkləri yumşaq və ağ rəngdə
olur. Bəzən boynu qara qu quşuna da təsadüf olunur. Qu quşları yaxşı üzürlər
Qu quşlarının 6 növü məlumdur.
Bir növə qara qu quşları daxildir.Qu quşlarının 1 növü qütb ətrafında , 2 növü
Avropa və Asiyada ,1 növü Şimali Amerikada və 1 növü Cənubi Amerikada
yayılmışdır.Azərbaycanda qu quşlarının 3 növü –qaradimdik, qızıldimdik və xırda
qu quşları məlumdur. Azərbaycanda onların 2 növü qışlayan və 1 növü isə uçub
köçəndir. Qu quşları dənizlərdə, bəzən şimalda, az hallarda cənub ölkələrinin
şirinsulu göllərində qışlayırlar.Onlar
qamışlı, böyük göllərdə yaşayırlar.Sahilin suya çox yaxın olan yerlərində düzəltdiyi
iri yuvaya5-7, bəzən 12-dək yumurta qoyur.
Qu quşunun dişisi 35-40 gün kürt
yatır. Onlar su və quru bitkiləri, bəzən dəniz onurğasızları ilə
qidalanırlar.Qu quşları parklarda, xüsusi göllərdə saxlanılır.
Yenot
Yenotlar – yenotkimilər fəsiləsindən
olan yırtıcı məməli heyvandır.Yenotların iki növü- adi və xərçəngyeyən növləri
var. Adi yenotun bədəninin uzunluğu 35 santimetrədək,quyruğunun uzunluğu 25
santimetrədək.çəkisi 7-8 kiloqram olur.Yenotların qalın tük örtüyü var.Rəngi
qara qarışıq sarımtıl-boz, quyruğunda eninə yerləşmiş bir neçə qara-qonur
halqalar olur. Onun gözləri bir-birinə yaxın yerləşmişdir.Yenotlar gecə həyatı
sürür .Onlar meşələrdə yaşayırlar.
Qışda yenotlar qış yuxusuna
gedirlər. Yenotlar müxtəlif heyvani yemlər və bitkilərlə qidalanırlar.Onların
1-5 balası olur.Yenotlar 20 il yaşayırlar.Yenotun xəzi qiymətlidir.Azərbaycanda
adi yenotlar iqlimə uyğunlaşdırılmışdır.
Bəbir
Bəbir
pişikimilər fəsiləsindən olan yırtıcı məməli heyvandır.Ona qaplan da deyilir. Bədənin
uzunluğu 165 santimetrədək, quyruğu 95 santimetrə qədər , erkəklərinin çəkisi
75 kiloqrama qədər, dişilərininki isə bir qədər az olur. Bəbilərin bədənləri əzələli,ayaqları
nisbətən qısa, xəzi sıx,yaxud kürən rəngli və qara xallıdır.
Bəzən
bəbir qara rəngli də olur. Bəbirə Afrikada, Ön və Cənubi Asiyada, nadir
hallarda Qafqaz dağlarında, Azərbaycanda isə Talış dağlarında və Naxçıvanda təsadüf
edilir.
Dişi
bəbir 2, bəzən 3 bala doğur. Bəbirlər qidalanmaq üçün əsasən dırnaqlı
heyvanları, quşları və gəmiriciləri ovlayır. Ev heyvanlarına və nadir hallarda
insana hücum edir.
Cüyür
Cüyür
və ya əlik- marallar fəsiləsinindən olan cüt dırnaqlı gövşəyən heyvanlara
aiddir.Yüngül və yaraşıqlı bədənin uzunluğu 150 santimetrədək,süysününün
hündürlüyü 100 santimetrədək olur.Yaşlı cüyürün çəkisi 25-60 kiloqrama qədər
olur.
Erkək
cüyürlər 3, bəzən 4 çıxıntısı olan buynuzlu, dişilər isə buynuzsuz olur.Onların
rəngi yayda kürən, qışda isə boz olur. Cüyürün yayılma arealı Avropa və Asiyanı
əhatə edir.
Azərbaycanda
yaşayan cüyürlər Avropa yarımnövünə
aiddir.Vaxtilə cüyürlərin Azərbaycanda
geniş yayılmasına baxmayaraq, hazırda yalnız Böyük Qafqazın, Kiçik Qafqazın və
Lənkəran zonasının dağətəyi meşələrində qalmışdır.Cüyürlərin 2 və ya 3 balası
olur.
Bəzgək
Bəzgək
dovdaqlar fəsiləsinin bir növüdür.Bədəninin uzunluğu 45-50 santimetrə, çəkisi
0,6-1 kiloqrama qədər olur.Bəzgəklərin lələkləri bel tərəfdən tünd-qonur, çilli
və zolaqlı,qarnının altı isə ağdır. Bəzgəklər yerdə düzəltdiyi yuvaya 3-5
yumurta qoyur.Onlar həşərat və bitki ilə qidalanırlar.
Bəzgəklərə
Afrikanın şimalı-qərbində və şimalında, Cənubi Afrikada .Cənubi-Şərqi Asiyada
rast gəlmək olur.Şərqi Avropada bozqırlarda yuva salan bəzgəklərin çoxu
qışlamaq üçün payızda Kür-Araz ovalığına
uçur.Çoxalma dövründə bəzgəyə Turut, Sarıca və Qarabağ düzlərində də rast gəlmək olur.
Qaban
Qaban
və ya çöldonuzu donuzlar fəsiləsindən olan məməli heyveanlara aiddir.
Uzunluğu 2 metrədək ,çəkisi 300 kiloqrama qədər olur. Onun bədəni cod tüklərə örtülmüşdür. Yaşlı qabanların rəngi qonurdur.Qaban balalarının – çoşqaların beli uzunu açıq rəngdə zolaqlar olur.
Qabanlar
Şimali Afrikada, Avropada və Asiyada , o cümlədən Azərbaycanda da yayılmışlar.
Onlar, əsasən, meşə və kolluqlarda yaşayırlar.Qidalanmaq üçün açıq səhralara
çıxırlar.
Sürü ilə yaşayan qabanlar gecə həyatı keçirirlər. Onlar ətinə və dərisinə görə ovlanırlar.Qabanlar kökümsov, qoza,cır meyvə ilə qidalanırlar.
Qıvrımlələk Qutan
Qıvrımlələk
qutan dəniz sahilində yaşayır.Onlar balıqla qidalanırlar.Qutan öz şikarını
havadan izləyir.Onu görən kimi üstünə şığıyıb suda onu tutur və şüşə qabdan
çıxan tıxac kimi sudan çıxır. Sonra didiyinin altındakı kisədən suyu boşaldaraq
balığı yuxarı tullayır və onu tutaraq birbaşa həzm sisteminə istiqamətləndirilir.
Erkək
qutanların 3-5 dişi rəfiqəsi olur.Onların hamısı bir yuvaya yumurta qoyur.Atla
qutan yumurtaların üstündə oturur və qutan balalarının tərbiyəsi ilə məşğul
olur.
Vaşaq
Vaşaq
pişikkimilər cinsindən olan məməli heyvandır.O, yırtıcıdır. Bədəninin uzunluğu
82-109 santimetr, quyruğunun uzunluğu 24 santimetr,çəkisi 8-19 kiloqram olur.
Sıx, boz-kürən xəz onu soyuqdan qoruyur.Uzun,enli pəncələri ona dərin qar üzərində
qaçmağa kömək edir.O, hətta asanlıqla cəld olan dovşanı da tuta
bilir.Qulaqlarında olan fırça istənilən səsi tutmağa ona kömək edir.Gözlərinin
iti görməsi vaşaqa gecələr ov etməyə imkan verir.Vaşaqlar tək-tək
yaşayırlar.Onlar ov etdikləri sahəni qonşularından qoruyurlar.Yem
axtarışında vaşaqlar özünə məxsus olan ərazinin
böyük bir sahəsini qaçaraq gəzə bilir. Onun şikarı kiçik çöl siçanı , cüyür ola
bilər. Vaşaq ov zamanı öz enerjisini qənaətlə sərf edir.Ov zamanı pusqudan
hücum etməyə üstünlük verir. Vaşaqlar Avropada, Şimali,Orta və qismən Ön
Asiyada, Şimali Amerikada, Azərbaycanda isə Naxçıvanda, Dağlıq Qarabağda,
Quba-Xaçmaz,Şəki –Zaqatala və Lənkəran-Astara zonalarında yayılmışdır.Onlar
geniş, sıx meşələrdə , düzənliklərdə və eləcə də dağlarda,bəzən meşə-çöldə
yaşayırlar. Vaşaqlar ağaclara yaxşı dırmaşırlar.
Boz qaz
Qazlar-qazkimilər
dəstəsinin ördəkkimilər fəsiləsindən olan quşlardır.Onların çəkisi 2-6 kiloqram
olur.Qazların hündür ayaqları üzməkdən çox gəzməyə uyğunlaşmışdır.Dimdiyi iri və
enlidir.Qazlar,əsasən, quruda , qismən də dayaz sularda bitki mənşəli yemlərlə
,Arktikada yaşayan növləri isə ,əsasən ,su onurğasızları ilə qidalanırlar.
Qazlar
yerdə düzəltdiyi yuvaya 5-8 yumurta qoyur.Onların bəzi növləri qayalarda yuva
düzəldir.Dişi qaz kürt yatır.
Azərbaycanda
qazın 3 növü yayılmışır.Ağdaş və şumluq qazları Azərbaycanda yalnız
qışlayır.Boz qaz isə həm qışlayır.həm də yuva qurur.Ev qazları vəhşi boz qazlardan əmələ gəlmişdir.Bu qazlar çəkisi
4-10 kiloqram və daha çox olan ətlik quş hesab edilir.Bundan başqa qazın tüklü
dərisindən , pərqu və lələyindən də istifadə edilir.Qaz piyi donvurma zamanı
qiymətli dərman kimi istifadə edilir.
Çaqqal
Çaqqal
itlər fəsiləsindən olan yırtıcı məməli heyvandır.O, canavara oxşayır,lakin
ondan xeyli kiçikdir.Onun quyruğu nisbətən qısa sifətli sivri formalıdır. Bədəninin
uzunluğu 71-82 santimetrə, quyruğu 20 santimetrə ,çəkisi 7-13 kiloqrama qədərdir.
Çaqqalın
rəngi qışda kürən-boz,yayda isə kürən olur.ÇaqqallarAvropanın cənubunda ,
Şimali Afrikada, Asiyanın cənubunda və Seylon adasında yayılmışdır.
Azərbaycanda
çaqqallara, əsasən ,aran düzənliklərinin sıx cəngəlliklərində, bəzən də səhra və
dağətəklərində rast gəlmək olur.
Çaqqallar
gəmirici və quşlarla,eləcə də leş,qida tullantıları,meyvə ilə
qidalanır.Çaqqalların 4-9 balası olur. Çaqqal,əsasən, gecə həyatı sürür.O,
12-14 il yaşayır.
Ceyran
Ceyran antiloplar cinsinə aid
cütdırnaqlı məməli heyvandır.Bədənin uzunluğu 95-115 santimetrə, süysününün
hündürlüyü 60-75 santimetrə,çəkisi 18-33 kiloqrama qədərdir.O, çox yaraşıqlı
heyvandır.Erkəklərin liraşəkilli buynuzu olur. Ceyranlar səhra və yarımsəhralarda
yaşayır.Onlar yovşan və müxtəlif ot bitkiləri yeyir, susuzluğa dözümlüdülər.
Yayda 3-5, qışda isə 10-20 fərdlər
ibarət dəstələrlə gəzirlər.Çox cəlddir və saatda 55-62 kilometr sürətlə qaça bilir.Ceyranların
1-2 balası olur. İran,Əfqanıstan,Qərbi Pakistan,Cənubi Monqolustan və Şimali Qərbi
Çinin səhralarında yayılmışdır.Azərbaycanda Şirvan dövlət qoruğunda və Korçay
yasaqlığında qorunur.
Mənbə
Heyvanlar aləmi –Azərbaycan.
Çöl pişiyi
Çöl pişiyi-pişikkimilər fəsiləsindən olub yırtıcı və məməli heyvan
cinsidir.Onlar xırda,orta və iri ölçülü olurlar.Kəlləsinin quruluşu,xəzinin rəngi
və coğrafiyayılmasına görə pişiklər 20-dək yarımcinsə bölünür.
Aralöq dənizi sahilboyu ölkələrdə, Orta Asiyada və Azərbaycanda
yayılmış çöl pişiyi ehtimal olunur ki, ev pişiyinin əcdadı olmuşdur.
Göl qurbağası
Qurbağalar suda-quruda yaşayan quyruqsuz heyvanlardır.Qurbağanın bədəni
qısadır.Boynu,quyruğu və xarici qulaqları yoxdur.Arxa ayaqları iki-üç dəfə
qabaq ayaqlarından uzundur.Qurbağalar tullanaraq hərəkət edir.
Onlar suya kürü tökürlər.Kürüdən çömçəquyruqlar çıxır və inkişaf edərək
qurbağaya çevrilirlər.
Göl qurbağaları demək olar ki, azərbaycan ərazisində yayılmışdır.
Gürzə-zəhərli ilandır.Onun uzunluğu 1,5metrə qədər oı vəlur.Gürzənin rəngi bozdur.Belində tünd xalları olur.Onun başı yastı,boynu nazikdir.Quyruğu bədənindən kəskin fərqlənir.Gürzələr afrika və Cənub-Şərqi asiyada,Orta Asiyada,Zaqafqaziyada,o cümlədən,Azərbaycanın düzən və dağətəyi rayonlarında yayılmışdır.
Gürzələr seyrək kollu,daşlı-çınqıllı
və quraq yerlərdə daha çox olurlar.Onlar yazda və payızda gündüzlər,yayda isə
gecələr ova çıxırlar.gürzələr xırda heyvanlar, quşlar və kərtənkələlərdə
qidalanırlar.Gürzələrin insanları və
heyvanları sancması çox təhlükəlidir.
Xallı maral.
Xallı maral-marallar fəsiləsindən cütdırnaqlı məməli heyvandır. Onun bədənin uzunluğu
90-120 santimetr ,süysüyünün hündürlüyü 85-118 santimetr,çəkisi 80-150
kiloqramdır.Erkəyinin şaxəli buynuzu var.
Xallı maral qışda qonurumtul-boz,yayda çoxlu xalları olan tünd kürən
rəngdə olur.Qarnı və quyruğunun ətrafı ağ rəngdədir. Xallı maral Koreya və
Yaponiyada yayılmışdır.Bu marallar Azərbaycanda qoruqlarda sxalanılır.Xallı
marallar ot və yarpaqla qidalanırlar.
Muflon
Asiya muflonu və ya dağ qoyunu –qoyunlar cinsinin bir növüdür.Yaşlı
erkək muflonların bədəninin uzunluğu 132-147 santimetr,süysüyünün hündürlüyü
82-98 santimetr,çəkisi 53-79 kioqram, dişləri isə kiçik , çəkisi 36-46
kiloqramadək olur.
Muflonların rəngi fəsillərə görə dəyişir. Onlar Kiçik Asiyada,
İranda, Əfqanıstanda,Kəşmirdə, pəncabda məskunlaşmışlara Naxçıvanın dağlarında
təsadüf olunur.Onlarbəzən 10-12 fərddən ibarət olan kiçik sürü ilə gəzirlər.
Muflonlar aprel-may aylarında 1-3 bala doğur.
Ördək
Ördəklər qazkimilər dəstəsindən olan quşlar qrupuna aiddir.
Azərbaycanda ördəklərin 23 növü var.Onların əksəriyyəti Xəzər dənizinin
cənubunda qışlayır.
Ev ördəyinin əcdadı yaşılbaş ördək hesab olunur.Bu ördəklər eramızdan
təqribən min il əvvəl Şərq ölkələrində əhliləşdirilmişdir.
Suilanı
Suilanları-ilanlar dəstəsindən sürünənlər fəsiləsinə aiddir.Onların bədənlərinin
uzunluğu 3,5 metrədək olur.Suilanlarının çənə,diş, qanadvari və damaq sümükləri
üzərində çoxlu dişi var. Bəzilərinin dişi zəhərli olur. Suilanları
Antarktidadan başqa bütün materiklərdə yayılmışdır. Suilanlarıının rəngi çox
vaxt əlvan olur.
Azərbaycanda suilanlarının 18 növü məlumdur. Onlar yerdə,ağacda,
suda-quruda və suda yaşayırlar.Bəzilərinin sancmağı ölümlə nəticələnir.
İri suilanları balıq, kərtənkələ, quş və onun yumurtaları ilə,xırda
suilanları isə müxtəlif onurğasızlara, o cümlədən molyuskalar və soxulcanla
qidalanırlar.
Qunduz
Qunduzlar- gəmiricilər dəstəsindən olan məməli heyvanlardır.Bədəninin
uzunluğu 1 metrə, quyruğu 30 santimetrə, çəkisi 30 kiloqrama qədərdir. Onun
arxa ətrafdakı barmaqları bir-birinə enli üzmə pərdəsi ilə birləşmişdir.Qunduzların
tüksüz quyrularının üzəri qərni pulcuqlarla örtülmüşdür. Bu böyük gəmiricilər
meşə çaylarının qarşısını kəsirlər.Onlar iti dişləri ilə cavan ağacların gövdəsini gəmirib
onları yıxır və çaya tərəf daşıyırlar.Burada ağac gövdələrini çayın
dibində qalaqlayıb gil və daşla bərkidirlər.Yaranmış göldə qunduz özünə ev
tikir.suyun səviyyəsi qalxan zaman qunduzlar yeni mərtəbələr tikirlər.
Yuvaya giriş təhlükəsizliyə görə suyun altında qurulur. Yayda
qunduzlar ağac qabığı , yarpaqlar və otla qidalanırlar.
Qış üçün isə , ağac ehtiyatı yığırlar.Qunduzların gördüyü işin nəticəsində
qarşısı kəsilmiş çayların suyu müəyyən zaman meşənin əhəmiyyətli dərəcədə sahəsini
basır.
Qunduzlar vəhşicəsinə ovlandığından Avropa və Asiyada onların
ayrı-ayrı məskənləri qalmışdır.
Azərbaycanda Qazax bölgəsində ağ rəngli bataqlıq qunduzu
yetişdirilir.
Çöl sişanı
Çöl siçanları- dağ sişanları fəsiləsindən olan gəmiricilərdir.
Bədəninin uzunluğu10-12 santimetr, bəziləri isə 36 santimetrədək olur. Çöl
siçanının quyruğu bədəninin yarısı boyda, bəzən də qısa olur. Bu sişanlar üst tərəfdən
adətən boz, yaxud qonurumtul rəngdə
olur.
Onların azı dişləri köksüz, daim böyüyən,bəzən isə
köklü olur.
Çöl siçanı materiklərin çoxunda olur.Onların çoxusu
koloniyalarda yaşayır.Çöl siçanı il boyu fəaldır.
Bəzi çöl siçanları yem ehtiyatı toplayır.Bu
siçanlar ilin bütün isti dövründə , bəziləri isə qışda da çoxalır.
Çöl siçanlarının dərsi xəz kimi istifadə olunur.
Mənbə : Heyvanlar aləmi-Azərbaycan
Daşlıqsiçanı
Daşlıq sincabı boyuna və görünüşünə
görə yer sincablarına bənzəyir.Bədəninin uzunluğu 22-26 santimetrədək,
quyruğunun uzunluğu isə 20-25santimetrədək olur.
O, əsasən,Azərbaycanın dağlıq və dağətəyi zonalarında yaşayır. Daşlıq
sincabı səhərlər və axşamlar aktiv olur.Gündüzlər vaxtının çox hissəsini daşların arasında
qazılmış yuvada keçirir.
Daşlıq sincabı toxumlarla və meyvələrlə qidalanır. Yem qıtlığı
olduqda və ya onların sayı çox artdıqda daşlıq sincabları kütləvi surətdə qonşu
rayonlara köçürlər.
Zolaqlı kərtənkələ
Kərtənkələlər
–pulcuqlar dəstəsinin sürünənlər yarımdəstəsinə aid olan heyvanlardır.Kərtənkələlər
üstdən və yanlardan basıq, silindrik və ya ilan şəkillidir.Onların dərisi qərni
pulcuqlarla örtülmüşdür. Kərtənkələlər dünyanın hər yerinə yayılmışdır.
Azərbaycanda
kərtənkələlərin 27 növü məlumdur.Bunlardan biri də zolaqlı kərtənkələlərdir.Kərtənkələlər
kol və ağaca dırmaşır,qumun içərisində,bəziləri isə ağaclarda yaşayır.Onlar həşərat
və onların süfrəsi ,
hörümçəkkimilər,molyuskalar,qurdlar və s.ilə qidalanırlar.
Köpgər
Köpgər- boşbuynuzlular dəstəsindən
olan gövşəyən məmli heyvandır.Başı kiçik, sifəti uzunsovdur. Onların buynuzları
qarmaqşəkillidir.Süysüyünün hündürlüyü 65-70 santimetrədək,çəkisi 40 kiloqrama
qədərdir.Onun tükü yayda qısa və kürən, qışda uzun,sıx,qara-qonur olur.
Köpgər Avropanın və Kiçik Asiyanın
yüksək dağlarında, Qafqazda, o cümlədən Azərbaycanın İsmayıllı və Quba-Qusar
massivlərində rast gəlmək olar.Köpgərlər yayda meşələrin yuxarı sərhədində və
Alp çəmənliklərində, qışda isə yalnız meşələrdə yaşayırlar. Köpgərlər otyeyən
heyvanlardır.Onların may ayında 1-2 balası olur. Köpgərlərin əti yeyilir, dərisi
yaxalıq üçün istifadə olunur.
Süleysin
Süleysinlər gəmiricilər dəstəsinə aid
olan məməli heyvandır.
Bədəninin uzunluğu 9 santimetrdən 20
santimetrə qədərdir.Süleysinin bədəninin üst tərəfi kürən-qonur və ya
bozdur.Onların 6 cinsi məlumdur.Süleysinlər Avrasiyanın meşə çöllərində,Afrikanın
meşə və savannalarında yayılmışdır.
Azərbaycanda süleysinlərin 2 növünə təsadüf
olunur.Onların bir qismi ağacda budaq vəyarpaqlardan yuva tikir,digərləri isə
koğuşlarda yaşayırlar.Süleysinlərmeyvə və toxumlarla qidalanırlar.Onlar qışda
qış yuxusuna gedirlər.
Zolaqlı kaftar
Zolaqlı kaftarlar- goreşənlər- yırtıcı məməlilər
fəsiləsinə aid olan heyvanlardır.Xarici görünüşünə görə itə oxşayan bu heyvanın
bədəni qısa,ön tərəfi arxadan hündür,boynu yoğun,başı və dişləri iri, quyruğu
qısadır.Onun rəngi boz və ya qonur olur və zolaqlıdır. Kaftarlar
Afrikada,Ön,Orta və Cənub-Qərbi Asiyada yayılmışdır.
Azərbaycanda onlara Talış dağlarında,
Göyçay və Ağdaş bölgələrinin dağlıq yerlərində təsadüf edilir. Kaftarlar gecə həyatı
keçirir. Onlar,əsasən, leş yeyirlər. Kaftarların 2-5balası olur.
Sultan toyuğu
Sultan toyuğu durnakimilər dəstəsinin
su fərələri fəsiləsinə aid quş növüdür.Bədəninin uzunluğu 45 santimetrədək
olur. Bataqlıqda yaşadığı üçün barmaqları çox uzundur. Onun alnı lələksiz,
dimdiyi və ayaqları qırmızı, lələkləri bənövşəyi rəngə çalan göyümtül-yaşıldır.
Sultan toyuqları Avropa,Afrika, Cənubi
Asiya, Avstraliya, Yeni Zelandiyada yayılmışdır.
Azərbaycanda, əsasən,Qızılağac və
Ağgöl dövlət qoruqlarında mühafizə edilir. Sulatan toyuqları qamış üzərində
tikdiyi yuvaya 5-7 yumurta qoyur. Onlar bitki ilə qidalanırlar. Şaxtalı qısa
dözümsüzdülər.
Dağ keçisi
Dağ keçiləri cütdırnaqlı məməli
heyvanlardır. Dağ keçiləri ev keçisindən bir qədər iri olur.
Onun bədəni orta ölçüdə olub,ayaqları
qısa və yoğun, quyruğu qısadır.Erkək keçilərin buynuzu uzun, müxtəlif formalı,
dişilərinki isə çox qısa olur.Erkəklərin, bəzən də dişilərin uzun saqqalı
olur.Dağ keçilərinin 10-dək növü məlumdur. Onlar tipik dağ heyvanlarıdır. Bu
heyvanlar hündürlüyü 5,5 min metrədək olan əlçatmaz yüsəkliklərdə də
yaşayırlar. Onlar ot, ağac və kol bitkiləri,bəzən şibyə də yeyirlər.
Dağ keçilərinin may-iyun aylarında
1-2 balası doğulur.Dağ keçiləri qiymətli ov heyvanlarıdır.Onların əti yeyilir,
dərisi və buynuzu istifadə olunur.
Qara leylək
Leyləklər-çaydaqlar dəstəsindən olan
quşdur.Azərbaycanda 2 növü –ağ və qara leyləklər yaşayır.
Ağ leyləyin dimdiyi və ayağı qırmızı,lələk
örtüyü qara və ağdır.
Leyləklərin çəkisi 4 kiloqramadək olur.
Onlar ağac,qaya və damlarda düzəltiyi
yuvaya 3-5 yumurta qoyur. Leyləklər qurbağa, kərtənkələ, siçan və həşəratlarla
qidalanırlar.Onlar köçəri quşlardır.Qara leylək Qırmızı kitaba daxil
edilmişdir.
Nəcib maral
Marallar
cütdırnaqlılar dəstəsindən olan məməli heyvanlardır.Ayaqları hündür,quyruğu qısa,qulaqları
uzun və hərəkətli olan yaraşıqlı heyvandır.Erkəkləri, adətən, hər il buynuzunu
dəyişir. Maralların rəngi kürən və ya qonur olur.
Onlar
Avropa, Asiya,Şimali Afrika və Cənubi
Amerikada yayılmışlar.
Nəcib
maral və ya Qafqaz maralı Azərbaycanda da yaşayır.
Marallar
yarpaq,zoğ, ağac qabığı ilə qidalanırlar.Marlların 1-2 balası olur.
Qafqaz tetrası
Qafqaz tetrası Böyük və Kiçik Qafqza, o
cümlədən Azərbaycana xas olduğu üçün bu yerlərin endemik quşu hesab edilir.
Tetra- tetralar fəsiləsinə aid quş
cinsidir.Erkəklərin sükan lələkləri uzun və əyilmiş olur.Onların uzunluğu 53-54
santimetr,çəkisi isə 1,2-1,8 kiloqrama qədər olur.Tetraların dişisi kiçik
olur.Onların lələkləri tünddür.
Tetralar torpaqda qazdıqları yuvaya 4-14
yumurta qoyur.Onlarzoğ,giləmeyvə.çiçək və toxumla qidalanılar.
Qafqaz tetraları dağ meşələrində
yaşayırlar.
Dovdaq
Dovdaqlar dovdaqkimilər dəstəsindən olan
quşlar fəsiləsindəndir.Onun boynu və
ayaqları uzun , dimdiyi qısa, boyu isə iri və orta olur.
Büzdüm vəzisi olmadığı üçün lələklərini
yağlaya bilmir və yağışlı havada islanır. Soyuqlar düşdükdə, tük örtüyü o qədər
donur ki, uça bilmir və tamamilə köməksiz qalır.
Ən iri erkək dovdağın çəkisi 7,5-14
kiloqrama,dişisininki isə 3,8 kiloqrama qədər olur.
Azərbaycanda dovdaqların 3 növü –adi ,bəzdək
və qəşəng növləri var. Dovdaqlar yaxşı qaçır, lakin ağır uçurlar.Dovdaqlar oturaq quşlardır.Onlar
Afrika, Avropa,Asiya və Avstraliyada yayılmışlar.Dovdaqlar torpağın dərinliyində düzəltdiyi yuvaya 2 yumurta qoyur.Onlar
bitkilərin yaşıl hissəsi, toxum,həmçinin həşaratlarla qidalanırlar. Dovdaqlar
ov quşlarıdır. Əti çox yeməlidir.
Sincab
Adi sincabın xüsusiyyətləri demək olar
ki, bütün sincab növləri üçün xarakterikdir. Bədəninin uzunluğu 20-32
santimetr, quyruğunun uzunluğu 19-31 santimetr, çəkisi isə 180-1000 qrama qədər
olur.Sincabların rəngi yaşadığı rayon və mövsümdən . həmçinin yaşından asılı olaraq dəyişir. Sincablar əsasən kürən,
boz,qara rənglərdə olur.Onların alabəzək növləri də var.Azərbaycanın Böyük Qafqaz meşələrində sincabların 1 növü
yaşayır.
Sincablar iynəyarpaqlı ağacların toxumu ,
palıd qozası, qoz, giləmeyvə, bəzən cücü və quş yumurtaları ilə
qidalanırlar.Onlar gündüz həyatı keçirirlər.Sincabların ildə 2 dəfə 5-10 balası
olur.
Oxlu kirpi
Oxlu kirpi böyük gəmirici heyvandır.
Bədəninin uzunluğu 86 santimetr, quyruğu
isə 30 santimetrə qədərdir.Dərisində 30 minə qədər iynə olur. Başındakı iynələr
qısadır.Qarın hissəsində isə iynələr həddən artıq azdır.Oxlu kirpi ağaca yaxşı
dırmaşır və üzür.Yerdə isə çox asta-asta
gəzir. Yayda otla və su bitkiləri ilə qidalanır.Payızda və qışda ağacların
qabığını soyur və onun altındakı şirəli qatı yeyir.Yazda çiçəklər və cavan
yarpaqlarla qidalanır.Ana oxlu kirpinin ildə balası olur.
Sünbülqıran
Sünbülqıranlar sincabların yaxın qohumudur.Onlar
böyük koloniyalar şəklində yaşayır və yeraltı yuvalar qazırlar. Bu gəmiricilər
yuvalarından uzağa getmir, bitki ilə qidalanırlar.Təhlükə hiss etdikdə
bir-birini xəbərdar edərək fit çalır və yerin altında gizlənirlər.Sünbülqıranlar
qış üçün taxıl ehtiyatı yığırlar.Bəzən bu ehtiyyat 6 kiloqrama
çatır.Sünbülqıran belə fəaliyyəti ilə kənd təsərrüfatına ciddi ziyan
vurur.Qışda soyuqdan və yayda istidən qorunmaq üçün sünbülqıranların bir çox
növü ildə iki dəfə yuxuya gedir.
Mənbə: Heyvanlar aləmi-Azərbaycan III
hissə.
SON
Комментариев нет:
Отправить комментарий