среда, 6 апреля 2016 г.

Laboratoriya işi

Mövzu:Yarpaq.Yarpağın xarici quruluşu.
 İşin məqsədi:Yarpağın xarici quruluşunu öyrənmək,yarpağın bitkinin əsas hissəsi olmasını şagirdlərin nəzərinə çatdırmaq,(saplaqlı,oturaq,mürəkkəb və sadə yarpaqlar),damarlanma və yarpaqların düzülüş formasını şagirdlərə öyrətmək.
Yarpaq-gövdənin hissəsidir,ali bitki orqanıdır,vegetativ tumurcuqdan inkişaf edir.Əsas funksiyaları -fotosintez,suyun buxarlanması, qaz mübadiləsi.
Təchizat:Otaq bitkisi,herbari materialı,cədvəl"sadə və mürəkkəb yarpaqlar","yarpaqların düzülüşü",yarpağın quruluşu".
İşin gedişi:I.Otaq bitkisinin və herbari materialında olan yarpaqları nəzərdən keçiririk.Suallara cavab veririk:
1. Yarpaq hansı hissələrdən ibarətdir?.......
2.Yarpaqlar bir-birindən nə ilə fərqlənir?......
II. Herbari materialından ya da dərslikdə olan şəkillərdən 3-5 yarpağın şəklini çək (saplaqlı yarpaq və saplaqsız -oturaq yarpaq).
III.Nəzərdən keçirilən herbari materiallarından sadə və mürəkkəb yarpaqları seçin. Onlar nə ilə bir-birindən fərqlənir?..................................................................................................................
..................................................................................................................................................
IV. Yarpağın damarlarını tapın .Yarpağın alt hissəsini nəzərdən keçirərək, gördük ki, .................
......................................................................................................................................................
V.Cədvəli doldurun
 Bitkinin adı 
 Sadə və mürəkkəb yarpaq
 Damarlanma









VI. Birtoxumlu bitkilərin əksəriyyətində (çovdarda, buğdada, qarğıdalıda. soğanda,inciçiçəyində . aspidistrada) damarlanmada ..................və................................................
VII. Yuxarıda qeyd edilən bitkilərdə paralel damarlanma -bu bitkilərdir......................
qövsvari damarlanma...................bitkilərindəndir.
VIII, Yarpaqlarının damarlanmasına görə birləpəli bitkiləri ikiləpəlilərdən necə ayırmaq olar?.............
............................................................................................................................................................
                                                  Yadda saxla
Birləpəli qarğagözü bitkisinin yarpaq aysının damarı torvaridir ikiləpəli bitki olan bağayarpağının yarpaq ayasının damarları qövsvaridir.
IX.Nəticə:
1.Yarpaq hansı hissələrdən ibarətdir?............................................................................
2. Hansı yarpaqlar sadə yarpaqlar adlanır (misal çək)...............................................................
3. Hansı yarpaqlar mürəkkəb yarpaqlar adlanır(misal çək)........................................................
4. Qarğıdalı, soğan, lobya, bənövşə, inciçiçəyi,alma.Paralel və ya qövsvari damarlanma olan bitkilərin adlarının altından bir xətt çəkin ,lələkvari-torvari damarlanma olan bitkilərin adlarının altından iki xətt çəkin.
5. Aşağıdakı bitkilərin hansında yarpaqlar mürəkkəbdir?
      a) Cökə,sarı akasiya
      b) palıd,itburnu
      c) cökə,palıd
      d) itburnu,sarı akasiya
       e) palıd, şabalıd
6. Fotosintez,buxarlanma,qazlar mübadiləsi bitkinin hansı orqanın funksiyasıdır?
a) gövdə
b) kök
c) yarpaq
d) çiçək
e) meyvə.
7.  Aşağıdakı bitkilərin hansının yarpağısadədir?
a) itburnunun
b)  noxudun
c) əriyin 
d) çiyələyin 
e) akasiyanın
Sadə və mürəkkəb yarpaqların şəkillərin çəkin.

Комментариев нет:

Отправить комментарий