пятница, 20 мая 2016 г.

22 may – Beynəlxalq Biomüxtəliflik Günüdür



6b64211c2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası 55/201 nömrəli qətnaməməsi ilə 22 may tarixini Bioloji müxtəliflik üzrə Konvensiyanın qəbul olunması, həmçinin “Beynəlxalq bioloji müxtəliflik günü” elan etmişdir. Əvvəllər 19 dekabr 1994-cü il tarixli, 44/119 nömrəli qətnamə ilə həmin gün dekabrın 29-da qeyd olunurdu. Bu günü avropanin bir çox ölkələri qeyd edirlər. Əsasən də Kanadalılar üçün bu gün çox əhəmiyyətli və ənənəvidir.
Biomüxtəlifliyin bir hissəsi insanlardır və bizim taleyimiz ekosistemin məhsuldarlığından və saglamlığından asılıdır. Millenium Ekosistemin Qiymətləndirməsinə görə, biomüxtəliflik həyatın müxtəlifliyi kimi təsvir edilə bilər və ekosistem xidmətlərinin təminatı ekosistemin funksionallığı üçün əhəmiyyətlidir. Dünya Mühafizə İttifaqı qeyd edir ki, biomüxtəliflik sürətlə azalmaga başlamış və buna təsir göstərən amillər aşağıdakılardır:
• Ətraf mühitin çirklənməsi
• Qlobal iqlim dəyişikləri
• Səhralaşma
• Əhalinin artımı ilə əlaqədar istehlakın çoxalması
• Tələsik təbii ehtiyatlardan istifadə
Azərbaycan biomüxtəliflik üzrə Konvensiyaya 2000-ci ildə qoşulmuşdur. Konvensiyaya uyğun olaraq ötən dövr ərzində respublika ərazisində bioloji müxtəlifliyin qorunması ilə bağlı bir sıra tədbirlər həyata keçirlilmiş, xüsusi mühafizə olunan təbiət ərazilərinin mövcud şəbəkəsi genişləndirilmiş, yeni milli parklar, dövlət təbiət qoruqları yaradılmış, həmçinin xüsusi mühafizə rejiminin gücləndirilməsi, bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi və mövcud qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğunlaşdırlması istiqamətində müvafiq tədbirlər görülmüşdür.
bc2dddb2

Комментариев нет:

Отправить комментарий