Sonuna kimi gedilməmiş yol heç gedilməmiş bir yol kimidir. Doktor Səlim Özdəmir
Səhifə
- Ana səhifə
- Haqqımda
- Mənim uğurlarım
- Biologiya fənninin tarixi
- Şagirdlər üçün İnteraktiv oyunlar
- Zoologiya və canlılar aləmi
- Məktəbimiz
- Valideyinlər üçün
- Test toplusu
- Müəllimlərə dəstək
- Zoocoğrafiya- Azərbaycan
- Biologiya rəqəmlərdə
- Laboratoriya işi
- VEB 2.0
- Krossvordlar toplusu
- Tədbirlər və ssenarilər
- Genetika
- Sitologiya
- Elektron kitablar
- Tapşırıqlar
- GlobalLab
- Siniflər üzrə " Distant Dərslər".
- Globallabdan Sertfikatlarım
- Kurikulumun əsas tələbləri
- Genetikanın əsasları Video Dərs
- Bloqun təqdimatı
- "Viktorina" adlı tədbirdən görüntülər
- Məlumat kitabçası
- "Elektron Təhsil "
- Şəxsiyyətlər
- Test 7 sinif
- Test 6 sinif
- Diaqnostik suallar
- Lüğət №1
- İşə qəbul testləri
- Təhsil portalı
- Dərslərin qısa şərhi
понедельник, 31 октября 2016 г.
воскресенье, 30 октября 2016 г.
Hüceyrənin strukturları və onların funksiyalari Mövzu 11( 9 sinif)
HÜCEYRƏNİN ORQANOİDLƏRİ
Mitoxondri - Enerji əmələ gətirən maddələr
sintez olunur.
Ribosom - Zülal sintez olunur.
Lizosom - Fermentlər saxlayır, hüceyrədaxili həzm prosesində
iştirak edir.
Endoplazmatik şəbəkə - Zülal, yağ, polisaxaridlərin sintezi baş verir.
Holci kompleksi - Endoplazmatik şəbəkənin kanal və
boşluqlarına toplanmış maddələrin daşınmasında iştirak edir.
Hüceyrə mərkəzi - Hüceyrənin bölünməsində iştirak
edir.
Plastidlər - Xloroplastlar
ATF sintezetmə və ikiyə bölünmə
yolu ilə çoxalmasına görə mitoxondriyə oxşardır.Qeyri - üzvi maddələrdən üzvi
maddə sintez edir.
Xromolaslar - DNT, RNT, ribosom və fermentlər olur.
Leykoplastlar - DNT, RNT, ribosom, fermentlərə malikdir.
Ümumiləşdirmə
Ümumiləşdirmə
və nəticə:
Çılpaqtoxumluların otşəkilli nümayandələri yoxdur.
Onlarda ilk dəfə əmələ gələn orqunlar: əsas kök və toxum.
Yarpaqları iynə, yaxud pulcuqdur, kütləvi xəzan olmur.
Ancaq toxumlar çoxalırlar.
Çılpaqtoxumluların otşəkilli nümayandələri yoxdur.
Onlarda ilk dəfə əmələ gələn orqunlar: əsas kök və toxum.
Yarpaqları iynə, yaxud pulcuqdur, kütləvi xəzan olmur.
Ancaq toxumlar çoxalırlar.
пятница, 28 октября 2016 г.
Şam bitkisinə aid şeir
Salam mənim 7 sinif şagirlərim. Sizə təqdim etdiyim şeir çox istedadlı Bakı şəhərində təhsil alan (Xırdalan şəhər 9 saylı məktəbin ) III "X" sinif şagirdi Əliyev Sevindik tərəfindən mənə ünvanlanıb. Mövzumuza uyğu olduğundan sizə də təqdim edirəm. Gəlin təbiətimizi qoruyaq. Çünki təbiət bizim sağlamlığımızı qoruyur və bizimdə borcumuz onu qorumaqdı
четверг, 27 октября 2016 г.
среда, 26 октября 2016 г.
вторник, 25 октября 2016 г.
Birhüceyrəli və çoxhüceyrəli orqanizmlər
HÜCEYRƏ → TOXUMA → ORQAN → ORQANLAR SİSTEMİ → TAM ORQANİZM
Bu yazıya diqqətlə baxın və fikrinizi bildirin
понедельник, 24 октября 2016 г.
Nəzarətçi və nizamlayıcı sistemlərimizi qorumaq üçün
Yadda saxlayın.
1. Vaxtında və düzgün qidalanmalı;
2.Orqanlarımızızədələnmələrdən qorumalı;
3. Şiddətli günəş şüalarından qorunmalı;
4.Gurultulu və stress törədən səslərdən qorunmalı;
5.Siqaret , narkot və alkoqollu maddləri qəbul etməməli;
6. Fiziki və zehni əməyi növbələşdirməli;
7. Sutkada ən azı 8 saat yatmalıyıq.
Əziz uşaqlar bu qaydaları bilərək və bunlara əməl etməyən şagirdlərimiz varsa ( məs ucadan musiqi dinləyir,hər gun satılan qidalarla qidalanır, yuxusuz qalır ) bu kimi hallarla siz və yaxud yaxınlarınız qarşılaşıbsa bu haqda məlumat verin.
Sizdən məlumat gözləyirəm.Uğurlar sizlərə
воскресенье, 23 октября 2016 г.
"Bitki , göbələk və heyvan hüceyrəsini müqayisəsi".
Əziz uşaqlar bu cədvəli bütün siniflər yazsın sadəcə yönəltdiyim sual№3 9 və 10 siiniflərə aiddi.
Hələlik sistemdə problem olduğundan http://learningapps.org/
proqramında hazırladığım interaktiv tapşırıqlardan istifadə edə bilmirsiz. Elə bu səbəbdən tapşırıqları nəzəri məlumat şəklində sizə yönəldəcəm.Sizlərə uğurlar.
Praktiki iş "Bitki , göbələk və heyvan hüceyrəsini müqayisəsi".
Məqsəd:Bitki , göbələk və heyvan hüceyrəsini müqayisə edir
Resurs:Bitki , göbələk və heyvan hüceyrəsini əlamətlərinə görə cədvəl.
İşin gedişi:
- 1Bitki , göbələk və heyvan hüceyrəsini əlamətlərinə görə cədvəldə müqayisə et
Bitki hüceyrəsi
|
Heyvan hüceyrəsi
|
Göbələk hüceyrəsi
| |
Şəkil
| |||
Ümumi əlamət
| |||
Qurulluşunda fərq
|
- İşin məqsədinə əldə etdiyiniz biliyə görə nəticəyə gəlin.
Suallar:
- Bitki , heyvan və göbələk hüceyrəsindəki oxşarlıq nəyi göstərir? Nümunələr gətirin
- Bitki , heyvan və göbələk hüceyrəsindəki fərqlilik nəyi göstərir? Nümunələr gətirin
- Hüceyrənin əsas müddəalarını qeyd edin. Hüceyrə nəzəriyyəsin yada salaraq hansı müddəanı tərtib etdiyin cədvələ uyğun yerləşdirmək olar.
суббота, 22 октября 2016 г.
SEKRESİYA VƏZİLƏRİ
Xarici sekresiya vəziləri
Ağız suyu
Tər
Piy və s
Daxili sekresiya vəzilər
Qalxanabənzər vəz
Qalxanabənzər ətraf
vəz
Böyrəküstü vəz
Hipofiz
Epifiz
Çəngələbənzər və ya timus vəzi
Qarışıq
vəz
Mədəaltı vəz
Cinsiyyət vəzləri
пятница, 21 октября 2016 г.
Qıjıkimilərin, qatırquyruğuların və plaunların əhəmiyyəti
Qatırquyruğuların əhəmiyyəti
Tibdə qatırquyruğunun həlimindən sidik kisəsinin xroniki iltihabı , şişkinliyi azaltmaq üçün sidikqovucukimi, vərəmin müalicəsi zamanı qankəsici kimi,revmatizm zaman digərpreparatların təsiri gücləndirmək üçün istifadə olunur.
Qıjıkimilərin əhəmiyyəti
Onlar təbii birliklərin tərkib hissəsi kimi torpaqda üzvimaddələrin toplanmasında böyük rol oynayır. Qıjıkimilərin bəzi növlərinin kökmsovu heyvanların qidasının təşkil edir. Bəzi qıjıların yaşıl yarpaqlarından və kökümsovundan qida kimi,erkək qıjının kökümsovundan isə tibdə güclü qurdqovucu dərman kimi istifadə olunur.Dekorativ qıjıkimilərdən otaq bitkisi kimi , həm də çiçək komppozisiyaları yaratmaq üçün geniş istifadə edilir.
Plaunların əhəmiyyəti
Plaunların sporlarında yağ çox olduğu üçün onlardan alınan səpmə dərmanı yaraların sağaldılmasında və pirotexnikada istifadə olunur.
четверг, 20 октября 2016 г.
среда, 19 октября 2016 г.
Hüceyrənin öyrənilməsi . Hüceyrə Nəzəriyyəsi
Sitologiya ( yun." sitos"-hüceyrə , "loqos"-elm ) hüceyrə haqqında elmdir. Əksər canlılar hüceyrələrdən təşkil olunmuşlar. Hüceyrə canlı orqanizlərin quruluş , inkişaf və funksional vahididir.
Orqanizmlər
eukariot (hüceyrələrində formalaşmış nüvələri olan orqanizmlər)
prokariot ( formalaşmamış nüvəsi olmayan birhüceyrəli orqanizmlər)
Yadda saxlayın
1.İşıq mikroskopu . Hüceyrənin formaları və strukturu öyrənilir: nüvə, mitoxondrilər, xloroplastlar, Holci kompleksi.
2. Elektron mikroskopu. XX əsrin 30-cu illərində kəşf edilmişdir. Müasir mikroskoplar 1000 000 qədər böyüdə bilir. Hüceyrə orqanoidlərinin quruluşunu daha dəqiqliklə öyrənməyə imkan verir.
3. Differensial Sentrifuqa Metodu. Orqanoilərin müxtəlif sıxlıqda olmasına əsaslanır, sentrifuqanın çox yüksək sürətlə fırlanması zamanı oranoidlər sıxlığına görə məhlulda laylarla yeləşirlər.
4. Fluoresent Mikroskopiya . Canlı hüceyrələri ultrabənövşəyi işıqda müşahidə edirlər. Bu zaman bəzi komponentlər o dəqiqə , digərləri isə yalnız xüsusi rəngləyici maddələr əlavə olunduqdan sonra işıqlanmağa başlayır. Bu üsul nuklein turşularıının , vitaminlərin, yağların olduğu yerləri görməyə imkan verir. 5. Hüceyrə və Toxuma Kulturası metodu. Hüceyrənin böyüməsini və bölünməsini, müxtəlif maddələrin hüceyrəyə təsirini müşahidə etməyə, hüceyrə hibridlərinin alınmasına imkan verir.
Əziz uşaqlar indi isə yoxlayaq siz necə yadda saxladınız
Bu mövzuya uyğun tədqiqat sualımız
Alimlər tərəfindən hüceyrənin öyrənilməsi necə aparılırdı?
Canlı orqanizm hüceyrələrinin quruluşu, kimyəvi tərkibi və funksiyaları haqqında biliklər nəyə lazımdır?
Hüceyrə nəzəriyyəsinə aid tapşırıq(3)
вторник, 18 октября 2016 г.
понедельник, 17 октября 2016 г.
Mənim " Tərəqqi" medalı ilə təltif olunmağım
Təbii ki, hər bir kəsin çalışdığı işdə yaşından asılı olmayaraq irəli doğru addımlamaq iddiası var. Mən müəllimlimik peşəsini o qədər çox sevirəm ki, şagirdlərlə çalışarkən sanki hər gün yenilik kəşf edirəm. Çox sevinirəm ki mənim uğurum Rayon Təhsil Şöbəsi tərəfindən də diqqətsiz qalmayıb. Sizlərə bu yazını təqdim edirəm.
Leyli Əliyeva təhsildə xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib
Oktyabrın 14-də Təhsil Nazirliyində dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatların təqdim olunması mərasimində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmiş A.Eminov adına şəhər 7 saylı tam orta məktəbin müəllimi Leyli Əliyeva da iştirak etmişdir.
Bu xoş xəbəri, bütövlükdə təhsilimizin uğuru kimi qəbul edirik. Leyli Əliyeva 2003-cü ildən çalışdığı bu məktəbdə biologiya fənnini tədris edir. Şagirdlərinə tədris etdiyi fənnin çətinliklərini və sirlərini öyrədən Leyli Əliyeva təhsildə xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Leyli Əliyeva bu mükafatın onun üçün böyük hədiyyə olduğunu bildirərək qeyd etdi: ”Əslində mən nəyəsə can atmıram. Sadəcə işimi görürəm. Mən pedaqoji işi, şagirdləri sevirəm. Onlara məqsədlərinə çatmaqda kömək edirəm. Çalışıram ki, mənim keçdiyim dərsdə hər bir şagird özünü sərbəst hiss etsin, nəyisə öyrənməyə onların daxilində təlabat yaransın. Müəllim-şagird ünsiyyəti düzgün qurulduqda bunu etmək, istədiyinə nail olmaq mümkündür”.
Çalışdığı məktəbin kollektivi də onun sevincinə şərikdir. Onlar Leyli Əliyevaya “Tərəqqi” medalının verilməsini məmnunluq hissi ilə qarşılayıb və bunu dövlətin təhsilə olan diqqət və qayğısı hesab edirlər.
Mənbə
среда, 12 октября 2016 г.
SİNİR SİSTEMİNİN ƏHƏMİYYƏTİ
1.Sinir
sistemi orqanizmin bütün orqanlarının işini öz aralarında uzlaşdırır və
orqanizmin daxili mühitinin sabitliyini təmin edir.
2.Baş
beyin işləyən orqanlara ünvanlı əmrlər göndərir və həmin orqanların necə
ışləməsi haqqında onlardan informasiyaları qəbul edir.
3.Beyin
və işləyən orqanlar arasında ikitərəfli sinir əlaqəsinin saxlnılması orqanizmin
tam halda fəaliyyət göstərməsinin funksional əsasını təşkil edir.
4.Funksional
əlaqə müntəzəm olaraq xarici mühitdən informasıyaları qəbul etməsi sayəsində
mümkün olur.
5.Sinir
sistmi insanın psixoloji keyfiyyətinin (nitqin, qavramanın, yaddaşın və
s.)maddi əsasını təşkil edir.
Nuklein turşuları
Əziz 9 b sinfim bu günki mövzunu möhkəmləndirmək üçün aşağıda qeyd etdiyim mövzunun adına klik edin
Nuklein turşuları
Məsələ
1. DNT molekulunda S nukleotidləri 27% təşkil edərsə , qalan nukleotidlərin faizlə nisbətini tapın
Həlli
S- 27% təşkil edirsə, Q-27% təşkil edir.
A- 23% və T- 23% ((100%-2*27%)/2=23%)
2. DNT molekuılunda 680 Q nukleotidi ümumi nukleotid sayının 16%-ni təşkil edir. Həmin DNT molekulunda A, T, S nukleotidlərin sayı nəyə bərabərdir?
Həlli
680 Q nukleotidi ümumi nukleotid sayının 16%-ni təşkil edərsə , DNT molekulunda cəmi 4250 nukleotid var ( 68000/16%=4250)
Komplemetarlıq prinsipinə görə DNT molekulunda 680 S nukleotidi , 1445-T və 1445 A nukleotidi var: (4250-680*2)/2=1445.
3. DNT molekulunda A nukleotidləri 36% təşkil edərsə, Q nukleotidləri faizlə nisbətini tapın .
Həlli
A nukleotidləri -36% təşkil edərsə , komplementarlıq prinsipinə görə DNT molekulunda Q nukleotidlərin faizlə nisbəti - 14%-dir.
(100%-36%*2)/2=14%
4. DNT molekulunun bir zəncirdə olan T-S-Q-T-A-S-A-Q-A-Q-T-S
nukleotid ardıcıllığına komplementar fraqmenti yazın.
( Cavab: A-Q-S-A-T-Q-T-S-T-S-A-Q)
Həlli
S- 27% təşkil edirsə, Q-27% təşkil edir.
A- 23% və T- 23% ((100%-2*27%)/2=23%)
2. DNT molekuılunda 680 Q nukleotidi ümumi nukleotid sayının 16%-ni təşkil edir. Həmin DNT molekulunda A, T, S nukleotidlərin sayı nəyə bərabərdir?
Həlli
680 Q nukleotidi ümumi nukleotid sayının 16%-ni təşkil edərsə , DNT molekulunda cəmi 4250 nukleotid var ( 68000/16%=4250)
Komplemetarlıq prinsipinə görə DNT molekulunda 680 S nukleotidi , 1445-T və 1445 A nukleotidi var: (4250-680*2)/2=1445.
3. DNT molekulunda A nukleotidləri 36% təşkil edərsə, Q nukleotidləri faizlə nisbətini tapın .
Həlli
A nukleotidləri -36% təşkil edərsə , komplementarlıq prinsipinə görə DNT molekulunda Q nukleotidlərin faizlə nisbəti - 14%-dir.
(100%-36%*2)/2=14%
4. DNT molekulunun bir zəncirdə olan T-S-Q-T-A-S-A-Q-A-Q-T-S
nukleotid ardıcıllığına komplementar fraqmenti yazın.
( Cavab: A-Q-S-A-T-Q-T-S-T-S-A-Q)
вторник, 11 октября 2016 г.
Mikroskoplar və hüceyrələrin quruluşu
Əziz uşaqlar dərsin möhkələndirməniz üçün Sizə faydalı olan məlumatları
Mikroskoplar və hüceyrələrin quruluşu1 sözünə klikləyin.
Uğurlar sizlərə
понедельник, 10 октября 2016 г.
воскресенье, 9 октября 2016 г.
Laboratoriya işi ( 9 sinif)
İşin gedişi 1 . Yumurta zülalını tənzifdən keçirərək distillə olunmuş su ilə 1:10 nisbətində durulaşdıırın və onun 1% -li məhlulunu hazırlayın .
2. Sınaq şüşəsinə 5 damçı bu məhluldan tökün .
3.Məhlulun üzərinə 3 damcı 10%-li NaOH və 1 damcı 1%-li mis-sulfat məhlulu tökün .
4.Alınan məhlulu qarışdırın.
Nəyəfikir verməli : Sınaq şüşəsində məhlul bənövşəyi-göy rəng alır.Bu, məhlulda zülal və ya aminturşuları molekullarının olmasıını göstərir.
2. Sınaq şüşəsinə 5 damçı bu məhluldan tökün .
3.Məhlulun üzərinə 3 damcı 10%-li NaOH və 1 damcı 1%-li mis-sulfat məhlulu tökün .
4.Alınan məhlulu qarışdırın.
Nəyəfikir verməli : Sınaq şüşəsində məhlul bənövşəyi-göy rəng alır.Bu, məhlulda zülal və ya aminturşuları molekullarının olmasıını göstərir.
четверг, 6 октября 2016 г.
среда, 5 октября 2016 г.
Sinir sistemi. Mövzu 1. Canlılarda sinir sistemi( 8 sinif)
Əziz 8 b sinfim mövzuya uyğun istərdim 7 sinifdən mövzu sinir sitemini yada salmaqla biliyinizi fəallaşdırasız.Uğurlar sizlərə.
Hüceyrənin üzvi birləşmələri : Zülallar və onların quruluşu
Salam mənim sevimli 9 b sinfim.Bugunki mövzumuzun tədqiqat sualı
Zülalın quruluşu necadir? Zülal molekulunun quruluşu onun xassələri və funksiyaları ilə necə əlaqəlidir?
Dərsin əsas məzmunuZülallar üzvi birləşmələrdir
Zülalların tərkibindəki amin turşuları
Amin turşularrının kimyəvi tərkibi və quruluşu .
Aminturşular halqalarının polipeptid molekulunda birləşmə prinsipi.
Zülalların fəza quruluşu
Sizə verilən Tapşırıq 4 həlli
68400/110=622
Struktur tipi
birincili
ikincili
üçüncülü
dördncülü
Tapşırıq
Verilənlərə aid quruluş və kimyəvi rabitələr cədvəli qurun.
Beynəlxalq müəllimlər günü
Əziz müəllimlər Bu təntəli gündə sizləri salamlayıram.Sizlərə can sağlığı arzu edirəm. Bütün təhsil işçilərinə işlərində uğurlar diləyirəm.
Ölkə başçısının Təhsilin İnkişafı üzrə Dövlət strateqiyasında təhsilə verdiyi
yüksək dəyər və qiymət hər müəllimi yenilik etməyə həvəsləndirir. Bildirmək istəyirəm
ki, mən pedaqoji fəaliyyətimlə yeni-yeni qazandığım uğurların təməlində müəllimlik
peşəsinə dərin məhəbbət eyni zamanda dövrün tələbləri səviyyəsində işləyə bilmək
bacarığı dayanıb.
понедельник, 3 октября 2016 г.
воскресенье, 2 октября 2016 г.
Mövzu 5. Hüceyrələrin üzvi birləşmələri . Karbohidratlar, Lipidlər ( 9 sinif)
Salam əziz 9 b sinfim. Bu ğünki dərsimizə aid məsəlinin həllini yoxlayın.
Həlli
1 q- yağ - 1.1 su ( oksidləşmə )
5 q yağ-5,5 q su
5 q yağ tam parşalanarkən 5*38,9 kC=194,5 kC enerji alınır
1 q karbohidratların tam parçalanması zamanı 17,6 kC enerji alınır
194,5:17,6=11,05q karbohidrat.
Əziz uşaqlar bu tapşırığıda həll etməkdə sizlərə uğurlar diləyirəm.
Əziz uşaqlar bu tapşırığıda həll etməkdə sizlərə uğurlar diləyirəm.
Mövzu 5. Yosunlar - ibtidai bitkilərdir.birhüceyrəli yaşıl yosunlar ( 7 Sinif)
Salam əziz uşaqlar.Əziz 7 a və 7 b siniflərim .bu tapşırığı yerinə yetirməklə mövzuya uyğun biliyinizi daha da genişləndirəcəksiniz . Sizlərə uğurlar.
Подписаться на:
Сообщения (Atom)