понедельник, 9 ноября 2015 г.

Ifrazat sistemi

Установите соответствие названию органоидов клетки их выполняемые функции

Sinir sistemi.

Использование информационно коммуникационных технологий (икт) на уроках биологии

вторник, 3 ноября 2015 г.

VEB 2.0 TEXNOLOGİYALARI VƏ PEDAQOQİKA

VEB 2.0 TEXNOLOGİYALARI VƏ PEDAQOQİKA

Təəssüflər olsun  ki, bu gün Azərbaycanda internet resursları sahəsində böyük boşluqlar mövcuddur. Bu boşluqların əsas səbəbi bizim pedaqoqların internetdən tədris vasitəsi kimi tam istifadə edə bilməməsindədir. Bu gün məktəblərimizin böyük əksəriyyəti internet , kompyuter və kompyuter texnologiyaları ilə təmin olunmuşdur. Amma aparılan monitorinqlər nəticəsində məlum olur ki, bunlardan dərs prosesində səmərəli istifadə edə bilmirlər. Bu zaman ortaya belə bir maraqlı sual çıxır. Bütün bunların səbəbi nədir?
      Əsas səbəb internet resusrlarından tədris prosesində istifadə qaydalarını əksər pedaqoqlarımızın bilməməyidir. Onlar internetdə necə düzgün axtarışın verilməsini tam bilmirlər. Dünya ölkələrinin internet resusrlarına baxsaq görərik ki, onlarda olduqca geniş həcmli, təhsilin bütün pillələrini əhataə edən internet resusrları vardır. Keçmiş Potsavet ölkələri içərisində ən çox internet resursu olan ölkələrə nəzər salsaq, Estoniya, Latviya, Rusiya Fedarasiyası, Ukrayna kimi dövlətləri görmüş olarıq. Bu ölkələrdə artıq internet dərs prosesində dərsin bir hissəsi kimi istifadə olunur
        Şagirdlər internetə elektron ensiklopediya kimi baxırlar. Onlar internetdən öz müəllimlərinin onlara verdikləri düzgün istiqamət şəkilində, onların tədris mövzularına uyğun resurslar əldə edir, onları analiz edir və sonda onu öz tapşırıqlarına tətbiq edirlər
         Müasir pedaqogikanın qarşısında duran ən önəmli vəzifələrdən bri də tədris prosesinin effektivliyini artırmaqdır.       Müəllim - bir ömür boyu durmadan öyrənən     bir şəxsiyyətdir.
       Məhz buna görə də müəllim daim öz üzərində işləməli və müasir təlim texnologiyaları haqqında geniş biliyə malik olmalı,  hətta  bu texnologiyalardan dərs prosesində necə səmərəli istifadə etməyi bilməli və bu bilikləri öz şagirdlərinə öyrətməlidir. Yalnız bu zaman onun keçdiyi dərs maraqlı və effektiv ola bilər.    XXI əsr- “Yüksək kompüter texnologiyaları əsridir”. 
      Müasir şagird elektron mədəniyyət dünyasında yaşayır. Bu informasiya mədəniyyətində artıq müəllimin də rolu dəyişir. Onun rolu informasiya mədəniyyətinin keşikçisinə çevrilməkdir.
       Müasir şagird kompüter texnikası və texnologiyalarından daha dərin bilgilərə yiyələnmək üçün, hər gün durmadan can atır. Onlar bu sahədə olan bilgilərini artırmağa çalışırlar. Elə bunun üçün də müəllim bu müasir bilikləri və metodikanı öyrənməlidir ki, öz şagirdləri ilə “eyni dildə  “Müasir müəllimin qarşısında duran ən mühüm vəzifələrdən biri – kompüter texnikası və texnologiyalarından düzgün istifadə qaydaları, onun mövcud imkanlarını və bu imkanlardan tədris prosesində istifadə edərək, yeni biliklər öyrənmək, öz şagirdlərinə kompyüterin oyun aləti deyil, onun köməkliyi ilə yeni biliklərin öyrənilməsinə nail olmaq üçün, bir mexanizm olduğunu aşılamaqdır.       
         Müasir əsrdə dünya təhsil sistemində müəllim və həm də şagirdlər üçün, öz biliklərini təkmilləşdirmək üçün, əsas vacib komponentlərdən biri də internet resurslarıdır.      İnternet Resursları nədir? - İnternet resursları işdə, evdə, tədrisdə  bizim əsas köməkçimizdir. İnternetdə mövcud olan resurslar bizim gündəlik həyatımızda bizə lazım olan informasiyaları əldə etməkdə , dostlarımızla söhbət etməkdə bizim işimizi asanlaşdırır.
          Personal  kompüterin və internetin tədris müəssisəsinə daxil olması  şagirdlərin internet resurslarından istifadə edərək, kompüter texnologiyasının mövcud imkanlarını tətbiq edərək öz dərslərini daha da maraqlı etməyə, yeni məntiqi təfəkkürə əsaslanan düşünmə tərzinin formalaşdırılmasına imkan yaradır. Amma çox təəssüflər olsun ki, bu gün bir çox tədris müəssisələrində və evlərimizdə kompüter və internet əsasən bir oyuncaq, əyləncə və oyunların oynanılmasında istifadə olunur. Bunun da əsas yeganə bir səbəbi var:
Müəllim internet resurslarından özü tam şəkildə istifadə etməyi bacarmalıdır ki, daha sonra öz şagirdlərinə düzgün istiqamətli tapşırıqlar versin ki, onun şagirdləri də internetdən tədris məqsədləri üçün istifadə etmiş olsun.
         Bu məsələ uzun illərdi ki,  bütün dünya alimlərini düşündürürdü. İnternet resurslarından dərs prosesində istifadə etmək bizə nə verə bilər?                          
-         Müəllim rolunu internet, kitab rolunu isə internetdə mövcud olan, şagird və    müəllimlərin istifadə etdikləri  tədrisə istiqamətlənmiş resurslar oynayır.
-                     Müasir tədrisdə internet resursları müəllim və şagirdlər üçün - ayrı -ayrı  tədris bölümləri üzrə  informasiyaların dolğun şəkildə əldə olunması üçün, köməkçi bir  vasitə, alətdir.
-                      Dünya təcrübəsinə nəzər salsaq, əsasən tədrisdə internet resurslarından istifadəyə çox maraqlı bir yanaşma var:
1.     Müasir təhsilə - müasir müəllim;
2.      Müasir müəllim üçün- müasir bilik;
3.     Müasir bilik- kompyuter+İnternet texnologiyaları = internet resursları vasitəsi ilə əldə oluna bilən
İnternet tədris resurslarından istifadənin yaratdığı imkanlar:
-          lazım olan informasiyanın  azad, genişzolaqlı şəkildə axtarılması;
-          konkret internet resurslarının müəllimin metodik tapşırığı əsasında  öyrənilməsi;
-         didaktik vasitələrin hazırlanması üçün öyrənilməsi;
-         tədris materiallarındakı mövcud boşluqların doldurulması;
-         İnformasiya axtarışı bilgilərinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi;
-         şagirdlərin bilik və bacarıqlarının qısa vaxt çərçivəsində qiymətləndirilməsi

Məhz Bəs necə etmək lazımdır ki, internet resurslarından tədris prosesində daha səmərəli istifadə edək. Artıq bir çox ölkələrdə kompüter texnologiyalarından və internet resurslarından tədris prosesində müəllim və şagirdlər tərəfindən səmərəli istifadə etməyin yolları araşdırılmışdır. Bunu öz tədris prosesində istifadə edən dövlətlərin dərs prosesində böyük dəyişikliklər baş verir. Bu dəyişikliklər dərs zamanı dərsin canlı keçməsinə şərait yaradır. Şagirdlərdə ən əsas tədqiqatçılıq və analizetmə bacarıqlarının inkişafına gətirib çıxarır. Veb 2.0 – ikinci nəsil şəbəkə xitmətləridir ki, internetdə fəaliyyət göstərir. Birinci nəsil xidmətlərdən - Veb 1.0 xidmətlərindən fərqli olaraq internet xidmətlərindən birgə istifadə etmək, informasiya mübadiləsi və o cümlədən böyük həcmli nəşrlər üçün geniş imkanları var. Artıq dünya web 2.0 internet saytlarına keçid alıb. Bəs bu web 2.0 nədir? Əvvəllər ancaq məlumat verən web 1.0 saytları var idi, indi isə bunlar çox geridə qaldı.Web 1.0 saytları ancaq bir nəfər tərəfindən idarə olunurdu. Ancaq məlumat verirdi və bu işdə bir nəfər tərəfindən edilirdi.Yeni fikir əlavə etmək istədikdə artıq problemlər yaranırdı. Web 2.0 saytlarında isə ziyarətçilər istədiyini əlavə edə bilir. Eyni zamanda bu tip saytlar görünüş cəhətdən daha gözəl olurlar. Bu saytlara misal olaraq Google Adsense, Vikipediya, Flickr, WordPress, Blogger kimi saytları göstərmək olar. Veb 2.0 terminin yaranması 2005-ci ilin sentyabırında “Tim O Reilli – what is Web 2.0” məqaləsindən sonra bir termin kimi daha geniş istifadə olunmağa başladı. Tim O Reillinin məqaləsində internet məkanında ümumi, oxşar xəhətləri olan veb səhifələrin meydana çıxmasını qeyd etmişdi və bununla yanaşı onları Web 1.0 xidmətlərinə alternativ olaraq Veb 2.0 adlandırmişdır.Veb 2.0 texnologiyalarının əsas imkanları olduqca böyükdür:

1.      Veb səhifənin yaradılması.
Hər bir istifadəçiyə imkan verir ki, veb səhifədən müstəqil istifadə edərək özü informasiyalar qeyd etsin. İstifadəçilər müstəqil olaraq şəbəkədə gündəlik, məqalə, şəkil, audio, video yazılar, qeydlər və o cümlədən öz səhifələrinin dizaynının formalaşdırsın.
2.      Materiallardan daimi istifadə imkanı.
Bu imkan istifadəçilərdə şərait yaradırki, şəbəkədə keçmişdə dərc olunmuş materialları nə vaxt dərc olunmasından asılı olmayaraq istədiyimiz vaxt istifadə edək. İndi biz hər zaman istədiyimiz vaxt əvvəllər dərc olunan materialları təkrar-təkrar istifadə edəcəyik. Bu imkan verir ki, tədris sahəsində həm fərdi və qrup layihələri icrası zamanı müəyyən mərhələlərdə nəticələrin fərqliliyini izləyə bilək.
3.      İşarələmə - qruplaşdırılmış tapşırıqların həlli üçün vasitə.
Hər bir əlfəcin (zakladka) sahibi xüsusi işarə kimi toladığı materiallara açar sözlər qoya bilər ki, bu da növbəti axtarışlarda istifadəçilər üçün axtarışı asanlaşdırar.
4.      Şəbəkə istifadəçiləri arasında dinamik münasibər.
Bu cür münasibət əsasən məqalələrin növləri, ayrı - ayrı məqalələr, şəkillər, rəsmlər vasitəsilə mümkün olur. Bununla biz şagird və tələbələrə şəbəkələr arasında məntiqi əlaqəni göstərə bilərik.
Veb 2.0 sosial xidməti yeni müasir üsul və şəbəkə təminatıdır ki, qrup halında fəaliyyətə imkan verir.
Bu fəaliyyətlər aşağıdakılardır:
-        istifadəçilərin fərdi təsiri və iştirakçılar arasında ünsiyyət
-        fikirlərin, ideyaların qeyd edilməsi, işarələr qoymaq və başqa mətnlərin düzəlişi ( Bloq, vikipedia)
-        internet resurslarına əlfəcinlər, keçidlər qoymaq (bobrdobr)
-        şəkil yerləşdirmək (flikr, fotki.ru)
-        kitab yerləşdirmək (skribd)
-        video xidmətlər (Yutub)
-        Coğrafi xidmətlər (Quql Yer, Vikimap)
-        İnformasiya mübadiləsi (messenger, skype)

Veb 2.0 hər bir istifadəçiyə sərbəst surətdə şəbəkədə öz səhifəsini yaratmağa imkan verir. İndi hər bir istifadəçi nəinki, rəqəmsal kolleksiyalara daxil olub baxa bilmək imkanı əldə edəcək o cümlədən öz səhifələrində bu imkanlardan - Veb 2.0 xidmətlərindən istifadə edib belə kolleksiyalar yaratmaq imkanına da malikdir. Yeni imkanlar nəinki bizim yeni tapşırıqlarımızı həll etmək imkanına malikdir o cümlədən bizim dünya görüşümüzü dəyişmək və bizə ayrı – ayrı hadisələrə fərqli baxmağa imkan verir. Yuxarıda qeyd edilən sosial xidmətlər bir-biri ilə sıx bağlıdır. Veb 2.0 xidmətləri təkcə ünsiyyət üçün yaranmayıb. O cümlədən bu vasitə ilə qarşılıqlı təsir imkanlarına malik olmağı, yeni obyektlər yaratmağı və bu obyektlərin daxilində başqa obyektlər yerləşdirmək imkanları verir. Veb 2.0 sosial xidmət kimi nəinki ancaq sosial – ictimai sahədə o cümlədən pedaqoji sahədə də imkanları var. Hansı ki, mövcud imkanlardan sadəcə müxtəlif növ layihə metodlarından istifadə etməklə bu texnologiyalarda istifadə etmək olar. Bu cür təcrübələr bir çox inkişaf etmiş xarici dövlətlərdə istifadə olunur. Bu təcrübələrin real nəticələri həmin ölkələrin təhsil, sosial həyatlarında açıq görsənir.