среда, 28 сентября 2016 г.

Mövzu 4. Hüceyrənin qeyri-üzvi birləşmələri ( 9 sinif)



Əziz uşaqlar bu günki mövzuda  tədqiqat sualımız budur.
Canlı orqanizmdə su və mineral  duzlar ( qeyri-üzvi birləşmələr) hansı funksiyaları yerinə yetirir?
Uğurlar sizlərə.


Verilmiş maddədə elementinin kütlə payı  (W) hesablamaq üçün həmin elementin nisbi  atom kütləsinin onun bir molekulda olan atomlarının sayınahasilini maddənin nisbi molekul kütləsinə bölmək lazımdır.
W= ( n*Ar*100 %)/Mr
Burada:
W-maddədə elementin kütlə payı,
n-kimyəvi formulda indeks
Ar-  nisbi atom kütləsi

Mr-madddələrin nisbi kütləsidir.

Məsələ .Natrium və ammonium şorbasında azot elementinin kütlə payını (%) müəyyən edin .
Həlli:
Natrium şorasının formulu : NaNO3
Natrium şorasınında azotun kütləpayı belə hesablanır:
W(N) = 14/85*100=16,5%
Ammonium şorasınıın formulu : NH4NO3
Ammonium şorasında azotun kütlə payı belə hesaablanır
W(N) = 2*14/80*100=35%

вторник, 27 сентября 2016 г.

Mövzu 3 İnsanı əmək yaratmışdır( 8 sinif)


Эндоскопия пищевода и желудка.mpg Mövzu 5.Endoskopiya( 8sinif)

как делают рентген /Mövzu 5 .Rentgenoqrafiya(8 sinif)

Анатомия и физиология человека. Фильм 1 Orqanizmimizi öyrənək mövzu 5 (sinif 8)

İnsanın təsnifat sistemində yeri ( 6 sinif)


Mövzu 3.Hüceyrənin kimyəvi tərkibi ( 9 sinif)


пятница, 23 сентября 2016 г.

Canlıların quruluş səviyyələri Krossvord ( 9 sinif)


Dərs 2. Mövzu 2. Canlıların quruluş səviyyələri ( 9 sinif)

Sistem - bir-biri ilə qarşılqlı əlaqədə olan hissələrdən müəyyən bir qayda əsasında təşkil olunmuş vahid bir tamdır

Sxem


Molekulyar
Hüceyrə
Toxuma-orqan
Orqanizm
Populyasiya-növ
Biogeosenotik
Biosfer
                                                                                                                                                                                    

                                                                                                                                                                                                                                                                                                                                                                                           

                                                                                                                              
                                                                                                                               

Dərs 2. Mövzu 2. Canlıların quruluş səviyyələri ( 9 sinif) Tapşırıq

Krossvord 9 sinif Canlı orqanizmin əsas həyat xassələri


четверг, 22 сентября 2016 г.



Mikroskopiya ( 7 sinif)

Əziz 7 "A" və 7 " B " siniflərim . Bu günki dərsimiz Digər tədqiqat üsulu olaraq mikroskopiyadan olacaq. 

Sizə artıq məlumdur ki, Laboratoriya işini aparmaq üçün müəyyən hazırlıq lazımdır.Bu hazırlığa daxildir.

1. Mikroskopun işlək vəziyyətdə olması
2. Şagirdin işi üşün lazımi avadanlıqla təmin olunması 
3. Laboratoriyada dəqiq davranış qaydalarının qoyulması
4. Maraqlı və imkan daxilində olan tədqiqat obyektlərininn seçilməsi

Mövzunu maraqlı etmək üçün interaktiv oyundan istifadə etdim.

Daha sonra istərdim mikroskopun quruluşunu da yada salaq


среда, 21 сентября 2016 г.

Dərs1. Canlıların əsas həyat xassələri.Cədvəl (9 sinif)

Xüsusiyyət                                                         Xüsusiyyətlərin üzə çıxması


Kimyəvi tərkib  -     Canlı orqanizmlər  də cansız təbiətin obyektlərinin əmələ gətirən kimyəvi elementlərdən təşkil  olunmuşdur.Lakin canlı və cnsızlarda elemntlərin  nisbəti eyni deyil.Canlı orqanizmlərin kimyəvi   tərkibinin 98% dörd elementin -karbon , oksigen. azot, və hidrogenin payına düşür.
Maddələr və enerji çevrilməsi  -     Qidalanma , qazlar mübadiləsi , ifrazat prosesləri .  Assimilyasiya -üzvi maddələrin  sintezi + dissimilyasiya- üzvi maddələrin   parçalanması . Dissimilyasiya nəticəsində üzvi  maddələrin parçalanması . Dissimilyasiya nəticəsində   ayrılan enerjinin müəyyən hissəsi assimilyasiya   proseslərinə sərf olunur.

Çoxalma-    Valideynin özünə oxşar nəsil törətməsi irsiyyət  sayəsində mümkün olur. Lakin orqanizm daim mühitin   təsirinə məruz qaldığı üçün bu oxşarlıq tam olmur, yəni dəyişkənlik yaranır.

Böyümə və inkişaf -- Orqanizmin kütlə və ölşülərinin artmasıdır.İnkişafa müşayiət olunan böyümə sayəsində orqanizmdəyeni    keyfiyyət dəyişkənliyi yaranır
Tarixi -inkişaf-    Canlı aləmin sadədən mürəkkəbə doğru inkişaf tarixi-təkamül      

Hərəkət  -  Fəzada yerdəyişmə qabilliyyəti . Aktiv  və ya passiv  hərəkətlər
Qıcıqlanma  -   Xarici mühtin təsirinə qarşı orqanizmlərin cavabvermə   qabiliyyəti
Yaşayış -  Həyat tərzi ilə əlaqədar canlı sistem müəyyən mühit  şəraitində fəaliyyət göstərməyə uyğunlaşır.

Dərs1. Canlıların əsas həyat xassələri.Cədvəl (9 sinif)

Xüsusiyyət                                                         Xüsusiyyətlərin üzə çıxması


Kimyəvi tərkib  -     Canlı orqanizmlər  də cansız təbiətin obyektlərinin əmələ gətirən kimyəvi elementlərdən təşkil  olunmuşdur.Lakin canlı və cnsızlarda elemntlərin  nisbəti eyni deyil.Canlı orqanizmlərin kimyəvi   tərkibinin 98% dörd elementin -karbon , oksigen. azot, və hidrogenin payına düşür.
Maddələr və enerji çevrilməsi  -     Qidalanma , qazlar mübadiləsi , ifrazat prosesləri .  Assimilyasiya -üzvi maddələrin  sintezi + dissimilyasiya- üzvi maddələrin   parçalanması . Dissimilyasiya nəticəsində üzvi  maddələrin parçalanması . Dissimilyasiya nəticəsində   ayrılan enerjinin müəyyən hissəsi assimilyasiya   proseslərinə sərf olunur.

Çoxalma-    Valideynin özünə oxşar nəsil törətməsi irsiyyət  sayəsində mümkün olur. Lakin orqanizm daim mühitin   təsirinə məruz qaldığı üçün bu oxşarlıq tam olmur, yəni dəyişkənlik yaranır.

Böyümə və inkişaf -- Orqanizmin kütlə və ölşülərinin artmasıdır.İnkişafa müşayiət olunan böyümə sayəsində orqanizmdəyeni    keyfiyyət dəyişkənliyi yaranır
Tarixi -inkişaf-    Canlı aləmin sadədən mürəkkəbə doğru inkişaf tarixi-təkamül      

Hərəkət  -  Fəzada yerdəyişmə qabilliyyəti . Aktiv  və ya passiv  hərəkətlər
Qıcıqlanma  -   Xarici mühtin təsirinə qarşı orqanizmlərin cavabvermə   qabiliyyəti
Yaşayış -  Həyat tərzi ilə əlaqədar canlı sistem müəyyən mühit  şəraitində fəaliyyət göstərməyə uyğunlaşır.

Dərs 1 . Mövzu 1.Canlıların əsas həyat xasssələri. ( 9 sinif)

Mövzu 1.Canlıların əsas həyat xasssələri.

Mövzuya uyğun tapşırıqları həll edirik.Dərsin əsas məzmunu

1. Canlı orqanizmlər oxşar kimyəvi tərkibə və quruluş prinsipinə malikdir.

2. Əksər orqanizmlərin əsas strukturvahidi hüceyrədir.

3. Bütün canlıorqanizmlər “açıq system”dir . Başqa sözlə canlı orqanizmlər onlara yalnız xarici mühitdən enerji və maddəllər davamlı şəkildə daxil olduqda dayanıqlıdılar.

4. Canlı orqanizmlər ətraf mühit amillərinin dəyişməsinə cavab verirlər( Qıcıqlanma )

5. Canlı orqanizmlər inkişaf edirlər.(Böyümə və inkişaf)

6. Canlılar çoxalırlar.(Özünü törətmə)

7. Bütün canlılar irsiyyətə və dəyişkənliyə malikdirlər

8. Canlı orqanizmlər üəyyən mühit şraitində uyğunlaşırlar.( Uyğunlaşma)


Mövzuda sizə təqdim olunan məsələnin həlləri.



Məsələ1

Əğər 1 ay ərzində 1000 Kolorado böcəyi 4000*50 =200 000 kv. sm yarpaq saplağı yeyirsə, bu sahəni 200 000/50=4 000 sürfə yeyə bilər.

(Qidalanma)

Məsələ 2

30 gün ərzində kütlə 30*0,5=15 kq artır ,ayın sonunda xəzər suititsinin balasıının kütləsi 4+15=19kq olacaq (böyümə)

понедельник, 19 сентября 2016 г.

Mövzu 2. Biologiyanın tədqiqat üsulları.( 7 sinif)

Bu mövzuda şagirdlərə suallarla yanaşırıq.
Elmin məqsədi nədir? ( Elmin məqsədi obyektlərin və ətraf mühit hadisələrinin öyrənilməsidir.)
Canlı obyektləri necə öyrənmək olar? ( Elmi araşdırma üçün müəyyən elmi obyektləri , problemləri və onları tədqiq etmək üçün metodları seçmək lazımdır)
Daha sonra qrafikə nəzər salırıq ( səh 11) Məlum olur ki, Fotosintezin sürəti dəyişmirkarbon qazının  konsentrasiya 0,1% olduqda.Konsentrasiya 0,3% olduqda isə 25 -ə , 0,08% olduqda isə 35-ə bərabər olur.
Tədqiqat üsulları                         Misallar                                İstifadə olunan avadanlıq
 
 Müşahidə                                Lobya toxumunun cücərməsi        Lupa


Eksperiment                       Toxumun cücərməsinə temperaturun təsiri  Termometr,Petr fincanı,pinset


Ölçmə                                    Bitki cücərtisinin böyümə sürəti           Xətkeş

Mövzu 2. "Canlıların nəsil ağacında insanın yeri" (8 sinif)

 Mövzuda Şəkilə uyğun sualları cavablandırırıq.Təbii ki, bu mövzuya da uyğun olan bir oyunu yada salmaq istəyirəm ki. "Canlı və cansız təbiət". Bu oyunu oynadıqdan sonra siz artıq hansı əlamətlərə görə canlını cansızdan ayırdığınızı bir daha yada salırsız. Daha sonra tapşırıqlara nəzər saalırıq.  Tapşırıq 1.
"Zeynəbin ifadəsidoğrudur." -Canlıların sadədən mürəkkəbə doğru inkişaf xüsusiyyətləri nəzərə alınmalıdır.
II tapşırıq cavab (D)
Ev tapşırığı kimi isə şagirdlər üç istiqamətdə araşdırma aparmalıdırlar.
I tapşırıq  - Bitkilərin nəsil ağacını tərtib edin
II tapşırıq- Heyvanların nəsil ağacını tərtib edin
III tapşırıq- Bütün canlıların nəsil ağacını tərtib edin..

Mövzu 1."Hüceyrədən orqanizmə"(8 sinif)

Salam əziz 8 b şagirdlərim. Artıq dərslərimiz başlayıb. Bizim birinci mövzu"Hüceyrədən orqanizmə" adlanır. Bu müvzu çox asan mənimsəlinən mövzu sayılır. Artıq sizə aşaöğı siniflərdən məlumdur ki, canlı orqanizmlərdə inkişaf sadədən mürəkkəbə doğru gedir. Mövzuda "Orqanlar sistemi"  haqda məlumat var. Bunu xatırlatmaq üçün bloqdaki oyundan istifadə etmək olar. "Orqanlar sistemi"
Eyni mənşəyə  və vahid quruluşa mənsub olan və ümumi funksiya daşıyan  anatomik cəhətdən bir-birilə əlaqəli  olan orqanlar qrupu orqanlar sistemi adlanır. İnsan bədənində müxtəlif mənşəyə və quruluşa malik olan , lakin eyni funksiya daşıyan orqanlar sistemi orqanlar aparatı əmələ gətirir .Orqanizmdə faydalı nəticələr əldə etmək üçün orqanlar sistemi birlikdə fəaliyyət göstərir ki, belə müvəqqəti birləşmə funksional sistem adlanır. Bu hadisəni rus alimi P.K.Anoxin özünün funksional sistem nəzəriyyəsində vermişdir.

Dərs 1.Mövzu Canlı orqanizmləri öyrənən elm sahələri.(7 sinif)

Biologiya (Bios – canlı, logos – elm) canlı təbiət haqqında kompleks elmdir. Hal-hazırda Yer üzərində mövcud olan və məhv olmuş külli miqdarda növmüxtəlifliyi, onların quruluşu və funksiyası, mənşəyi, çoxalması və inkişafı, canlı və cansız təbiətlə əlaqəsini öyrənir. Biologiya həyata xas olan ümumi və xüsusi qanunauyğunluqları müəyyən edir. Biologiyanın çoxlu bölmələrinin olmasına baxmayaraq, qanunauyğunluqlar, əsasən, ümumi biologiya tərəfindən tədqiq edilir. Ümumi Biologiya özündə, əsasən, Yer üzərində həyatın əmələ gəlməsi haqqında nəzəriyyəni, Hüceyrə haqqında nəzəriyyəni (Sitologiyanı), molekulyar biologiyanı, insan haqqında nəzəriyyəni, ekologiyanı, genetikanı, biosfer haqqında nəzəriyyəni, təkamül nəzəriyyəsini (Darvinizmi), orqanizmin individual inkişafını öyrənir.
Biologiya terminini elmə ilk dəfə 1802-ci ildə bir-birindən asılı olmadan J.B.Lamark və Q.R.Treviranus daxil etmişlər.
Biologiya aşağıdakı sahələrə bölünür:
  1. Botanika
  2. Geobotanika
  3. Zoologiya
  4. Anatomiya
  5. Mikologiya
  6. Bakteriologiya
  7. Virusologiya
  8. Morfologiya
  9. Fiziologiya
  10. Genetika
  11. Histologiya
  12. Sitologiya
  13. Embriologiya
  14. İmmunologiya
  15. Biokimya
  16. Biofizika
  17. Ekologiya
  18. Sistematika    
  19. Mənbə 

суббота, 17 сентября 2016 г.

Müəllimlərə dəstək

İmişli rayon A.Einov adına 7saylı tam orta məktəbin biologiya müəllimi
Əliyeva Leylinin 9 cu sinif yeni Layihə kitabdan götürülmüş kurikulum əsasında yazılan dərslikdən dərs nümunəsi.

Təbii ki, mövzuları şagirdə keçərkən ilk düşündüyümüz” Nə cür maraq yaradaq?” sualı olur.Elə burada dahi A.P.Çexovun sözlərini xatırlatmaq olar”Müəllim gərək,həm artist ola, həm rəssam ola,həm də öz sənətinin vurğunu ola.” Doğurdan da , müəllimin dərsə yanaşması yeni mövzuların ardıcıllıqla şagirdlərin həvəslə öyrənilməsinə nail olunur.Şagirdlərə ən çoxu tanıdıqları insan haqqında danışdıqda daha maraqlı olur.Qurduğum dərsin mövzusunu Layihə kitabdan götürərək bir dərs nümunəsi olaraq işləmişəm. Bu mövzuya mən dahi Şekspirin həyatında və demək olar ki, yazışı olmasına səbəb olan hadisə ilə başlamışam. Bu cür faktla olan məlumatlar şagirdə daha maraqlı olur. Düşünürəm ki, bu dərs icmalım da yeni dərs ilində müəllimlərə bu mövzunu keçərkən yardımçı olar.
Sinif 9 sinif.
Mövzu EMOSİYA VƏ YADDAŞ
Məqsəd EMOSİYA VƏ YADDAŞIN XARAKTERİSTİKASINI BİLİR
Təlim forması Kolektivləiş, qruplarla iş.
Təlim üsulu Beyin həmləsi,təqdimat,müzakirə
Resurslar Dərslik,elektron təqdimat.

Dərrsin gedişi

Müəllimlərə dəstək

İmişli rayon A.Einov adına 7saylı tam orta məktəbin biologiya müəllimi
Əliyeva Leylinin 9 cu sinif yeni Layihə kitabdan götürülmüş kurikulum əsasında yazılan dərslikdən dərs nümunəsi.

Təbii ki, mövzuları şagirdə keçərkən ilk düşündüyümüz” Nə cür maraq yaradaq?” sualı olur.Elə burada dahi A.P.Çexovun sözlərini xatırlatmaq olar”Müəllim gərək,həm artist ola, həm rəssam ola,həm də öz sənətinin vurğunu ola.” Doğurdan da , müəllimin dərsə yanaşması yeni mövzuların ardıcıllıqla şagirdlərin həvəslə öyrənilməsinə nail olunur.Şagirdlərə ən çoxu tanıdıqları insan haqqında danışdıqda daha maraqlı olur.Qurduğum dərsin mövzusunu Layihə kitabdan götürərək bir dərs nümunəsi olaraq işləmişəm. Bu mövzuya mən dahi Şekspirin həyatında və demək olar ki, yazışı olmasına səbəb olan hadisə ilə başlamışam. Bu cür faktla olan məlumatlar şagirdə daha maraqlı olur. Düşünürəm ki, bu dərs icmalım da yeni dərs ilində müəllimlərə bu mövzunu keçərkən yardımçı olar.
Sinif 9 sinif.
Mövzu EMOSİYA VƏ YADDAŞ
Məqsəd EMOSİYA VƏ YADDAŞIN XARAKTERİSTİKASINI BİLİR
Təlim forması Kolektivləiş, qruplarla iş.
Təlim üsulu Beyin həmləsi,təqdimat,müzakirə
Resurslar Dərslik,elektron təqdimat.

Dərrsin gedişi



Motivasiya
Bir gün bir nəfər şəhərə üz tutur.O heç vaxt evindən kənarlaşmamışdı.Birdən onun gözünə balaca bir oglanın “Afişa!Afişa!”qışqırmağı sataşdı.Yaxınlaşıb soruşanda bilir ki, teatra bilet satır.Ona teatrın nə olduğu qaranlıq qalır,lakin cibində olan son pulunu biletə verib teatra getməyi qərarlaşdırdı.Tamaşa o qədər maraqlı olur ki, nə vaxt bitdiyini belə hiss etmədi.direktor onu teatrı tərk etməyi xahiş edir.Ancaq bu insanın getməyə yeri olmadığı üçün orda qalmağı və kitabxanada işləməyi xahiş edir.Direktor cox tərəddüdən sonra razılaşdı və cıxarkən həmin insanin dönüb adını soruşur.O, isə cavabında VİLYAM ŞEKSPİR deyerek cavab verir.

Yönəldici sual
SİZCƏ BU DAHİ İNSANI TEATRDA NƏ CƏLB ETMİŞDİR Kİ, ONU SONRA DÜNYADA TANITDI?
Burda şagirdlərfikirlər söyləyirlər.
Beləliklə mövzumuz
EMOSİYA VƏ YADDAŞ
Şagirdlər qruplaşır
I qrup
Emosiyanin xarakteristikası ifadəli hərəkətlərin emosiyada rolu

hello_html_637f59f1.jpg
II qrup
Yaddaşın xarakteristikası və növü

hello_html_m7e2fe4a0.gif
Emosiyalar insanın təlabatından irəli gəlir
Bioloji təlabat
İdeal təlabat
Sosioloji təlabat
Məlumat mübadiləsi
  • Qruplar öz işlərini təqdim edirlər
  • Hər qrupa 2-3 dəq vaxt verilir

Məlumat müzakirəsi:
  • Müəllim qruplara suallar vermək , düzəliş etmək və ya əlavələr etmək imkanı yaradır, (kimin əlavəsi və ya sualları var)və ya yönəldici suallar verir (məs.emosiyaların mənfi və müsbət cəhətləri,yaddaşın yalnız insana məxsus olması və sonda öz fikrini və əlavələrini də edir.
  • Burda meyarlara əsasən qiymətləndirmə aparır.

Umimiləşdirmə və nəticə
Bu mərhələdə dərsin mərhələləri və qazandıqları bilik və bacarıqlar barədə ümumi sorğu keçirilir.


Emosiya           Yaddaş

Emosional yaddaş
 







Mənfi

Hərəki yaddaş

Obrazlı yaddaş

Söz yaddaşı

İnsan yadda saxlamağı qarşısına məqsəd qoyursa ,
ona səy göstərirsə bu,İRADİ YADDAŞ hesab olunur

İfadəli hərəkətlər emosiyanın
dilidir

Müsbət
 




Yaradıcı tətbiq etmə




hello_html_76874a4e.gifhello_html_74675d31.gifhello_html_10646c85.gifhello_html_507427e6.gifhello_html_m619dfd6e.gif
hello_html_633c4fd0.gif















Ev tapşırığı
POZULMUŞ YADDAŞI BƏRPA ETMƏK OLARMI?








Qeyd:qiymətləndirmə məlumat mübadiləsi ndən sonra aparilacaq:
Qiymətləndirmə 
Üsulu: Müşahidə
Qiymətləndirmə vasitəsi:
Meyarlar cədvəli
Qruplar
Meyarlar
Iqrup
IIqrup

Əməkdaşlıq



Vaxt



Fəallıq



Təqdimatın aydınlığı






hello_html_a54e597.gif
Cahan ki,solmayan bir baxça bağdır
Burda rəvamıdır gülmədən ölmək?
Yazıq o şəxsə ki,qaraqabaqdır!
Nə gözəl yaraşır insana gülmək