Bloqun təqdimatı

Bloun təqdimatı  keçirildi
16.11.2016

Leyli Əliyevanın biologiya fənninə aid bloq layihəsinin təqdimatı olub

A.Eminov adına şəhər 7 saylı tam orta məktəbin biologiya müəllimi Leyli Əliyevanın biologiya fənninə aid bloq layihəsinin təqdimatı olub.
Təqdimatda rayon Təhsil şöbəsinin müdir mavini Vahid Tağıyev, Metodik kabinetin direktoru Sevdimalı Hüseynov, metodistlər, məktəbin rəhbərliyi, qabaqcıl müəllimlər və şagirdlər iştirak edib.  Xatırladaq ki, (http://bioloq2015.blogspot.com/) bloqunun müəllifi Leyli Əliyeva 2015-2016-cı tədris ilində “Ən yaxşı müəllim” müsabiqəsinin respublika mərhələsinin qalibi, bu il isə “Tərəqqi” medalına layiq görülmüş gənc müəllimdir.
Leyli Əliyeva təqdimatında bloq üzərindəki işindən söz açaraq qeyd etdi ki, XXI əsr- yüksək kompüter texnologiyaları əsridir. Müasir şagird elektron mədəniyyət dünyasında yaşayır. Müəllimin də bu sahədə rolu dəyişir, şagirdlər üçün həm də informasiya mədəniyyətinin keşikçisinə çevrilir. Müasir müəllimin qarşısında duran vəzifələrdən biri də kompüter texnikası və texnologiyalarından düzgün istifadə qaydalarını, onun mövcud imkanlarından tədris prosesində istifadə etmək, öz şagirdlərinə kompüterin oyun aləti deyil, onun köməkliyi ilə yeni biliklərin öyrənilməsinə nail olmaq üçün bir mexanizm olduğunu aşılamaqdır. Müasir dünya təhsil sistemində müəllim və şagirdlərin öz biliklərini təkmilləşdirmək üçün, əsas vacib komponentlərdən biri də internet resurslarıdır. İnternet resursları işdə, evdə, tədrisdə bizim əsas köməkçimizdir. İnternetin tədris müəssisəsinə daxil olması şagirdlərin internet resurslarından istifadə bacarıqlarını, kompüter texnologiyasının mövcud imkanlarını tətbiq edərək öz dərslərini daha da maraqlı etməyə, yeni məntiqi təfəkkürə əsaslanan düşünmə tərzinin formalaşdırılmasına imkan yaradır. Bunları nəzərə alaraq bu bloqu yaratmağa qərar verdim və "bioloq 2015" bloqu şagirdlər, müəllimlər və valideynlər üçün nəzərdə tutulub.Müəllimə təqdimat zamanı bildirdi ki, şagirdlər ətraflı məlumatları, təqdiqatları, video dərsləri bu bloq vasitəsilə öyrənirlər. Bu ildən bütün kurikulum sinifləri üzrə əlavə materiallar hazırlayaraq dərslərin maraqlı təşkilinə nail olub.
Müəyyən orta hazırlıq səviyyəsində olan şagirdlər ev şəraitində də distant olaraq bu materiallardan istifadə edib, dərslərini daha mükəmməl hazılrlaya bilirlər. Tədricən bu bloq məktəbli üçün biologiya fənnindən maraqlı resursa çevrilir. Bloqda qeyd olunmuş əlaqə qutusuna girərək əlavə məlumat almaq, sual vermək mümkündür. Müəllim şagirdlərlə yaradılmış belə əlaqələrindən və onun səmərəliliyindən söhbət açdı.
Bloqda məlumatlarla zəngin səhifələr yaradılmışdır. Məsələn: “Mənim uğurlarım”, “Biologiya fənninin tarixi”, “Şagirdlər üçün interaktiv oyunlar”, “Zoologiya və canlılar aləmi”, “Məktəbimiz”, “Valideylər üçün”, “Test toplusu”, “Müəllimlərə dəstək”, “Elektron kitablar”, “Zoocoğrafiya-Azərbaycan”, “Biologiya rəqəmlərlə”, “Laboratoriya işi”, “VEB 2.0”, Siniflər üzrə “distant təhsil”, “Kurikulumun əsas tələbləri” kimi səhifələr maraq doğurur.
Eyni zamanda: “Təqdimatlar üçün blok”, “Dövri mətbuatdakı yazılarım”, “Mindomo proqramında dərslərim”, “Onlayın resurslarından istifadə etməklə keçirilən açıq dərsləri”, “Biologiyadan video resurslar”, “Elektron təhsil” müsabiqəsində şagirdlərinin iştirakı, “Həmmüəllifi olduğum kitablar” kimi səhifələr müəllimin geniş interaktiv yaradıcılığı, əzimkar zəhməti, İKT avadanlıqlarından səmərəli istifadə etmək imkanlarını əyani şəkildə nümayış etdirir.
Bloqun əsas xüsusiyyətləri isə aşağıdakılardır:
1.Mütəmadi yeni məlumatlar paylaşılır;
2.Bloqa eyni zamanda məktəbdə tədris etdiyi müddət ərzində istifadə  
   olunan elektron dərslər yüklənir (həm video, həm təqdimat şəkilində).
3.Müasir dövrdə şagirdlərin kompüterə və sosial şəbəkələrə olan bağlılığını
   nəzərə alsaq, dərslərin şagirdlər üçün elektron formada yüklənməyi  
   şagirdlərin fənnə olan marağını artırır, şagirdlər rahat şəkildə təqdimatı öz  
   kompüterinə yükləyib dərsə daha rahat şəkildə və maraqla hazırlaşa   
   bilərlər.
Təqdimat tədbirinin sonunda bloq layihəsi təhlil və müzakirə olundu. Təhsil şöbəsinin müdir müavini Vahir Tağıyev tədbiri yekunlaşdıraraq biologiya elminin öyrənilməsində bloqun əhəmiyyətindən, müasir təhsil sistemində onun üstünlüklərindən söhbət açaraq belə innovativ iş üsulunun təhsilimizə töhfə olduğunu qeyd etdi və təhsil ictimaiyyəti adından Leyli müəllimi təbrik edib ona uğurlar arzuladı.

Mənbə

Bloqun təqdimatı.( I Hissə)



Комментариев нет:

Отправить комментарий