Zoologiya və canlılar aləmi

Buzlaq quşları
'''Buzlaq quşları''' (Spheniscidae) — '''Buzlaq quşukimilər''' (''Sphenisciformes'') dəstəsinə aid quş fəsiləsi.

Cənub Qütbü, Yeni Zelandiya, Avstraliya, Cənubi Amerika, Cənubi Afrika və hətta Qalapaqos sahillərində yaşayırlar. Böyüklük baxımından 30 — 105 sm olurlar. 17-yə qədər növü bilinir. ən iriləri olan İmperator buzlaq quşları təxminən 45 kq ağırlığda olurlar. İsti bölgələrə doğru gedildikcə boyları kiçilər. Dənizlərdəki balıq və mürəkkəbböcəyi ilə qidalanarlar. Tükləri quş tüklərinə heç bənzəmir. Kürəkləri qara və ya boz, qarın hissələri ağ nazik tüklərlə örtülüdür. Növlər bir-birindən, başlarındakı rəngli tükləriylə seçilir. Quyruqları qısa və ayaqları bədənlərinin arxasında olduğundan asanlıqla ayaq üstə dayana bilərlər. Dənizdə, saatda 10 dəniz mili sürətlə üzə bilərlər. Hətta lazım olduğunda bu sürətlərini iki qat artıra bilirlər. 

Qanadlarında uzun tüklər olmadığına görə uça bilmirlər. Buna qarşılıq üzərkən çox qüvvətli üzgəc vəzifəsi görər. Buzlaq quşları, buz üzərində çox yaxşı hərəkət edirlər. Sinələrinin üzərində yataraq üzgəc qanadlarının köməyiylə xizək kimi sürüşərək, quruda bir neçə yüz kilometr məsafə qət edə bilərlər. Təkcə artım mövsümlərində yumurtlamaq üçün quruya çıxırlar. Bədənlərini örtən sıx tüklər və dəri altlarındakı qalın yağ təbəqələri onları Antarktikanın dondurucu soyuqlarından qoruyur. Bədən istiliyini nizamlayan avtomatik bir mexanizmə sahibdirlər. Lazım olduğunda qan damarları ilə dəriyə gedən qanı azaldaraq, yüksəldərək və tüklərini dikləşdirərək bədən istiliklərini tənzimləyirlər.

Cənub Qütbü buzlaq quşları 40 °C-lik bədən istilikləri ilə -40 °C-lik Antarktika soyuğuna uyğunlaşıblar. Bədənlərindəki tük, yağ və qidalardan əldə etdikləri enerji və idarə mexanizmləri ilə 80 °C-lik istilik fərqinə dözə bilirlər.

Antarktikanın kral buzlaq quşları gündə ortalama 140 dəfə suya girərlər. Bunun ancaq yüzdə onunda ov tuta bilirlər. Tük dibləri dəriyə yaxın qisimdə istiliyə qarşı yalıtkan bir iç təbəqə meydana gətirərək bədəni soyuqdan təhlükəsizliklə qoruyar.

Bəzi növləri, kürt olduğu dövrlərdə dörd aya yaxın bir zamanda aclığa dözə bilirlər. Bu dövrdə çəkilərinin yarısını itirərlər. Antarktidadan başqa yerdə yaşayan buzlaq quşlarının su axıntıları və üzən buzlarla Cənub Qütbündən gəldikləri fərz edilir.

Artım dövrələrində bir qisimi yan-yana dayanaraq yüz minlərlə fərddən əmələ gələn ''kürt koloniyaları'' meydana gətirər. Yuva quranlar 2 ə 3 yumurta yumurtlayarlar. ''İmperator'' (Aptenodytes forsteri) və ''kral buzlaq quşu'' (Aptenodytes patagonica) isə yuva qurmurlar, bir yumurta yumurtlayır və tək yumurtalarını ayaqları üzərində və qarınlarının altındakı dərisinin altında mühafizə edərək soyuqdan qoruyurlar. Yuva edənlərin kişiləri, dişilərinə çaxıl daşları hədiyyə edərək pərəstişkarlıq edər. Dişi, qar əridikcə bu daşlarla yuvasını yüksəldər. Erkək və dişi növbə ilə kürt yatır. Kürt dövründə bir şey yemirlər. Balaların qayğısına ana və ataları birlikdə qalır.

Buzlaq quşları insandan qaçmadıqları üçün, yağlarından istifadə etmək istəyənlər çox miqdarda ovluyaraq istehlak edirlər. Çıxarılan qanunlarla nəsilləri qorunmağa çalışılır. Dünyanın bir çox zooparkına da uyğunlaşma təmin etdikləri görülmüşdür.

== Buzlaq quşlarını donmaqdan qoruyan antifriz sistemi ==

Normal şəraitdə bir insan üçün buzun üzərində yalın ayaqla gəzmək mümkün deyil. əgər tecrübədən keçirilsə belə bir müddətdən sonra buzda yalın ayaqla gezen adam, donma təhlükəsi ilə qarşılaşacaq.

Elə isə omür boyu buzun üzərində yalın ayaqla rahatlıqla gəzən, üstəlik bu şəkildə bədən tempraturunu tənzimləyən buzlaq quşları necə olur ki, donmurlarə

Allahın Munis sənətinin mözüzəsi olan və qutbdə yaşayan imperator buzlaq quşları həyatlarının böyük bir hissəsini buz üzərində gəzərək, qalan hissəsini isə okeanda qida axtararaq keçirirlər. Bəs insanlar üçün xüsusi qoruyucu vasitələr olmadan yaşamağın mümkünsüz olduğu qütbdə buzlaq quşları donmadan necə yaşayırlarə
[[Şəkil:Rookery King Penguin (Aptenodytes patagonicus).jpg|left|350px]]

== Buzlaq quşlarını isti saxlayan vasitələr ==

Buzlaq quşlarının bədənlərinin böyük bir hissəsi su keçirməyən tüklər vasitəsiylə soyuqdan qorunur. Dərilərinin altında olan qalın yağ təbəqəsi də istilik izolyasiyasına kömək edir. Hətda yağ təbəqəsi və tüklər birlikdə o qədər güclü istilik izolyasiyası yarada bilər ki, buzlaq quşu günəşli bir gündə həddən artıq istilənə bilər. Ancaq uca Allah yaşamaqları üçün buzlaq quşlarının bədənlərinin həddən artıq istilənməyinin qarşısını almaq üçün xüsusi vasitələr də yaratmışdır: Buzlaq quşlarının yalın olan dimdikləri və ayaqları istilik itirilməsinə səbəb olur və onların bədənlərinin sabit tempraturda qalmasına şərait yaradır.

Soyuq havalarda öncə əllərimiz və ayaqlarımız üşüyür. Bunun səbəbi qanın həyati orqanları isti saxlamaq üçün ayaqlardan və əllərdən çəkilməsidir. Qan dövranı sistemimizin bu möcüzəvi özəlliyinə bənzər bir xüsusiyyət buzlaq quşlərda da vardır. Nizamlı qan paylanması sayəsində buzlaq quşlarının ayaqları buz üzərində donmaz.

== Buzlaq quşlarının damarlarındakı xüsusi sistem ==

Buzlaq quşlarının ayaqlarında olan müəyyən arteriya damarları, buzlaq quşlarının ayaqlarındakı istiliyə uyğun olaraq qan dövranını nizamlayır. Arteriya damarları ayaqları donma səviyyəsindən bir neçə dərəcə yüksək istilikdə saxlamaq üçün lazım olan miqdarda qanla təmin edir. Elə bu tədbir sayəsində buzlaq quşlarının ayaqları donmur.
Milçəklər əllərini niyə ovuşdurur?
Ayağınıza qonan bir milçəyi qovarsız qovarsız yenə gəlib ayağınıza qonar. Və yenə eyni hərəkətləri edərlər, ya qanadlarını təmizlərlər yada ayaqlarını bir birinə sürtərlər. Bəzən də başlarını təmizlərlər. Əlbəttə milçəklərin bu hərəkətlərinin elmi açiqlaması vardır.

Öncə onu vurğulayaq ki, milçəklər hər hansı bir səthdə istədiyi şəkildə gəzə bilirlər. Bunu ayaqlarındakı yapışqan bir maddə çıxaran tüklər təmin edir. Bu tüklər sayəsində milçək tərs ya da düz səthlərdən rahatlıqla tuta bilir.

Bu tüklər davamlı olaraq milçəyin yapışmasına maneə törətmək üçün qıçlarındakı yapışqan maddəni təmizləyir. Bu xüsusiyyət yalnız milçəklərə aid sanmayın yer üzündə təxminən 1 milyon böcək növü bu şəkildə yapışmağı təmin edir.

Gələk milçəklərin başlarını təmizləməsinə. Bu hərəkətin altında yatan təməl səbəb milçəklərin göz qapaqlarının olmamasıdır.
Mikrob təmizləyən qarışqalar
Elm adamları qarışqaların çox təsirli mikrob təmizləmə üsulundan istifadə etdiyini aşkarlayıb. İsveçli tədqiqatçılar müəyyən ediblər ki, tüklü meşə qarışqaları (formica paralugubris) yuvalarına qatran yığırlar. Ancaq qarışqaların seçdiyi qatran bizim bildiyimiz qatranlara bənzəmir. Çünki onun malik olduğu xüsusi kimyəvi maddələr xəstəlikləri qarışqa yuvalarından uzaq tutur.

Qarışqalar yuvalarını əhatə edən qozalı ağaclardan bərkimiş şirə dənəciklərini yığırlar. Yığılan qatranın miqdarı 20 kiloqrama çatır.

Lozanna Universitetinin professoru  Mişel Çapuisat və tədqiqat qrupu qatranın antiseptik xüsusiyyətini test edib, qatran olan və olmayan yuvalarda müşahidələr aparıblar. Qatransız yuvada üç qat daha çox göbələk törəməsi və xəstəliyə səbəb olan bakteriyaların artması təsbit edilib.

 Bildiyimiz kimi, qarışqaların bədəni çox kiçikdir və onlar sadə bir orqanizmə sahibdirlər. Xəstəlik, mikrob və antibiotik arasındakı əlaqəni təhlil etmək isə olduqca kompleks davranışdır. Əlbəttə ki, qarışqalar xəstəlik yaradan bakteriya və ya mikroblardan xəbərdar ola bilməzlər. Elm adamları xüsusi mikroskoblar sayəsində bunları araşdıra bilirlər.

Qarışqaların qatranın xəstəliyin qarşısını alacağını bilmələri heyrətamizdir. Onların ətrafında çox sayda bitki olsa da, məhz qozalı ağacları seçmələri şüurlu hərəkətdir. Qarışqalar sanki hansı xəstəliyə qarşı hansı dərmanı verəcəklərini bilirmiş kimi davranırlar. Bundan əlavə, qarışqaların qatran toplayarkən birlikdə çalışması yuvanın ümumi sağlamlığını düşündüklərini də ortaya qoyur.

İquanalar

Son zamanlarda dünyada maraqlı tendensiya yaranıb: heyvansevərlər vəhşi və daha ekzotik heyvanlar saxlamağa üstünlük verirlər. Evlərdə saxlanılan ən dəbli heyvanlar sırasında ekzotik iquanalar da var. Dünyanın müxtəlif yerlərində il ərzində yüzlərlə cavan iquana alınır. Bəlkə düşünürsünüz ki, iquanalar evlərdə belə asanlıqla saxlanırsa, deməli, onların pişiklər və ya itlərdən heç bir fərqi yoxdur. Əgər belə düşünürsünüzsə, səhv edirsiniz. Kənardan çox rəngli, sevimli və maraqlı görünən iquanalar əslində o qədər də asan xarakterə malik deyillər. Bu maraqlı, ekzotik heyvanların rəngli dünyasına kiçik bir səyahət etməyə nə deyirsiniz?
 
İquanalar tarixdə 
İquana adı ədəbiyyatda ilk dəfə 1553-cü ildə Pedro Sesa de Leonun “Perunun xronikası” adlı əsərində çəkilir: “Antioça şəhərindən Kartaxenaya doğru yol alıb, getdiyimiz yerə çatdıqdan sonra kapitan Xorxe Robledo burada bol balıq ehtiyatı kəşf etdi, biz balıqları əlimizdəki odun parçaları ilə vurub kənara yığırdıq. Burada çayın kənarındakı ağaclarda iquana adlanan və ilana bənzəyən qəribə görünüşlü heyvanlar yaşayır. Əgər müqayisə etsək, heyvan İspaniyada rast gəldiyimiz kərtənkələlərə də bənzəyir. Tək fərqi odur ki, iquananın başı daha böyük, quyruğu uzun, özü də daha vəhşidir. Amma rənginə və quruluşuna görə kərtənkələdən heç nə ilə fərqlənmir. Biz onu tutub, dərisini çıxarıb bişirdikdə anladıq ki, iquananın əti dovşan əti qədər yumşaq və dadlıdır. Məncə, dişi iquanalar daha ləzzətlidir, çünki onların həm yumurtaları olur, həm də ətləri yumşaqdır. İquananın əti balığa da bənzəyir. Bəlkə bu onunla əlaqədardır ki, quruda gəzən iquana bəzən rahatlıqla suya girir və üzür”.
Heyvanın ilk elmi təsnifatı isə 1758-ci ildə isveçli həkim, təbiətşünas Karl Linneyin “Təbiətin sistemləri” kitabında verilir. Son dövrlərdə iquananın müxtəlif növləri və ya iquanaya bənzəyən 17 növ heyvan tapılıb. Amma yaşıl iquanadan başqa, onların heç biri həqiqi sayılmayıb. 2000-ci illərin ilk yarısında  Amerikanın Utah Valley Universitetinin əməkdaşları iquanalar üzərində  araşdırma aparırlar. Araşdırmalar göstərir ki, heyvanın ana vətəni Cənubi Amerikadır, yalnız sonralar heyvan Mərkəzi Amerika və Karib adalarına yayılıb və Cənubi Amerika növləri ilə yeni yaranan növlər arasında ciddi təkamül fərqləri nəzərə çarpır.  Heyvanın adının mənşəyi Karib adalarında yaşayan Taino tayfasının dilindəki “ivana” sözündən götürülüb. İspanlar heyvanın adını öz tələffüzlərinə uyğun olaraq, “iquana” adlandırırlar. Sonralar ad həm elmi ədəbiyyata, həm də avropalıların dilinə məhz ispanların səsləndirdikləri kimi keçir.
Yaşıl və ya adi iquana haqqında nə bilirik?
İquanalar 18-20 il yaşayır. Ağaclarda yaşayan iquanaların burnunun ucundan quyruğunun sonunadək uzunluğu 1,5 metrdən çox olmur. Buna baxmayaraq, tarixdə uzunluğu 2 metr, ağırlığı isə 8 kq-a çatan iquana növlərinə də rast gəlinib. İquanaların başı böyük olur və üzəri pulcuqlarla örtülüdür. Quyruğu bədəninə görə çox uzun və yanlardan sıxılmış şəkildədir. Onurğasının üstü ilə belindən quyruğuna kimi daraq formalı çıxıntı var.



Pəncələri qısa, barmaqları uzun, caynaqları isə iti və güclüdür. Həm qabaq, həm də arxa pəncələrində 5 barmaq var. Bu barmaqlar sayəsində heyvan ağaclara rahatlıqla dırmaşır. Tikanlı darağı onu digər vəhşi heyvanlardan qoruyur. Uzun və güclü quyruğu ilə iquana yalnız üzmür, həm də rəqiblərinə güclü zərbələr endirir. Erkək iquanalar dişilərə görə daha təcavüzkardır. Erkək iquanaların özlərini qoruma üsulu quyruğu qırmanc kimi yelləməkdir. İquanalar quşlardan çox qorxurlar. Bütün kərtənkələlər kimi, bəzən iquanalar da mübarizə zamanı quyruğunu rəqibin ağzında qoyub qaçır və daha sonra onun yeni quyruğu inkişaf edir.
Günəş vannası sevən kərtənkələ 
İquanalar Cənub yarımkürəsində Meksikanın Sinaloa və Verakrus ştatları daxil olmaqla, Mərkəzi Braziliya, Paraqvay, Boliviya, Karib dənizindəki Antil adalarında – ən əsası isə Qrenada, Kurasao, Trinidad və Tabaqo, Sent-Lyusi, Qvadalupe, Sent-Vinsent, Utila və Aruba kimi adalarda geniş yayılıb. XX əsrin ortalarında kərtənkələləri Böyük Kayman, Puerto-Riko, Vircin, Havay adalarına, ABŞ-ın Florida, Texas ştatlarına da köçürməyə başlayırlar. Yaşıl iquanalar nəmli tropik meşələrdə, dənizkənarı quru ərazilərdə yayılıb. Çünki iquanalar ağaclarda yaşayırlar və bütün aktiv fəaliyyətlərini gündüz edirlər. Havanın soyuq olduğu zamanlarda və axşamlar iquanalar ağacların aşağı hissəsinə enir və hava isinənə qədər orada gizlənirlər. Günəşin qızmar vaxtlarında isə ağacın təpəsinə dırmaşaraq həzm prosesi üçün lazım olan D vitamini vannasını qəbul edirlər. Yalnız bir neçə saat günəşləndikdən sonra iquana ov arxasınca gedir. Ağaca əla dırmaşmağı bacaran iquana bəzən 15 metr yüksəklikdən yerə düşür və heç bir yeri zədələnmir. İquanalar üzməyi də yaxşı bacarırlar, tamamilə suyun dərinliyinə dalan heyvan quyruğunun vasitəsilə hərəkət edir.

 
İquana quyruqları ilə “tikilən” Yer kürəsi 
Qədim mayyalılar inanırdılar ki, dünya nəhəng bir evin daxilində yerləşir və bu nəhəng evin divarlarını hinduların “itzam” adlandırdıqları dörd iquana əvəz edir. Hər bir iquana Yer kürəsinin bir hissəsini təmsil edir və ayrı-ayrı rənglərlə fərqlənirlər.  İquanaların quyruqları səmada birləşir və Yer kürəsinin üstündə onun damını formalaşdırır. Bu evi mayyalılar “itzamna”, yəni “iquananın evi” adlandırırdılar. Qədim dövrdə itzamnaya Allahların evi, iquanalara isə müqədəs heyvan kimi baxırdılar. Amma həmin dövr bitdikdən sonra bu cür inanclar yavaş-yavaş sıradan çıxmağa başlayır. Lakin XVI əsrdə ispan missioneri  Dieqo de Landa öz yazılarında bildirir ki, hindular bir zamanlar yaşıl iquanaları Allahlara qurban kimi kəsirdilər. Bundan əlavə, Perunun qərbində yaşayan Moçe mədəniyyətinə mənsub tayfaların sitayiş etdiyi çoxsaylı heyvanlar sırasına yaşıl iquana da aid idi. Qədim mədəniyyətin yayıldığı ərazilərdə müxtəlif iquana fiqurları və heykəlləri tapılıb ki, bunların bir qismi hazırda Limada Larko muzeyində saxlanılır. Bundan əlavə, tapılmış fiqurlar arasında insan formalı, amma iquana başlı, quyruqlu və belində iquanadakı kimi darağı olan bir tanrı da var.

 
Üç gözlü, amma qaranlıqda görməyən heyvan 
Gündüz vaxtı iquanaların görmə qabiliyyəti əla vəziyyətdə olur və o, ətrafda baş verən hər bir şeyi, hətta ona çox uzaqdan yaxınlaşan təhlükəni belə görür. Amma qaranlıq düşən kimi heyvanın görməsində ciddi problemlər yaranır. Buna sübut gözün torlu qişasında zəif işıqlanma zamanı görmə qabiliyyətini təmin edən çubuqşəkilli hüceyrələrin az olmasıdır. Amma tam əksinə, heyvanın gözündəki konusvari hüceyrələrin çox olması daha aydın və detallı görüntü ilə yanaşı, hətta ultrabənövşəyi şüaları görməyə belə imkan yaradır. Əgər iquananı işıqlı və günəşli bir yerdən qaranlıq məkana aparsanız, heyvan o dəqiqə narahat və vəhşi hərəkətlər etməyə başlayacaq. 



Bir çox kərtənkələlərdə olduğu kimi, iquanaların da üçüncü gözü olur. “Gizli göz” də adlanan bu göz heyvanın burnunun yuxarısında yerləşir və üzəri böyük pulcuqla örtülüdür, pulcuğun mərkəzi hissəsi isə yarımşəffafdır. İquanaya qədim əcdadından keçən bu balaca orqanın daxilində kiçik kristalabənzər maddə yerləşsə də, heyvan bu orqandan istifadə etmir, daha doğrusu, orqanın tam funksiyasının nə olduğu bəlli deyil. İquananın eşitmə qabiliyyəti də yaxşı inkişaf edib. Hətta bunu da demək olar ki, iquananın eşitmə qabiliyyəti insanın eşitmə qabiliyyəti ilə eynidir. Səs eşidən kimi səs gələn tərəfə yönələrək öncə səsin predmetini aydınlaşdırmağa çalışır. İquananın günəşi sevməsinin əsas səbəbi isə daxili istiliyini özünün yarada bilməməsi və məcburən xarici mənbələrlə özünü isitməsidir. İquana üçün ideal yaşama temperaturu 30 dərəcədir. Temperaturun kəskin artması və ya azalması nəticəsində heyvanın eşitmə qabiliyyəti zəifləyir.

  Mənbə: "Discovery Azerbaijan" jurnalı

Dünyanın ən nəhəng heyvanları

Təqdim edəcəyimiz heyvanlar indiyədək Yerdəki heyvanlar arasında ən böyüyü deyil, lakin öz növlərində ən böyük təmsilçi olmaları ilə diqqətəlayiqdirlər:
Ən böyük öküz
Dünyada ən böyük öküz təxminən iki ton çəkiyə malik erkək Donetto olub. 1950-ci illərin ortalarında İsveçrədə yaşayan və dünyada ən mehriban varlıq olan Donetto 1740 kiloqram çəki və 190 santimetr hündürlüyə malik olub.

Ən böyük timsah
Şəkildə altı metr uzunluğa malik insan yeyən timsah əks olunub. O, 2002-ci ildə Burundi Respublikasında tutulub. Bu nəhəng timsah Ginnesin rekordlar kitabına düşə bilməyib, çünki Kİtab Şərqi Hindistanda tapılan yeddi metrlik timsahın mövcudluğunu təsdiqləyib.

Ən böyük ilan
Dünyanın ən böyük ilanı Nəhəng və ya Yaşıl anakondadır. Onun uzunluğu təxminən 10 metr, çəkisi isə 220 kiloqram ola bilər.
Hazırda yaşayan ilanlardan ən böyüyü Nyu-Yorkda zooloji cəmiyyət terrariumundadır. Onun uzunluğu doqquz metr, çəkisi 130 kiloqramdır.
Bildirək ki, qeydə alınan ən uzun anakonda 11 metr 43 santimetr olub. Onu 1944-cü ildə Kolumbiya cəngəlliyini öyrənən və neft yataqları axtaran geoloq-neftçi ölçüb.

Ən böyük at
Dünyada ən böyük at «Sampson» ləqəbli atdır. Onun hündürlüyü iki metr 20 santimetr, çəkisi isə 1.52 ton təşkil edib.
Qeyd edək ki, hazırda yaşayan atlardan heç biri artıq uzun müddətdir, həyatda olmayan Sampsonun rekordunu yeniləyə bilməyib.

Ən böyük dovşan
Böyük Britaniyanın Sasseks qraflığında «Ralf» ləqəbli dörd yaşlı dovşan «Dünyanın ən kök dovşanı» tituluna sahibdir.
Ralfın sahibi Paulina Qrant hazırda heyvanın çəkisinin 22 kiloqram 68 qram, uzunluğunun isə bir metrdən çox olduğunu deyir.

Ən böyük hörümçək
Yalnız sonluqlarının ölçüsünü yox, eyni zamanda bədən ölçülərini müqayisə etsək, dünyada ən böyük hörümçək Terafoza Blonda olar.
O, qurbağa, kərtənkələ, siçan və kiçik ilanları ovlaya bilir. Bu növün ən böyük nümayəndəsi 1965-ci ildə Venesuelada aşkarlanıb; onun ayaqlarının uzunluğu 28 santimetr təşkil edib.

Ən böyük köpəkbalığı
Bu gün köpəkbalıqları arasında ən böyüyü balina köpəkbalığıdır. Sənədlə təsdiq edilən rekord 14 metrə bərabərdir. Lakin tez-tez daha böyüklərinin tutulduğu xəbəri yayılır.
Bildirək ki, bəzi köpəkbalıqları 20 metr və daha böyük uzunluğa malik olur.

Ən böyük ayı
İndiyədək sənədləşdirilən ən böyük qonur ayı 2009-cu ildə Alyaskada güllələnən insan yeyən ayıdır. O, elə bir hündürlüyə malikdir ki, arxa ayaqları üstündə asanlıqla ikinci mərtəbəyə boylana bilər.

Ən böyük meduza
Dünyada ən böyük meduza arktik nəhəng meduzadır (Cyanea). O, Şimal-qərbi Atlantikada yaşayır. Massaçusets körfəzində sahilə atılan belə meduzalardan birinin başının diametri 2.28 metr, əllərinin uzunluğu 36.5 metrdir.

Ən böyük vəhşi pişik
Şir və dişi pələngin törəməsi olan hibrid. O, şir və pələngin dar çərçivədə rastlaşmağının nəticəsində törəyə bilər, belə ki, təbiətdə şirlər pələnglərlə, demək olar, rastlaşmır.
Bu törəmənin dünyada ən böyüyü Herkules Mayamidəndir. O, 400 kiloqram çəkiyə malikdir, arxa pəncələri üzərində durduqda isə uzunluğu 3.7 metr təşkil edir.

Ən böyük böcək
Ən böyük, rekordçu böcək «Titanus giganteus»dur. Ən böyük təmsilçi barədə dəqiq məlumat isə yoxdur.
Mənbələrdən biri iddia edir ki, böyük həşəratın maksimal uzunluğu 17 santimetrdir, bəziləri isə bunun 21-22 santimetr olduğunu iddia edir.

Ən böyük tısbağa
Dünyada ən böyük tısbağa qalındərili tısbağadır. Onun bədəninin uzunluğu 2.5 metrə, çəkisi isə 600 kiloqrama çata bilər.
Lakin 916 kiloqram çəkiyə malik tısbağanın tapıldığı məlumdur.
Qeyd edək ki, bu, Ginnesin rekordlar kitabında qeydə alınan tam rekorddur.

Ən böyük uçan quş
Təkcə qanadlarının uzunluğunu deyil, gövdəsinin kütləsini də nəzərə alsaq, o zaman rekordçu qara qrifdir. Bu quşun gövdəsinin uzunluğu 1.2 metr, çəkisi 14 kiloqram təşkil edir.
Bəzilərində qanadların uzunluğu 310 santimetrə çata bilər.

Pinqvinlər

Onlar haqqında hamının məlumatı var. Yaxından görməsək də, hər birimiz bu heyvanı çox sevirik. Dünyanın ən soyuq sevən heyvanları olmalarına baxmayaraq, onları görəndə insanın daxilində qəribə istilik, mülayimlik yaranır. Onlar haqqında saysız-hesabsız kinolar, cizgi filmləri mövcuddur, bir çox qurumun, ölkənin bayraq və gerblərini məhz bu sevimli heyvanların rəsmləri bəzəyir. Uçmağa qanadı olmasa da, dünyanın ən sevimli quşlarından biri olan pinqvinləri daha yaxından tanıyaq.

Pinqvinlərin bilmədiyimiz etimologiyası
Pinqvinlər  və ya latıncadan əsl adı ilə desək, Spheniscidae Pinqvinkimilər,  yəni Sphenisciformes dəstəsinə aid uçmayan quş fəsiləsidir. Maraqlıdır, bu qəribə, sevimli, bəzən də gülməli görünən, uça bilməyən quşların adının mənası nədir? Pinqvinin adının etimologiyası ilə bağlı üç əsas mülahizə mövcuddur. Qədim kelt dilində “pen” baş, “gwyn” isə ağ deməkdir. Qədim keltlər bu adla auklar ailəsinə aid və nəsli kəsilməkdə olan qanadsız auku adlandırırdılar. Dənizçilər pinqvinləri gördükləri zaman məhz xarici görünüşündən auka bənzətdiklərinə görə belə adlandırmışdılar. Antarktidanın kəşfinə qədər isə pinguinus  termini Avropada yalnız qanadsız aukun adı olaraq istifadə olunurdu. Bəzi tədqiqatçıların fikrincə isə söz ingilis dilindəki “pinwing”, yəni sancaq qanad sözündən götürülüb. Xatırladaq ki, ingilislər də ilkin olaraq, bu sözü məhz auklar üçün istifadə edirdilər. Amma ortaya sürülən versiya bir az şübhəlidir, çünki ingilis dilində pinqvin sözü “pinwing” yox, məhz “penguin” kimi yazılır. Latın dilindəki “pinguis” sözü isə gonbul, kök, dolu mənasını verir. Pinqvin sözü yalnız latın dilində deyil, bir çox Avropa dillərində də eyni mənanı bildirir.

Pinqvinlər harada yaşayır, bilirsiniz?
Pinqvinlərin əcdadları hələ Antarktida tam olaraq, buz parçasına çevrilmədən və burada mülayim hava şəraiti hakim olduğu zamanlar məhz bu ərazilərdə yaşayırdılar. Materiklər hərəkət edir, iqlim dəyişir, Antarktida Cənub qütbünə hərəkət edərək getdikcə tamamilə buzla örtülür. Əvvəl burada yaşayan heyvanlar ya Antarktidanı tərk edir, ya da ki soyuqdan məhv olurlar. Amma pinqvinlər yaşayış yerlərini tərk etməyərək yeni yaranmış iqlimə uyğunlaşırlar. 60 milyon il bundan əvvəl planetimizdə yaşayan pinqvinlərin 40-a qədər növü isə məhv olur. Aparılan axtarışlar zamanı kilosu 120, boyu isə insan boyuna çatacaq pinqvin növləri də tapılıb. Belə növlər Peru ərazisində tapılan İcadyptes salasi pinqvin növüdür. Hazırda Cənub qütbü, Yeni Zelandiya, Avstraliyanın cənubu, Cənubi Amerikanın sahil sularında, Folkner adalarından Peruya qədər, Cənubi Afrika və hətta Qalapaqos adalarının ekvatora yaxın sahillərində yaşayırlar. Pinqvinlər soyuq havanı sevirlər, buna görə də tropik iqlim qurşağına malik ərazilərə də yalnız soyuq cərəyanlar vasitəsilə gəlirlər. Məsələn, Cənubi Amerikanın sahillərinə Humbolt və ya Benqal cərəyanları vasitəsilə gəlirlər. Ümumilikdə götürdükdə isə pinqvinlər 45-60 dərəcə cənub enliyində, xüsusilə Antarktida və ona yaxın adalarda yaşayırlar. Pinqvinlərin məskunlaşdığı ən isti məkan isə ekvatorial iqlimdə yerləşən Qalapaqos adalarıdır.

Nə gözəl yaradıb yardan səni
Pinqvinkimilər ailəsinə 18 növ uçmayan quş daxildir. Bu ailənin bütün üzvləri yaxşı suya dalmaq və üzmək qabiliyyətinə malikdir. Böyüklük baxımından bu sevimli heyvanların ölçüləri 30-105 sm. arasında dəyişir, ən iri nümayəndə sayılan  İmperator pinqvinlərinin kilosu 45 kq, hündürlüyü isə 110-120 sm-ə qədər çata bilir. İsti bölgələrə doğru pinqvinlərin boyları kiçilir. Baxmayaraq ki, pinqvinlər də quşlardır, amma onların tükləri quş tüklərinə heç bənzəmir, kürəkləri qara və ya boz, qarın qisimləri incə ağ tüklərlə örtülüdür. Maraqlıdır ki, növlər bir-birindən başlarındakı tüklərin rənginə görə fərqlənirlər. Quyruqları qısadır və ayaqları bədənlərinin arxasında olduğundan rahatlıqla ayaq üstə dayana bilirlər. Digər uçmayan quşlardan fərqli olaraq, pinqvinlərin çox güclü döş sümüyü var və həmin sümüyün ətrafında möhkəm əzələ toplanıb. Heyvanın qanadları uçmağa yaramır. Amma uçmağa yaramayan əzələli və güclü qanadlar üzərkən çox qüvvətli üzgəc vəzifəsini görməklə yanaşı, buz üzərində sıçrayan və sinələrinin üzərinə yataraq çox yaxşı sürüşən pinqvinlərə “xizək kimi”  sürüşməyə köməklik edir. Bu üsulla pinqvinlər qaçaraq qurudan bir neçə yüz kilometr suyun içərisinə qədər girə bilirlər.
Pinqvinləri quşlardan fərqləndirən digər vacib cəhətlərdən biri də sümüklərinin quşlardan tamamilə fərqli olmasıdır. Belə ki, quşların sümükləri boruşəkillidir və bu onları daha yüngül edir. Amma pinqvinlərin sümükləri məməlilərdə (delfinlərdə və suitilərində) olduğu kimi sıx və içərisi çoxlu boruludur. Uçmayan quşların sinə əzələləri çox inkişaf  edib, bəzən ümumi bədənin 30%-ni təşkil edir ki, bu da digər ən güclü quşların sinə əzələlərindən qat-qat çoxdur. Quşların omba sümükləri çox qısa, diz oynaqları isə hərəkətsizdir.
Axı pinqvinlər niyə donmurlar?
Pinqvinlər unikal heyvanlardır. Belə ki, Cənub qütbü pinqvinləri 40 °C-lik bədən istiliyi ilə  -40 °C-lik Antarktika soyuğuna uyğunlaşma qabiliyyətinə malikdirlər. 80-88 °C-lik istilik fərqinə bədənlərindəki tük, yağ və qidalardan əldə etdikləri enerji hesabına tab gətirə bilirlər. Heyvanın dərisinin altında toplanan 2-3 sm qalınlığındakı piy qatı və 2 qatdan ibarət su keçirməyən, bir-birinə sıx yerləşmiş, bütün bədəni tamamilə örtən tük qatı onun soyuqdan ən birinci qoruyucularıdır. Bununla yanaşı, tüklərin arasında qalan hava qatı da suya daxil olarkən temperaturu özündə saxlayır və istiliyin itməsinə imkan vermir. Pinqvinlərin ayaqlarında bədən istiliklərini nizamlayan avtomatik bir mexanizm mövcuddur. Belə ki, ayaqlara gələn isti arterial qan öz istiliyini nisbətən soyuq olan venoz qana verir və yenidən geri bədənə qayıdır. Geri dönüm (axım) prinsipi adlanan bu proseslə bədəndəki istilik tənzimlənir. Normal şəraitdə buzun üzərində ayaqyalın gəzən və müəyyən müddətdən sonra donma təhlükəsi olan insandan fərqli olaraq, ömrü boyu buz üzərində gəzən, amma donmayan pinqvinlərin sirri budur. Bu qədər çox qorunma üsulu olan quş bəzən yağ təbəqəsi və tüklərlə birlikdə o qədər güclü istilik izolyasiyası yarada bilər ki, pinqvin günəşli bir gündə həddən artıq istilənə bilir. Ancaq Allah sanki yaşamaqları üçün pinqvinlərin bədənlərinin həddən artıq istilənməsinin qarşısını alan xüsusi vasitələr də yaratmışdır. Onların yalın  dimdikləri və ayaqları istilik itirilməsinə səbəb olur və bədənlərinin sabit temperaturda qalmasına şərait yaradır.
25 yaş nədir ki?
Pinqvinlərin bütün xüsusiyyətləri kimi görmələri, qidalanmaları və hətta yaşam müddətləri də digər quşlardan fərqlidir. Bu quşların gözləri suyun altında  üzməyə uyğunlaşıb, onların göz buynuzları düz olduğu üçün quruda yaxın görəndirlər. Suyun daha dərinliyinə baş vuran İmperator pinqvinlərinin suyun altına uyğunlaşmasının əsas cəhəti göz bəbəyinin dartılması və yığılmasıdır. Məhz bu xüsusiyyətə görə pinqvinlərin gözləri suyun 100 metr dərinliyində belə suyun müxtəlif işıqlanmasına uyğunlaşa bilir. Piqment tərkibinin analizinin nəticələri göstərir ki, uçmayan quşlar spektrin mavi hissəsində qırmızıdan daha yaxşı görür və hətta mümkündür ki, ultrabənövşəyi şüaları da qəbul edə bilirlər. Çünki spektrin qırmızı hissəsində işıq artıq suyun üst təbəqəsində yoxa çıxır, görünür, bu xüsusiyyət pinqvinlərdə yaşam şəraitinə uyğun adaptasiyanın nəticəsidir. Bir çox quşlar kimi pinqvinlərin qulaqları xüsusi bir formaya malik deyil. Suya dalan zaman onların qulaqları xüsusi lələklər vasitəsilə bağlanır və ora su daxil olmasının qarşısı alınır. 



Daha dərinliklərə üzdüklərinə görə İmperator pinqvinlərinin qulaqları digərlərindən fərqlənir, belə ki, dərinliyə endikcə artan təzyiqdən orta və daxili qulağı qorumaq üçün onların üst qulaqlarının qapaqları daha iri və möhkəmdir. Suyun altında quşlar heç bir səs çıxarmırlar, quruda isə bir-birləri ilə qırıq-qırıq səslər vasitəsilə əlaqə yaradırlar. Amma hələ də bəlli deyil ki, onlar bu səslərdən qurbanlarına, yoxsa düşmənlərinə rast gəldikləri zaman istifadə edirlər. Yaxın görən, az səs çıxaran bu heyvanlar Antarktida gümüş balığı, krablar, dənizlərdəki qabıqlılar, balıq və mürəkkəbböcəyi, sardın, ançouslar vasitəsilə qidalanırlar. Maraqlıdır ki, eyni ərazidə yaşayan iki ayrı cins pinqvinin yeməyi bir-birindən fərqlənir. Məsələn, Antarktida pinqvini və Adel pinqvinləri eyni ərazidə yaşasalar da, yedikləri gümüş balıqlarının ölçüləri bir-birindən seçilir. Dənizdə saatda 10 mil sürətlə üzə bilərlər. Hətta lazım olduğunda bu sürətlərini iki qat artıra bilərlər. Birhüceyrəlilər vasitəsilə qidalanan pinqvin növləri balıqlarla qidalanan cinslərə nisbətən daha tez-tez qidalanmaya ehtiyaclar duyurlar. Baxmayaraq ki, birincilər ikincilərə nisbətən daha az enerji sərf edirlər. Balıqlarla qidalanan pinqvinlərə yem tapmaq üçün 10 cəhddən birinin uğurlu alınması bəs edir. 

Amma balaca heyvanlarla qidalananlar suya bir dalışda ən azından 16 xərçəng tutmalıdırlar ki, gün ərzində həm öz enerji tələbatlarını təmin etsinlər, həm də balalarını doydursunlar. Bunun üçün də hər 6 saniyədən bir suya baş vurmalıdırlar. Pinqvinlərin yemək üçün suya baş vurma müddətləri ilin fəsillərindən də asılıdır. Məsələn, bala çıxarma dövründə Antarktida pinqvinləri suya 190 dəfə baş vurduqları halda, İmperator pinqvinlərində böyük köç zamanı bu say 860 dəfəyə çata bilir. Bəzən tük tökmə, bəzi cinslərdə isə ümumilikdə bala çıxarma dövründə yeməkdən imtina edirlər. Bu müddət müxtəlif cinslərdə 1 aydan 3 aya kimi dəyişə bilir. Həmin dövrdə donmamaq üçün öz piy ehtiyatlarından istifadə edən pinqvinlər çox arıqlayırlar. Onlar dəniz suyu içirlər. Suyun tərkibindəki duz gözün aşağısında yerləşən xüsusi vəzilər vasitəsilə xaric olunur. Bu dövr ərzində pinqvinlərin yaşama şansı daha çox onların piy ehtiyatından asılıdır. Məsələn, Adel pinqvinlərində bu 70-80% təşkil etdiyi halda İmperator pinqvinlərində 90%-dir.  Ümumilikdə isə pinqvinlər 25 il yaşaya bilirlər. Gün ərzində yemək arxasınca 27 km üzürlər, 80 dəqiqələrini isə suyun 3 metr dərinliyində keçirirlər. Dərinliyə dalma üzrə bəzi pinqvinlər rekorda belə imza atırlar, balaca cinslər, Papuan pinqvinləri su altında bir və ya iki dəqiqə dayanmaqla 20 metr dərinliyə, İmperator pinqvinləri isə suyun altında düz 18 dəqiqə dayanaraq 530 metr dərinliyə kimi gedə bilirlər. Sudan çıxdıqda isə 1.80 metr hündürlüyə atlana bilirlər. Pinqvinlərin ayaqları qısa olduğu üçün onlar yanlara basa-basa hərəkət edirlər. Araşdırmalar göstərir ki məhz bu cür yeriməklə enerjiyə qənaət edirlər. Quruda saatda 3-4 km məsafə qət edirlər. Buzun üstündə sürüşdükləri üçün suda olduğu kimi sürətlidirlər.
Gəz, üz, çoxal və yaşa!
Pinqvinlər çox sosial heyvanlardır, birlikdə isinir, birlikdə yaşayırlar. Tək-tək yumurtlamağı və bala çıxarmağı sevmirlər. Adətən onlar bunu bir yerdə on minlərlə cütlüyün toplandığı koloniyalarda edirlər. Yumurta qoymaq və balaları yemləməkdə hər iki cütlük iştirak edir. Balaca balalara isə valideynlərin onlara üyüdüb verdiyi balıq və balaca heyvan qırıqlarını həzm etmək, soyuqdan qorunmaq üçün valideynlərinin isti və yumşaq qarın qatlarında yatmaq qalır. Pinqvinlərin cinsi yetkinlik dövrü də növlərə görə dəyişir, məsələn, Subantarktika pinqvinləri 2, İmperator, Adel, Antarktida pinqvinləri 3, Qızılsaç pinqvinlər isə düz beş yaşında bu mərhələ üçün hazır olurlar. Əslində göstərilən rəqəmlər bir az orta statistikanı göstərir, həyatda isə çox vaxt pinqvinlər koloniyaya yalnız özləri hazır olduqları zaman getməyə başlayırlar. Koloniyaya getmək isə artıq quşun cütləşməyə hazır olduğunu göstərir. Yaş artdıqca pinqvinin koloniyada qalmaq müddəti də artır.  Əslində quşların yumurta qoyduğu dövrü hava şəraiti bəlli edir. Cənubi Qalapaqos pinqvinləri, balaca və uzunqulaq pinqvinlər ilin istənilən vaxtı yumurta qoya bilərlər, balaca pinqvinlər isə bəzən ildə iki dəfə yumurta qoya bilərlər. Ümumilikdə Subantraktidadan Antarktidaya qədər ərazidə yaşayan quşlar il ərzində iki dəfə – yazda və yayda yumurta qoya bilərlər. Bu pinqvinlər arasında fərqlənənlər isə İmperator pinqvinləridir, onlar payızda yumurta qoyurlar. Belə olduqda isə balaca quşcuğazların dünyaya gəlməsi -40 dərəcə Antarktida soyuqları dövrünə düşür və bu şərait onlara ətraf aləmə daha yaxşı adaptasiya olmağa kömək edir. Yumurta qoymazdan öncə erkək pinqvinlər dişidən tez koloniyaya gəlir və özləri üçün burada balaca yer götürərək yuva qururlar. Yalnız İmperator pinqvinləri belə sosiallaşmanın tərəfdarı deyillər və onlar özlərinə yuva qurmurlar, bu pinqvinlər yalnız öz tərəf müqabilləri və nəsilləri ilə yaxınlıq edirlər.

Pinqvinlər görüşəndə
Pinqvinlərin görüşü isə maraqlı olur. Dişilərin maraqlarını cəlb etmək üçün erkəklər səslər çıxarırlar. Əgər bu erkəyin ilk cəhdi deyilsə, o zaman keçən il birlikdə olduğu dişi ilə də yenidən birləşir. Pinqvinlərin evliliklərinin ömrü isə uzun olmur, ən çox birlikdəliyin ömrü 6-7 il olur. Hər il birlikdə olmanın nəticəsi isə cütlüyün keçən ili necə keçirməsindən asılı  olur.
Cütləşmədən sonra isə İmperator pinqvinləri öz pəncələri üzərinə bir yumurta qoyurlar, digər bütün pinqvinlər isə düzəltdikləri yuvanın içərisinə 3-5 gün ərzində iki yumurta qoyurlar. Yumurtalar ağ və ya yaşıl rəngli olur. Cavan cütlüklərin qoyduğu yumurtalar çox az hallarda uğurlu alınır. Yumurtalardan bala çıxması üçün uzun illərin təcrübəsi lazımdır. Qoyulan yumurtalar üzərində erkək pinqvinlər kürt yatır. Yumurtanın inkubasiya dövrü müxtəlif pinqvinlərdə bir aydan iki aya kimi davam edir. Çox vaxt birinci yumurta ikincidən böyük olur və yumurtadan daha tez çıxır. Valideynlər də çox zaman böyük quşları daha çox sevir, onu daha çox yemləyirlər, elə buna görə də adətən ikinci bala məhv olur. İkincinin məhv olması əslində valideynlərə də xeyirdir, bu həm vaxta, həm yemə, həm də enerjiyə qənaətdir. Valideynlər çox zaman birinci balanı sığortaya almaq üçün ikinci yumurtanı da qoyurlar. Birincinin yaşaması isə artıq ikinciyə olan ehtiyacı yox edir.

İmperator pinqvinlərindən valideynlərdən biri 6 ay körpəyə nəzarət edir, digəri isə yem dalınca gedir. Balacalar bir az böyüdükdən sonra isə onları “uşaq bağçası”na verib, hər iki valideyn yem dalınca gedir. Bağça adlandırılan bu birliklərdə bəzən bir deyil, bir neçə növdən körpə quşcuğazlar yaşaya bilər.
Quşların öz balalarını yemləməsi də fərqlidir, məsələn Subantarktik pinqvinlər balalarını hər gün, Adel və Antarktida pinqvinləri iki gündən bir, İmperator pinqvinləri isə ümumilikdə 4 gündən bir və ya daha gec yemləyir, amma buna baxmayaraq, sonuncular bir dəfəyə hamıdan çox qida alırlar. Digərləri gün ərzində 500 qr yem qəbul etdikdə, İmperator pinqvinlərinin balaları bir gündə 1 kq balıq yeyir. Buna görə də onların balaları 12 ay ərzində öz valideynlərindən də ağır olurlar. Tüktökmə zamanı pinqvinlərin çoxu koloniyanı tərk edir və bununla da demək olar ki, valideynlik vəzifələri sona çatır. Bundan sonra balalar müstəqil həyata atılırlar.

 Mənbə: "Discovery Azerbaijan" jurnalı 
Qarışqalar
Elm adamları uzun illərdir qarışqaların qida axtarmaq üçün uzun məsafələr qət edib, sonra heç azmadan yuvalarına necə qayıtdıqlarını araşdırırlar. Xüsusilə Saxara səhrasında yaşayan səhra qarışqalarının günəş vasitəsilə istiqaməti müəyyən etdikləri məlum olsa da, onların bu diqqətçəkən xüsusiyyəti elm adamlarını bu sahədə daha dərin tədqiqatlara təşviq etmişdir.

Səhralarda istiqaməti müəyyən etməyə kömək edən heç bir iz və ya işarə olmadığı halda, ziqzaq xətt üzrə yem axtaran Saxara qarışqalarının yem tapdıqdan sonra gəldikləri ziqzaq yolun əksinə, düz xətt üzrə yüz metrlərlə yolu qət edib yuvalarına qayıtdıqları və bunun üçün Günəşdən istifadə etdikləri bundan əvvəl elmə məlum idi.

Ancaq Almaniyanın Ulm və İsveçrənin Sürix Universitetinin mütəxəssisləri tədqiqatlarını bir az da dərinləşdirdilər və sıx bitki örtüyünün olduğu yerlərdə qarışqaların yollarını necə tapdıqlarını tədqiq etməyə başladılar. Nəticədə, bu canlıların yuvalarına addımlarını sayaraq qayıtdığı məlum oldu. Bu kiçik canlıların belə bir xüsusiyyəti heyranedici idi. Catalglyphis fortis adlandırılan Saxara qarışqaları atdıqları addımları sayır və geri qayıdarkən eyni sayda addım ataraq yuvalarına çatırdılar.

Bu nəticəyə gəlmək üçün belə bir təcrübə keçirildi:
Elm adamları Saxara qarışqalarının yuvalarından yemə qədər düz xətt boyu yerimələrini təmin etdilər. Qarışqalar yemə çatdıqdan sonra, yəni yem ilə yuvaları arasındakı məsafəni əzbərlədikdən sonra qarışqaların yarısının ayaqlarına fiziologiyalarına uyğun material əlavə edilərək ayaqlarının boyunu uzatdılar. Yəni addımlarını böyütdülər.

Qarışqaların digər yarısının isə ayaqları bir əməliyyatla qısaldıldı, yəni addımları kiçildildi. Addımların ölçüsünün dəyişdirilməsində məqsəd qarışqaların yuvalarından çıxdığı andan etibarən öyrəndikləri məsafəni addımları ilə ölçüb-ölçmədiklərini müşahidə etmək idi.

Yenidən yuvalarına qayıtmaq üçün yola buraxılan qarışqalardan addımları böyük olanlar yuvalarının yanından keçib gedirdilər. Ayaqları qısa, addımları kiçik olanlar isə hələ yuvaya çatmadan dayanırdı. Ancaq qarışqalar tədricən yeni ayaq uzunluqlarına alışdıqdan sonra yuva-yem arasındakı məsafəni yenidən öyrənir və heç yanılmadan yuva ilə yem arasında gedib-gəlirdilər.

Bu təcrübə ilə Ulm Universitetindən neyrobioloq Harald Vulfun rəhbərlik etdiyi tədqiqat qrupu belə nəticəyə gəldi ki, qarışqalar addımlarını sayırlar.

Qarışqa şüuru, ağlı, qərar vermə, mühakimə etmə qabiliyyəti olmayan canlıdır. Şübhəsiz ki, bu canlının öz iradəsi ilə yuvasından çıxıb addımlarını sayaraq yemə doğru gedib, sonra yenidən addımlarını sayaraq yuvasına qayıtması qeyri-mümkündür. Saxara qarışqaları da digər bütün canlılar kimi yaradıldıqları andan etibarən Allah’ın ilhamı ilə hərəkət edirlər.

Maraqlı məlumatlar-4

Timsahlar daş yeyir
Timsahların mədəsi daşı həzm etmək üçün də yararlıdır. Onun mədə həzmindən bütün canlılar keçə bilər-tısbagalar,balıq və quşlar, zürafələr,şirlər və timsahların özü.Hətta daşlar.Timsahlar onu udur və mədəsində saxlayır.Bu onun suyun altında qalma müddətini tənzimləyir.
Kit balığının südü
Analarının 1/3 hissəsinə çatana kimi öz balalarının qaygısına qalmaq kit balıqları üçün heç də asan iş deyil. Onun südü 50 % yaglılıq təşkil edir ki, bu da insanla nisbətdə 10 qat daha çoxdur. Bu körpənin daha sürətli çəki almasına kömək edir.

Quşlar işarətlərdən istifadə etməyi bacarırlar
Siz tək,xəritəsiz və ya sürücüsüz harasa səyahətə çıxa bilərsinizmi? Çox güman ki, yox. Amma bəzi quşlar və əsas da göyərçinlər heç bir problem olmadan minlərlə kilometr yolu uçaraq öz yuvalarına qayıda bilirlər.2006- cı ildə çıxan bir məqaləyə əsasən alimlər düşünürlər ki, göyərçinlər yerdə özlərinə hər hansı bir işarə taparaq,evə rahat qayıtmaq imkanını qazanırlar.

Su siçanlarının qış günləri daha uzun olur
Bu gəmiricilər qışda öz quyruqlarındakı yaga və yığdıqları qidaya görə qışı sag salamat başa vura bilirlər. Öz kürklərində soyuqdan qaçaraq enerjilərini qoruya bilirlər. Nəticədə isə onlar işıq üzü görmürlər.Onların bioloji saatı dəyişir və günlərinə 5 saat daha əlavə olunur. 

Köstəbəklər əslində heç də kor deyillər
Özünün yeraltı həyat tərzi və zəif gözləri ilə Afrika köstəbəkləri gəmirici kimi tanınırlar.Demək olar ki, işıq üzü görmür və öz gözlərini hava axınındakı dəyişiklikləri aşkar etmək üçün istifadə edir. Sonrakı araşdırmalar isə aydınlaşdırıb ki, köstəbəklərin görmə qabilliyyətləri heç də pis deyil.Onların rahatlıqla tunel qazması da bunu sübut edir.

Bir çox balıqlar öz orqanlarını dəyişmə imkanına malikdirlər
Yer üzərində o qədər qəribə və maraqlı heyvan növləri var ki, bəzən suyun altında olan canlıları unuduruq. Ikicinsiyyətlilik kimi qəribə təcrübə hər hansı digər onurğalı qruplara da xarakterikdir.Hormonal dövründə və ya ətraf çirklənmə və ya dəyişilmə nəticəsində balıqlarda bu cür dəyişikliklər gedir. Bəziləri həm dişi,həm erkək cinsi orqanlarına malik olur.

Zürafələrdə mükəmməl qan dövranı var
Boyunları Yerdən 4 m məsafədə olan zürafələr öz uzun boyunlarını qidalanmaları üçün hətta ən hündür agacdan belə yarpaq dərərək daha səmərəli şəkildə istifadə edirlər.Lakin bu cür şəraitdə onların bir çox çətinlikləri yaranmış olur. Ürək gərək qanı 2 dəfə daha çox dövr etdirsin ki, qan beyinə işləsin və həm də elə alınsın ki, o başını aşagı əyəndə yenidən qan dövranı ilə problem yaranmasın.Bu işi zürafələrin orqanizmi layiqincə yerinə yetirmiş olur.

Fillər agıllıdır
Ən böyük beyin fillərdə mövcuddur.Lakin onlar bu beyindən istifadə edirlərmi? İnsanların və ya heyvanların hansı daha agıllıdır sualını dəqiqliklə cavablandırmaq mümkün olmasa da, fillərin bütün heyvanlar içərisində intellekt və yaddaşı yetərincə güclüdür.

Tutuquşular hər şeyi anlayır
Tutuquşuları adətən civildəyən və ya agılsızcasına sözləri təkrarlayan quş kimi tanıyır hər kəs. Lakin son 30 ilin araşdırmalarına görə tutuquşular daha çox şeyə naildilər, nəinki özləri təkrar etməyəReklam olmaz !!!im bu dostumuz 4-6 yaşlı uşağın beyin səviyyəsinə bərabər olan linqvistik məsələləri həll etməyə qadirdir. Onlar «eyni» və «müxtəlif», «böyük» və «kiçik» sözlərinin mənalarını anlayır, rəqəmləri tanıya bilirlər. Bundan əlavə onlar söz və söz birləşmələrini də rahatlıqla təkrarlaya bilirlər.

Definlərdə iti görməni təmin edən sonar sistemi

Bir insan özündən 100 metr irəlidəki hər hansı bir obyekti görməkdə çətinlik çəkərkən delfinlər 3 km kənarda dayanan bir cisimi görməkdə heç çətinlik çəkmirlər. Həm də bu görmə prosesini gözləri ilə deyil, başlarının alt hissəsindəki sonar sistemi vasitəsilə yerinə yetirirlər. Bu sonar o qədər qüvvətli səs dalğaları yayır ki, delfinlər ətraflarında olan böyük-kiçik hər şeyi bu sistem sayəsində qəbul edə bilirlər.

Sonarın göndərdiyi siqnallar cisimlərə dəydikdən sonra təkrar geri qayıdaraq delfinin alt çənəsinə çatır və buradan da lipit adlı yağ vasitəsilə daxili qulağa ötürülür. Tam uyğun miqdarda ifraz edilən bu yağ sayəsində daxili qulağa çatan məlumatlar beyinə ötürülür və qəbul etmə tamamlanmış olur.
Hər şeyi bənzərsiz və qüsursuz yaradan Allah delfinləri də ən gözəl şəkildə yaratmış və üstün texnologiya ilə təchiz etmişdir.

Elektrikli ilan balıqları

Boyları 2.75 metrə çatan elektrikli ilan balıqları(Electrophorus electricus) Amazon bölgəsində yaşayırlar. Elektrik hasil etmə qabiliyyətindən həm müdafiə, həm də hücum vasitəsi kimi istifadə edirlər. Bu balıqlar bədənlərində hasil etdikləri elektriklə ovlarını hərəkətsiz hala salır və düşmənlərini şok edib öldürürlər.
Balıqdan qaynaqlanan elektrik şoku 2 metr uzaqlıqdakı böyük heyvanı belə öldürəcək şiddətindədir. Balığın elektrik hasil etmə müxanizmi saniyənin 1000-də 2 və ya 3-ü qədər qısa müddətdə işə düşür. Bütün elektrikli balıqlar arasında ən öldürücü balıq olan ilan balığında elektrik cərəyanı 650-yə çatır. Bu qədər yüksək voltaj televizoru işə salmaq üçün istifadə edilən elektrikdən də artıqdır və insanı öldürə bilər. İlan balığının bəzən boşaltdığı 800 voltluq elektrik şoku isə atı öldürə bilir.
Elektrik ilan balığının bədənindəki yan əzələlərdə yerləşmiş orqanları tərəfindən hasil edilir. Elektrikli ilan balığının üç cüt elektrik orqanı var. Bu orqanlar balığın çəkisinin böyük hissəsini və boyunun 4/5-nü təşkil edir. Elektrik orqanı çoxlu sayda yastı hüceyrənin ardıcıl, paralel bağlanmasından əmələ gəlir. Elektrikli ilan balığının quyruğunda 70 sütun şəklində düzülmüş, 10.000 kiçik elektrik orqanı yerləşir. Bu hüceyrələrin hamısının eyni anda hərəkətə salaraq güclü elektrik axını əmələ gətirməsi üçün hüceyrələri hərəkətə keçirən sinir impulsları eyni zamanda ötürülməlidir. Minlərlə hüceyrənin müəyyən canlını hədəfə alaraq eyni anda elektriki boşaltması isə çox xüsusi, təəccüblü haldır. Bu hüceyrələrin hər biri digərindən fərqli zamanda elektriklərini boşaltsaydılar, ova təsir edəcək qədər güclü elektrik axını olmazdı. Ancaq orqanizmindəki bu mükəmməl sistemdən ilan balığının xəbəri belə yoxdur və Allah’ın istəyi ilə bundan ən təsirli şəkildə istifadə edir.
Elektrikli ilan balıqlarının quyruq hissəsindəki elektrik orqanı eyni zamanda zəif elektrik impulsları hasil edərək duyğu orqanı kimi də çalışır. Balıq elektrik yükünü quyruğundakı minlərlə məsamədən impulslar şəklində yayır. Bu impulslar balığı əhatə edən suda ani elektrik sahəsi əmələ gətirir. Balığın yaxınlığındakı cisimlər bu sahənin formasını pozur. Balıq bu pozulmaları növünə görə şərh edərək ətrafı haqqında məlumat əldə edir. Balığın orqanizmində ətrafa müntəzəm elektrik impulsları yayan, bir tərəfdən də bu impulsların toqquşduğu cisimləri şərh edən bir növ üzvi radar var. İnsanların istifadə etdiyi radarların nə qədər mürəkkəb cihaz olduğunu nəzərə alsaq, balığın orqanizmində yerləşən və süni radarlardan qat-qat mürəkkəb olan bu sistemin möhtəşəmliyini daha yaxşı dərk edərik.
Elm adamları elektrikli ilan balığının bu müdafiə mexanizmini təqlid etməyə və dövrümüzdə bu balığınkına bənzər elektrikli müdafiə silahları icad etməyə çalışır. Əlbəttə, elektrik impulsları bir cismin yerini müəyyən etmək məqsədilə və ya xəbərləşmə üçün istifadə edilə bilər. Ancaq bunun üçün dərin elmi biliyə və qabaqcıl texnologiyaya ehtiyac var. Belə ki, dövrümüzdə belə bu səviyyəyə çatmış ölkələrin sayı çox azdır. Halbuki, bəzi elektrikli balıqların bədənlərində ətrafa daima elektrik impulsları yayan, bir tərəfdən də bu impulsların toqquşduğu cisimləri şərh edən üzvi radar var. İlan balıqlarındakı bu üstün texnologiyanın mənbəyini təsadüfi amillərlə açıqlamağa çalışmaq həm elmi cəhətdən, həm də ağıl baxımından məntiqsizdir.
 
Minlərlə hüceyrə eyni anda elektriki necə boşaldır?
 Elektrikli balıqlar hər biri çox az miqdarda enerji hasil edən hüceyrələrin birlikdə hərəkətə keçməsiylə 500-900volta qədər elektrik əldə edib bundan düşmənlərinə qarşı istifadə edirlər. Ancaq bu hüceyrələr eyni anda elektriki boşaltdıqda balıq üçün təsirli silah əmələ gətirirlər. Elektrik hüceyrələrinin hər biri müxtəlif vaxtlarda elektriklərini boşaltsaydılar, bu sistem işə yaramaz, balıq üçün müdafiə təşkil etməzdilər. Bəs bu sistem qüsursuz ahənglə necə işləyir?
Elektrik hasil edən orqanların əksəriyyəti çox uzundur, ona görə onurğada hərəkət əmri ötürən neyronlarla elektrik orqanı hüceyrələri arasındakı məsafə dəyişkəndir, uzun və ya qısadır. Lakin bu məsafə elektrikin eyni anda boşaldılması baxımından çox vacibdir. Çünki sinir impulsları müəyyən sürətlə – saniyədə 10-40 metr – göndərilir. Buna görə, onurğadakı motor neyronların hamısı eyni anda sinir impulsu göndərsə də, məsafənin dəyişkənliyinə görə bu impulslar elektrik hüceyrələrinə eyni anda çatmır.
Burada daha uzaqda olanların yaxında olan hüceyrələrə nisbətən gec fəaliyyətə keçməsi düşünülə bilər. Ancaq fərqli balıq növlərində iki müxtəlif strategiyadan istifadə edilir və belə uyğunsuzluğun qarşısı alınır. Birinci metod məsafələrin bərabərləşdirilməsidir. Yəni beyindən əmr daşıyan sinir hüceyrələrinin aksonları (çıxıntıları) yaxınlıqdakı elektrik hüceyrəsinə dolayı yolla, uzaqdakı elektrik hüceyrəsinə birbaşa gedir. Digər metod isə göndəriləcək hüceyrənin uzaqlığına görə aksonların göndərmə sürətlərinin dəyişdirilməsidir. Buna görə, qısa aksonlar daha yavaş, uzun aksonlar daha sürətlə xəbər ötürürlər. Beləliklə, elektrik orqanındakı on minlərlə hüceyrə “elektrik boşalt” əmrini eyni anda alır.

Heyvanlar haqqında maraqlı faktlar-1
1. Delfinlər bir gözü açıq yatarlar. 

2. Heyvanların ən böyüyü mavi balinadır. (uzunluğu 33 m., ağırlığı 190 t.)

3. Dəniz kobrası dünyanın ən zəhərli ilanıdır.

4. Timsahlar dilini çölə çıxara bilməzlər.

5. 2600 qədər qurbağa cinsi var.

6. Bir qarışqanın qoxu hiss etmə qabiliyyəti ən az bir itinki qədər inkişaf etmişdir.

7. Bir ağcaqanadın sürəti saatda 8 km.

8. Kəpənəklər ayaqlarıyla dad alarlar.
10. Malların 4 dənə mədəsi vardır.

11. Atlar 1 ay qədər ayaqda qala bilərlər.

12. Dəvələrin 3 dənə qaşı vardır. Dəvə dəniz suyu içə biləcəyi kimi bir dəfədə 250 litr su da içə bilər.
13. Yalnız donuzlar günəşdən yana bilər.

14. Yetkin bir ayı at qədər sürətli qaça bilər.

15. Pişiklər şəkər dadını ayırd edə bilmirlər.

16. Siçan, bir dəvədən belə daha uzun müddət susuz qala bilər.

17. Zürafənin səs telləri yoxdur, dili 35 sm. qədərdir.

18. Zebrlər ağ üzərinə qara xəttlidir.

19. Bir dəvəquşunun gözü beynindən böyükdür.

Gözlərini isidən balıq

Tunes balığı, bəzi akula növləri və qılınc balığı bədən temperaturlarını ətrafın istiliyindən daha yüksək edə bilirlər. Balıqlar əzələlərdəki və sinir sistemindəki temperaturun yüksəlməsi ilə əldə edilən enerji sayəsində daha sürətli hərəkət edir, bu da ovlanmada onlara üstünlük qazandırır.
İsidilmiş gözlərin üstünlüklərini Avstraliyadakı KvislendUniversitetinin elm adamları sübut etmişlər. Kerstin Fritsçes və tədqiqat qrupu qılınc balığının soyuq suda daha yaxşı görmək üçün gözlərini isitdiyini tapmışdır. Yırtıcı balıqlar bir əzələ ilə toxumalarını ətrafdan 15 dərəcə çox isidə bilirlər. 
Araşdırma zamanı qılınc balıqlarına hərəkətli işıq siqnalları göstərilərkən, temperatur, işığın parlaqlıq dərəcəsi və titrəməsi dəyişdirilmişdir. Qılınc balıqları 10 0C-də saniyədə 40 siqnal qət edə bilmişlər. Lakin işıq siqnalı zəif olduqda balıqlar yüksək temperaturda yaxşı görə bilməmişlər. 

Elm adamları qılınc balıqlarının təbii mühitdə isidilmiş gözlərindən 500 m dərinliyinə qədər faydalana bildiklərini təxmin edirlər. İsidilmiş gözlər istiliyin su səthinin altına düşdüyü yerlərdə əhəmiyyət daşıyır. Bu səviyyələrdə qılınc balıqları temperatur səviyyəsinin enişini asanlıqla tarazlayırlar. Bu isə balıqlara 100 m dərinlikdə isidilmiş gözlərlə 12 dəfə, 300 m dərinlikdə isə 7 dəfə daha yaxşı görmə imkanı təmin edir.

Sürünənlərin yeni növləri

Avstraliyalı zooloqlar qitənin uzaq dağlıq ərazilərinə ekspedisiya zamanı əvvəllər məlum olmayan növlər aşkarlayıb. 
Söhbət qurbağa, kərtənkələ və gekkondan gedir. Daha dəqiq desək onların bir növündən.

Phys.org-a istinadən bildirilir ki, alimlər daha öncə məlum olmayan növlərin bundan da çox olduğunu deyiblər. Keyp-Melvil parkında aşkarlanan üç növ burada olan daşların və böyük qayaların arasında tapılıb.
Saltuarius eximius adlandırılan gekkon 11 sm uzunluğundadır. Onun rəngi daşların arasında gizlənmək üçün uyğundur.



Tapılan kərtənkələyə Saproscincus saltus adı verilib.
 


Qurbağaya isə Cophixalus petrophilus adılandırılıb.
 Həmin ərazi tam araşdırılmadığından orada yeni növlərin aşkarlanacağı istisna olunmur.

Zəhəri toxumları zərərsizləşdirən Araralar

Şüuru, ağlı, zəkası olmayan heyvanlar bir çox hallarda xəstəlikləriniözləri müalicə edirlər. Heyvanların özlərini müalicə etmək üçün istifadə etdikləri üsullardakı diqqətçəkən cəhət hamısının nə edəcəklərini çox yaxşı bilmələri, hansı xəstəliyə nəyin faydalı olduğunu müəyyən etmələridir. Bəs bunu edən, həqiqətən, heyvanların özləridirmi? Heyvanlar bu məlumatları necə əldə ediblər? Təkamülçülər canlıların bu cür davranışlarının bir çoxunun instinktiv olduğunu iddia edirlər, ancaq instinktlərin mənbəyini, bu davranışların ilk dəfə necə ortaya çıxdığını açıqlaya bilmirlər.
Əvvəla, canlıların bunları zaman ərzində öyrənmələri mümkün deyil. Məsələn, zəhərlənən bir heyvan dərhal ölər. Zəhərlənməsinə səbəb olan amili necə aradan qaldıracağını təcrübədən keçirərək öyrənməsi mümkün deyil. Unudulmamalıdır ki, bir heyvanın belə bir şeyi düşünmək üçün şüuru da yoxdur.
Heyvanların öz-özlərini müalicə edərkən nümayiş etdirdikləri şüurlu davranışlarına bir misalla baxaq. Araralar tropik Amerikada yaşayan tutuquşu növüdür. Cəlbedici rəngləri olan bu canlıların ən təəccüblü cəhəti zəhərli toxumlarla qidalanmalarıdır. İri qarmağı xatırladan dimdikləri ilə çox bərk qabıqları belə qıran bu quşlar zəhərli toxumlar üzrə sanki mütəxəssisdirlər. Bu, olduqca təəccüblü haldır, çünki zəhərli toxumu yedikdə quş zəhərlənməlidir. Ancaq bu baş vermir və quş zəhərli toxumları yedikdən sonra dərhal qayalıqlara doğru uçur və orada gilli qaya parçalarını gəmirib udmağa başlayır. Bu davranışın səbəbi gilli qaya parçalarının toxumların içindəki toksini sorması və zəhərin təsirini aradan qaldırmasıdır. Quşlar bu sayədə toxumları zəhərlənmədən həzm edirlər.

Bayquş kəpənək
Braziliyada yaşayan Kalliqo kəpənəyi quşun ona hücum etdiyini görən kimi qəflətən bayquşa “ çevrilir “. Məsələ burasındadır ki, kəpənəyin qanadlarının üstündə bərəlmiş gözlü və iti dimdikli bayquş şəkli vardır.

Ölkəmizdə on beş minədək kəpənək növü vardır. Bunların bəziləri cəmi bir neçə gün ömür sürür və heç bir şey yemir.

Şimali Avstraliyada və Yeni Qvineyada elə kəpənəklər vardır ki, onların qanadlarının uzunluğu 26 sm-ə çatır. Yerli əhali bu nəhəng kəpənəklərin ətindən ərzaq kimi istifadə edir.

Dünyada elə böyük kəpənəklər var ki. Onları da ox və tüfənglə ovlayırlar. Titonolbas adlanan bu kəpənəklərin qanadlarının uclarındakı məsafə 25-26 sm-dir. Onu Şimali Avstraliyada və Yeni Zelandiyada yemək üçün ovlayırlar.

Kəpənəklər ildırım çaxacağını bir neçə saat əvvəl bilirlər. İldırım çaxana yaxın onlar ağacların deşiklərində və ya budaqlarında gizlənirlər.

Termit yuvaları

Heç kim termit koloniyasının torpağın üstündə inşa etdiyi yuvanı gördükdətəəccüblənmədən keçməz. Çünki termit yuvası hündürlüyü təxminən 5-6 metrə çatan memarlıq nümunəsidir.
Bir termitin boyu ilə inşa etdiyi yuvanın hündürlüyünü müqayisə etdikdə onun özündən təxminən 300 dəfə böyük memarlıq layihəsini müvəffəqiyyətlə həyata keçirdiyini görərik. Lakin bunun daha da təəccüblü cəhəti termitlərin kor olmalarıdır.
Kor termitlərin tikdiyi bu nəhəng yuvaları heç görməyən biri bunların qum təpələrinin üst-üstə yığılması ilə əmələ gəldiyini düşünər. Ancaq termit yuvası mükəmməl bir plan əsasında inşa edilir.
Belə ki, termit yuvasının içində tunellər, keçidlər, ventilyasiya sistemləri, xüsusi göbələk becərmə bağçaları və təhlükəsizlik çıxışları var.
Görməyən minlərlə insanı bir yerə yığsanız, hər cür texniki alətləri də ixtiyarlarına versəniz, əsla bir termit koloniyasının düzəltdiyi yuvaya bənzər bir tikili inşa edə bilməzlər. Elə isə düşünün:
* 1-2 sm boyu olan Görməyən minlərlə termitlerr bu incəsənət möcüzəsi olan tikilini inşa etmək üçün mütəşəkkil işləməyə necə müvəffəq olurlar?
* İnşasına başlanan bir termit yuvasını başlanğıc hissəsindən ortadan iki yerə ayırsanız və daha sonra birləşdirsəniz, bütün keçidlərin, kanalların və yolların bir-biri ilə düz gəldiyini görərsiniz. Bu möcüzəvi hadisə necə açıqlana bilər?
Buradan çıxan nəticə budur: Allah canlıları yoxdan, qüsursuz yaratmışdır və bircə termit yuvası da insanın Allah’ı dərk etməsi, hər şeyi yaradanın Allah olduğuna inanması üçün kifayətdir.
   

Bayquşlar başlarını necə 270 dərəcə çevirir

ABŞ-dakı Con Hopkins Universitetinin tibb fakültəsindən doktor Filip Qeyllud (Philippe Gailloud) bayquşların bunu müxtəlif səbəblərə görə bacardığını bildirir.
Bayquşlar gecə ov ovlamaq üçün başlarını 270 dərəcə çevirməlidirlər. Çünki gözləri kəllədəki göz çuxurlarında sabit durur. Odur ki, görmə bucağını dəyişdirmək üçün başlarını hərəkət etdirməlidirlər.
Bayquşların boynu insanın boynundan daha elastikdir. Onlarda 14, bizdə isə 7 boyun fəqərəsi var. Bundan başqa, bayquşda oksigenli qanın beyinə daşınma forması çox maraqlı yaradılış möcüzəsidir.
F.Qeyllud və elmi dizayner Fabian de Kok-Merkado  (Fabian de Kok-Mercado) 12 ölü bayquş üzərində dəqiq anatomik tədqiqatlar aparıb. Tədqiqat nəticəsində məlum olub ki, bayquşlarda böyük arteriya damarı insandakı kimi boyunun yan tərəfində deyil, onurğa sütununun qarşısında, dönmə mərkəzinə yaxın yerdən keçir.
Beləliklə, bu damarlar daha az çevrilmə və gərilməyə məruz qalır və zərər çəkmə ehtimalı azalır.
Bu, təkcə bayquşa deyil, digər quşlara da xasdır. Lakin bayquşu digər quşlarından fərqləndirən cəhət boyun fəqərələri arasında əsas arteriya üçün daha geniş boşluq olmasıdır.
Dr. Qeyllud insanda boyun fəqərələri arasındakı boşluğun sadəcə damarın keçəcəyi genişlikdə olduğunu, lakin bayquşda bu kanalın damardan 10 dəfə geniş və hava torbacığı ilə örtülü olduğunu deyir.
Bayquşlarda əsas arteriyaya əlavə birləşən və qan üçün alternativ daşıma yolu olan çoxlu sayda kiçik damarlar da var. Beləliklə, başını çevirərkən əsas arteriyadan qan keçməsində maneə yaranarsa, əlavə damarlar işə düşür.
Bayquşların boyun arteriyasının kəllənin alt hissəsinə yaxın yerdə böyük bölmələri olduğu və bunların qan rezervuarı funksiyası daşıdığı  da müəyyən edilib.
Elmi işini bayquşlar haqqında yazan Kok-Merkado: “Bayquşlarla bağlı hər şeyi bildiyimizi düşünürdük, ancaq texnologiya sayəsində yeni xüsusiyyətlərini kəşf edirik”, – deyib.
Bu elmi tədqiqat “Science” jurnalı ilə ABŞ Milli Elm Fondunun birlikdə təşkil etdiyi “2012-ci il Beynəlxalq Elm və Mühəndislik Əsərləri” sərgisində mükafata layiq görülüb.

Zəhərli evkalit yarpaqları ilə qidalanan Koalalar
Koala Avstraliyada yaşayan kisəli heyvanlardan biridir. Bu canlılar həyatlarının böyük hissəsini evkalipt ağaclarının üzərində keçirirlər.
Evkalipt ağacı koalalar üçün həm ideal qorunma məkanı, həm də qida və dərman mənbəyidir. Evkalipt yarpaqları bir sıra tibbi təsirə malikdir. Bu yarpaqlar efir yağı ilə zəngindir. Bu yağın kimyəvi tərkibi bir çox heyvan üçün öldürücüdür, yəni zəhərlidir. Koalanın qaraciyəri bu maddənin zəhərini zərərsizləşdirən xüsusi sistemə malikdir. Bu səbəbdən, koalalar digər canlılardan fərqli olaraq bu zərərli bitkini rahatlıqla qida kimi istifadə edirlər.
Koala evkalipt budaqlarında hərəkət edərkən, bu yarpaqların yağları heyvanın bədəninə də sürtülür. Bədənə sürtülən yağın bir hissəsi havaya sovrulur, digər hissəsi isə bədəndə qalır. Bu isə heyvanın bədənindəki parazitlərin yerə tökülməsini təmin edir.
Koala və evkalipt ağacları arasındakı uyğunlaşma bununla məhdudlaşmır. Koala bədən temperaturunun təmin edilməsini də evkalipt yarpaqları sayəsində edir. Evkalipt yarpaqlarının kimyəvi tərkibi müxtəlifdir. Hətta bir evkalipt ağacında iki fərqli yarpaq tipi ola bilər. Koala tibbi təhsil almışcasına ağacdakı yüzlərlə yarpağın içindən özünə lazım olanları seçir. Məsələn, bədən temperaturu aşağıdırsa, yəni üşüyürsə, o zaman fellandren tərkibli yarpaqları yeyərək qızınır. Bunun əksinə, temperaturu varsa, sineol tərkibli yarpaqları tapdalayaraq bədəninin sərinləməsini təmin edir. Bununla yanaşı, evkalipt yarpaqlarında olan başqa yağlar da heyvanın qan təzyiqini aşağı salır və əzələlərin gərginliyinin aradan qalxmasına səbəb olur.
Onu da qeyd etmək lazımdır ki, Avstraliyada evkalipt ağacının 600-dən çox növü var. Ancaq koalalar onların yalnız 35-dən istifadə edirlər. Bədən temperaturlarını sabit tutmaq üçün həm ağac növünü, həm də yarpağı doğru seçməlidirlər.

Mərcanların heyrətamiz rəng nümayişi

Onurğasız canlılar olan mərcanlar sahib olduqları rəng müxtəlifliyini ilə sanki rəng nümayiş etdirirlər. Zooloq Fanny Houlbreque və tədqiqat qrupu son araşdırmalarında bu heyrətamiz rəng nümayişinin səbəbini ortaya çıxarmışlar. 

Aparılan araşdırmaya görə, mərcanlar yalnız yaxşı qidalandıqda canlı rəngə bürünürlər. Təcrübələrində mərcanların bir qismini ac saxlayan, bir qismini də kiçik xərçənglərlə qidalandıran zooloqlar mərcanların içində yaşayan və onlara rənglərini verən yosunların mərcanların normal qidalandığı zaman sürətlə çoxaldığını təsbit etdilər. 
Araşdırmanın nəticəsi heyrətamizdir. Mərcanlar yaxşı qidalandıqda mərcan yosunları da yaxşı qidalanmış və yosunların çoxalmalarına səbəb olmuşdur. Nəticədə, mərcanlar daha gözəl rəng almışlar.
 Hörümçək
Hörümçəyin qidalanması maraqlıdır. Hörümçək öz şikarını sancmaqla onun bədəninə xüsusi maddə yeridir və bu maddə şikarının daxilini mayeyə çevirir. Hörümçək isə onu sorur.
Bəzi hörümçəklər qurbağa, quş, kərtənkələ ilə də qidalanır. Belə hörümçəklər Afrikada olur və quşyeyən hörümçəklər  adlanır.
Adətən hörümçək tor qurub xəlvət yerdə gizlənir. Tordan xəbəredici tel uzanır. Hörümçək telinin titrəyişi xəbərdarlıq sayılır. Hörümçək öz gizli yerindən çıxır və ovuna hücüm edir. Ancaq o, xəbərdarlıq telinin hər bir titrəyişinə cavab vermir, yalnız müəyyən təsirlərlə və amplitudalarla, həşəratların hörümçək toruna düşməsindən əmələ gələn titrəyişlərə cavab verir.
Yeni Qveniya adalarında yaşayan balıqçılar çox vaxt hörümçəyin zəhmətindən istifadə edirlər. Balıqçı bambukdan düzəltdiyi iri çərçivəni meşə cəngəlliyinə aparıb, ağacdan asır. Səhərə kimi çərçivəyə hörümçək sıx tor çəkir. Tor yırtıldıqda balıqçı onu yenidən meşəyə aparır. Hörümçək isə toru təzədən "təmir edir".
Fidji, Madaqaskar və başqa adaların sakinləri də beləcə hörümçəyin hazırladığı torlardan istifadə edirlər. Çünki bu nazik torlar çox davamlı olur və iki kiloqrama kimi ağırlığa davam gətirir.
Ən hündür dağlarda (7500 m) yalnız hörümçəklər yaşayır. Onlar küləyin gətirdiyi şeylərlə qidalanır.
Hörümçək torlarındakı mühəndis layihəsi- hörümçəklər torlarını qurmaq üçün iki müxtəlif yerə ehtiyac hiss edirlər. torlar əsasən iki divarın birləşdiyi künc və ya iki budaq arasında qurulur. lakin bəzi hörümçəklər yalnız bir tərəfdən istifadə edərək də torlarını qurmaq bacarığına malikdirlər. hörümçəyin öz torunu qurması üçün isə çox yüksək bir qabiliyyətdir. hörümçək torunu qurmaq üçün kifayət qədər uzun, elastik bir budağı seçərək işə başlayır. əvvəlcə sapı budağın ucuna möhkəmcə yapışdırır. Bir tərəfdən, budağın aşağı tərəfinə doğru gedir, digər tərəfdən isə ağzından sap ifraz edir. Müəyyən bir məsafəyə gəldiyi zaman dayanır və sap ifrazını saxlayır. İfraz etdiyi sapı qüvvətli şəkildə özünə sarı çəkməyə başlayır. Bunun nəticəsində budaq yay formasında bükülür. Hörümçək bu yaydakı bir tel kimi düz vəziyyətdə olan sapın digər ucunu özünün olduğu yerə möhkəm yapışdırır. Bundan sonra isə bu yayın içində öz torlarını hörməyə başlayır. Aralarındakı məsafə 2 m olan iki divar arasında 2.5 m uzunluğunda bir ipi tarım çəkmək lazım olsaydı, nə edərdiniz? Siz bunu düşünməkdə olun, mən isə sizə bağça hörümçəyinin bu problemi necə həll etməsindən yazım.
Bağça hörümçəyi bəzən torunu bir- birindən çox aralı olan iki budaq arasında qurur. Belə torlar çox böyük olduğu üçün onların ov ovlamaq qabiliyyəti də böyükdür. Lakin torun böyüklüyü sapların bir müddət sonra boşalmasına səbəb olur. Bu da ovun azalması deməkdir. Belə halda hörümçək vəziyyətdən çıxış yolu axtarmalıdır. Tor boşaldıqda hörümçəyin yeni bir tor quracağını düşünə bilərsiniz. Lakin yox, hörümçək toru təzələmək əvəzinə başqa bir heyrətamiz üsula əl atır: torun mərkəzinə gələrək buradan yerə doğru bir iplik çəkir. İpliyin yerə yaxın ucuna da kiçik bir daş bitişdirir. Yenidən tora qayıdır və ipliyi çəkərək daşı yerdən yuxarı qaldırır. Hörümçək daş havada olduğu zaman ona bağlanmış ipliyi yenidən torun ortasına möhkəmcə bitişdirir. Nəticədə tor ortasından sallanan bu daşın təsiri ilə tarım çəkilir. Beləcə  tor yenə evvəlki vəziyyətini alır.

Balalarını udan qurbağalar

Bir dişi heyvanın balalarını udduğunu eşitsəniz, hərhalda onun nə qədər vəhşi olduğunu düşünərsiniz.
Halbuki Avstraliyada yasayan bir  qurbağa növü, balalarını vəhşiliyindən deyil, mərhəmətindən udmaqdadır.
'Rheobatrachus silus' adi verilən qurbağanın yumurtadan çıxmaq üzrə olan balalarını udma səbəbi, onların təhlükəsiz bir şəkildə inkişafını təmin etməkdir. Görəsən ana qurbağanın mədəsinə enən balalar, mədə tərəfindən həzm edilməyəcəkmi?
Əlbəttə xeyr.

Çünki bütün kainatda görülən İlahi rəhmət, bu balaları da laqeyd yanaşmayır. Yeni doğan aciz balalara anında süd yetişdirərək
mərhəmətini göstərən Tanrı, mədəyə enən balaların həzm edilməməsi üçün də, qurbağanın mədəsindəki həzm fəaliyyətini dayandırar. Dişi qurbağanın daha əvvəl mədəsinə doldurduğu qida maddələri bağırsağa çatdırlır və mədənin quruluşu  tamamilə dəyişərək, balalar üçün isti və təhlükəsiz bir beşik surətinə girir.
Gonbulluğu ilə tanınan bu qurbağanın iştahı, eyni rəhmət sahibi tərəfindən sonra tamamilə kəsilir və kürt dövrəsi tamamlanana qədər heyvan tam 2 ay aç qalır. Kürtün sonrakı mərhələsində mədə böyüyərək ağciyərə dayanır. Və onun fəaliyyətinin dayanmasına səbəb olur.
Ancaq İlahi Rəhmət burada da imdada yetişir və ağciyərləri sıradan çıxan qurbağa, dərisi vasitəsiylə nəfəs almağa başlayır.
Yumurtadan çıxan qurbağalar daha sonra yemək borusundan dırmaşır və ana qurbağanın ağızından aşağı atlayaraq, gün işığına çıxırlar.
Mədə balaların tamamilə çıxmasından 8 gün sonra normal
halına gəlir və vəzifəsini yerinə yetirən qurbağa, yeyib içməyə başlayır.
Avstraliyanın Adelade Universitetindən Zoolog Michael J. Tyler ilə köməkçisi David Carter tərəfindən ortaya çıxarılan bu əsrarəngiz hadisə, fizioloji olaraq bilinən elm sahəsini alt-üst etmişdir.
Elm adamları xoranın müalicəsində yeni bir ümid olaraq gördükləri bu fövqəladə hadisənin necə reallaşdığını və mədədəki fəaliyyətin necə dayandırıldığını hələdə axtarmaqla məşğuldurlar... 
Fizika qanunlarını bilən Colias kəpənəkləri
Öz bədənimizin və ya otağın istiliyini ölçmək üçün mütləq termometrə ehtiyacımız var. Şüur sahibi olmayan kiçik cücülər- Colias kəpənəkləri bədən temperaturunu özləri ölçə bilir və əgər 28 dərəcədən aşağı olsa uça bilməzlər. Belə olduqda kəpənək dərhal qanadlarını açır və arxası günəşə doğru, şüaları şaquli alacaq şəkildə dayanır. Kəpənək kifayət qədər isinib bədən temperaturunu 40 dərəcəyə çatdıranda öz ətrafında 90 dərəcə dönür. Beləliklə, günəş şüalarını üfüqi formada da alır. Bu hərəkətlə günəş şüalarının isidici təsiri minimuma endirilir. Həmçinin kəpənəyin bədən temperaturu enməyə başlayır. Bundan başqa, bu cins kəpənəklərin qanadlarında kiçik qara ləkələr olur. Bu ləkələr də temperaturu kəpənəyin bədənində toplamaq funksiyasını daşıyır. Lakin bu ləkələr də təsadüfi yerlərdə deyil. Bunlar bədənin isinməyə ən çox ehtiyacı olan hissələrində yerləşdirilib. Bu quruluş sayəsində qanadlardakı tez isinən kiçik ləkələrdən başqa hissələrə istiliyin nəqli asanlaşır. Çünki istiliyi ötürmək üçün lazım olan məsafə qısalmışdır.
Sual yaranır ki,  kəpənək bədən istiliyini necə ölçür? 40 dərəcəyə çatan kimi bunu necə anlayır? Uça bilməməsinə bədənindəki aşağı temperaturun təsir göstərdiyini necə bilir? Bunu da keçdik, hardan bilir ki, ilk öncə şaquli, daha sonra üfüqi vəziyyətdə durmaq lazımdır, daha sonra 90 dərəcə bucağını necə tənzimləyir, bu şəkildə günəşdən gələn şüaların minimuma enəcəyini haradan bilir? Bunu şüurlu canlı belə lazımi ləvazimatlar olmadan hesablaya və edə bilməz. Bütün canlılarda olduğu kimi, kəpənəklərdə də üstün ağıl sahibinin, Yaradıcının, yəni Allah`ın üstün və sonsuz elmi ilə qarşılaşırıq.

 İtlər haqda maraqlı faktlar
Siz ola bilsin düşünürsünüz ki, itinizlə bağlı hər şeyi bilirsiniz, lakin əmin ola bilərsiniz ki, hələ bilmədiyiniz çoxlu faktlar var. Aşağıdakı faktları çox güman ki, əvvəllər eşitməmisiniz.

1. Əslində itin quyruğunu bulaması heç də həmişə onun yaxşı əhvalda olması demək deyil. Faktiki olaraq bu tam tərsi də ola bilər. Bu onun kiməsə hücum edəcəyi mənasını da verə bilər.

2. Əgər siz İranda yaşayırsınızsa, qanun sizə iti ev heyvanı kimi saxlamağa icazə verməyəcək. Ov iti və ya gözətçi it saxlamaq isə sərbəstdir.

3. Hər kəs öz itinin nə qədər yaşayacağını onun üz cizgilərinə görə hesablaya bilər. Uzun və sivri üzü olan itlər yastı üzü olanlara nisbətən çox yaşayır.


4. Dalmatin cinsindən olan it balaları doğularkən tamamilə ağ rəngdə olurlar, qara ləkələr isə onlar təxminən 3 həftəlik olduqlarında yaranmağa başlayır.

5. Sağlam insan qidalarının çoxu heyvanlar üçün də faydalı olduğu halda, bəzilərini itlərin yeməsi təhlükəlidir. Hətta çox az üzüm və kişmiş də it üçün ölümcül ola bilər. Fındıq, soğan, sarımsaq və digər kofein tərkibli ərzaqlar sizin itlərə heç vaxt verməməli olduğunuz qidalardandır. Az miqdarda alma və digər meyvələri yemək itlər üçün yaxşı olsa da, alma və digər meyvələrin toxumlarında toplanan sianid insanlar üçün zərərli olmadığı halda çox miqdarda verilməsi itlər üçün ölümcül ola bilər.

6. Heç də bütün itlər hürə bilmir. Basenji növündən olan balaca ov iti hürə bilməsə də mahnı oxuya bilir.


7. İtlərin yalnızca yaxşı iy bilmək deyil, həmçinin eşitmək qabiliyyəti də vardır. Belə ki, onlar bizə nəzərən 4 dəfə daha uzaqdan gələn və hətta bizim eşidə bilmədiyimiz səsləri eşidə bilirlər.

8. Birləşmiş Ştatlarda 75 milyondan çox, dünyada isə 400 milyondan çox it vardır. Birləşmiş Ştatlar ev heyvanı olaraq it saxlayan ölkələr siyahısında birinci yerdədir. Ardınca isə Braziliya və Çin gəlir.

9. Tazı cinsindən olan dünyanın ən sürətli ov iti Qreyhound 45 km/saat sürətlə qaça bilir.

10. Corc Vaşinqton bir dəfədə 36 tülkü tazısı almışdır. Bu rəqəm sizə çox görünə bilər, lakin rekord göstəricidən uzaqdı. Ən çox sayda itə sahib olan Kubla Xanın 5000 Matiff cinsindən olan iti vardır.

11. Heyvan psixoloqlarının araşdırmasına görə, orta yaşlı it iki yaşlı insan balası ilə eyni dərəcədə ağıllıdır. İtlər 250-yə qədər söz və jestləri başa düşə, 5-ə qədər saya və bəzi əsas riyazi hesablamaları edə bilirlər. Moskvada bəzi sahibsiz itlər hətta metrodan istifadə etməyi öyrənirlər. Qida axtarışı zamanı sahibsiz itlər insanların az məskunlaşdığı yerlərdən daha çox insan olan yerlərə getmək üçün metrodan istifadə edirlər.

12. İtlər qucaqlanmağı sevmirlər. Biz insanlar itləri qucaqlamağı sevgi və bağlılıq rəmzi kimi başa düşsə də, onlar bunu hökmranlıq kimi mənalandırırlar.

Qeyri- adi heyvan növləri

1.Kit baş və ya kral hacıleylək — Китоглав иле королевская цапля.
Bu qəribə quş Şərqi Afrikanın tropik bataqlıqda yaşayır. Bu quş heç də balaca deyil, onun hündürlüyü 110-152 sm. ə qədər çata bilər.


2.  Akapi — Окапи
Bu heyvan -  nə zebranın, nə atların uzaq qohumudur, o nə az nə çox — zürafənin! Okapi — Mərkəzi Afrikada, Konqo Respublikası üçün tipik heyvandır.
3. Akil-in balığı — Рыба Паку 
Bu həqiqi mənada dişli balıq Cənubi Amerika sularında yaşayır. Akil-in demək olar ki, insan dişlərini xatırladan tam yığım dişlərə sahibdir. Təəccüblü deyil ki, bu balığ piranyalarla qohumdur .


4. Qarışqa panda — Муравей-панда
Adına baxmayaraq, bu arı növüdür. Onlar ilk dəfə Çilidə tapılmışdır. Rənginin çox sevimli olmasına baxmayın  bu heşaratla  ehtiyatlı olun, unutmayın ki, halda arıdır və onların iynəsi var.

 5. Narval -Нарвал
Narval dişləri olan və Arktika yasıyan Kitin bir novüdür. Bu Kit öz buynuzua görə  çox asnalıqla tanına bilinir. Onu okean tekbuynuzlusu da alandırırlar.
6. Netopır - Korotkorılıy- Нетопырь короткорылый
Bu balıq Qalapaqosskix adaları yaxınlığında tapılmışdır,  heç üzməyi bacarmır. O balığa xas hərəkətlər vəzinə, özünün qeyri-adi sinə üzgəclərin ustundə «gəzir».

7. Kor ilan — 
Слепая змея
Amazonkada yaşayan bu ilan növün heç gözü yoxdur. 
 8. Umbonia Spinosa  böcəyi — Жук Umbonia Spinosa
Belə hesab edilir ki, bu böcək  - cırcıramaların yaxın qohumudur. Belindəki iti tikan bitkilərin şirəsini cəkməyə  ona kömək edir.
 9. Tenrek — Тенрек
Zolaqlı tenrek Madaqaskarda yaşayır. Tenrekanın dərisi  xırda iynələrlə örtülüdür. Bu yeganə məməlilərdir ki, öz əsas səs kimi cırıldamadan istifadə edir. Bu səs isə yalnız ilan və həşərat üçün xarakterikdir.
10. Языкан обыкновенный 
Kəpənək növü olan bu həşarat gül nektarla qidalanır.
1. Mavi Ejdaha (Glaucus Atlanticus) -Синий Дракон 
Əslində, molyuska novüdür. Bu heyvan mədəsində olan xüsusi troba şəkilli orqanın içinə hava doldurmağın hesabına hərəkrət edərək  suyun səthi cıxa bilir. Bu qəribə heyvan isti okean cərəyanlarıda yaşayır
12. Tovuzquşu xərçəngi -boqomol   — Павлиний рак-богомол
Xərcəng -boqomola " krevet qatili" və ya «dəniz çəyirtkə» adlandırırlar. Bu növ xərçəngin  çənəsi o qədər güclü ki, dişləməsi silahdan acılan atəşlə müqayisə etmək olar. Təəssüf ki, akvariumları həvəskarları üçün bəd xəbər var — kvariumlarda bu xərcəngkimilərin saxlamaq olmaz. Çünki bu cur güclü cənəsi olan xərcəngi təkcə akvarium qonşuları ücün deyil həm də akvariumun şüşə divarlarını ücün təhlükəlidir.

13. Venesuela Güvəsi -pudel (Венесуэльская моль-пудель)
Bu növ xovlu pərvanəni Venesuelada 2009-cu ildə kəşf edilib.
14. Nəhəng izopod — Гигантский изопод (равноногое)
Düzayaxlılarıın bu növü yer üzündə bütün düzayaqlılar arasında  ən böyük növüdür. O, öz ölçüsünə görə yaşam tərzi — okeanın dibinə borcludur. Bu heyvan okeanın lap dibində yaşayır.
 15. Sayqa və ya sayaq — Сайга или сайгак 
S
ayqa -  həyratamiz burunu ilə tanınan antilop növüdür. Yeri gəlmişkən növünün nəsli kəsilmək təhlükəsi altındadır. Çində, Monqolustanda  artıq bu heyvana cətin rast gəlinir.
16. Kələ-kötür ağac gürzə -Шершавая древесная гадюка
Bu ilanın əsasən Afrikanın tropik meşələrində rast gəlinir. Gürzə əsasən gecələr ova çıxır. Özünün qəddar görünüşünə baxmayaraq, kələ-kötür ağac gürzə — Yer üzündə ən kiçik ilandır. Onun uzunluğu maksimum 78 sm çatır.
 17.  Mavi tutuquşu balığı - Голубая рыба-попугай
Bu məzəli mavi tutuquşu balığı orta hesabla 30 mm-dən 75 sm-ə çatır, amma nadir hallarda onun uzunlğu 1-2 metrə qədər. Çox vaxtını böyük hissəssini qida axtarışında keçirirlər.

18. Al-qırmızı və ya bənövşəyi qurbağa- Пурпурная или лиловая лягушка
Bu qurbağa növünə yalnız Hindistanda rast gəlinir. Öz həmvətənləri fərqli olaraq, bu növ amfibii üzü daha girdə formaya malikdir. Qəribədir, amma al-qırmızı qurbağa ilin cox vaxtını yerin altında keçirir,  üzə çıxanda yalnız 2 həftə.
 19. Molox — Молох
Balaca əjdahaya oxşuyan bu kərtənkələ  Avstraliya səhrada yaşayır. Kərtənkələnin bədəni  iti iynələrlə örtülmüşdür və o bundan yırtıcıları qorxutmaq üçün istifadə edir.


20.  Dəniz donuzu — Морская свинья
Dəniz donuzunu məməlilərlə ilə qarışdırmayın. İriləşdirilənlər boruşəkilli ayaqları olan dəniz donuzu okeanın dibində yaşayır.

Комментариев нет:

Отправить комментарий