Haqqımda

Əliyeva  Leyli Məhərrəm qızı 2003 cu ildən İmişli rayon A.Eminov adina 7 saylı tam orta məktəbdə biologiya müəllimi kimi calışıram.Mən  1989-2000 ci ildə İmişli rayon 5 saylı tam orta məktəbin rus bölməsini bitirmişəm.Həmin il ADPU biologiya fakultəsinə daxil olmuşam.2003 cu ildən İmişli rayon 7saylı tam orta məktəbdə biologiya muəllimi kimi işə qəbul olmuşam. İşlədiyim illərdə hər dəfə yeniliklərə can atmışam. 2006 ci ildə biologiya gecəsi kecirdim . Gecede ushaqlar təbiətin mocuzəvi bitkilərindən söhbət acdılar. Sonra tədbir iştirakçıları iki komanda şəklində yarışdılar. Tərtib etdiyim bioloji imlanı şagirdlər yarışda tamamladılar.Tədbir altıncı sinfi əhatə etdiyi üçün meyvələrin sohbəti nağılıda ballar verilərkən səhnəcik kimi gostərildi və bir şagird tərəfindən “meyvələrdən üç meyvə var “ mahnısı səslənir. Bu arada təcruübələr  göstərildi.herbarilərlə tanışlıq.Sonda qalib komanda verilən tapşırığın yerinə yetirilmə səviyyəsinə görə qiymətləndirilir və mükafatlandırılır. 2012 ci ildə  7 sinifdə açıq dərs kecirdim. Mövzu göbələklərdən bəhs edirdi. Şagirdlər flipcat vərəqində öz araşdırmasını apardı təqdimat etdikdən sonra mən öz əlavələrimi edib əvvəlcədən hazırladığım kif göbələyini ,yeməli göbələyi.və zəhərli göbələyi təqdim etdim və dərsi dahada aydin izah etmiş oldum.2013 ildə oktyabr 6 ci sinifdə “heyvanlarin orqanlari və orqanlar sistemi” movzusunda açıq dərsim olmuşdur. Motivasiya olaraq əhvalatla başladım ki,əlimdə olan şüşə qabda balıq əvvəlcə hərəkətli idi indi isə yox. Niyə qab sındıqdan sonra hərəkət etmədi. Cavabların icərisində balığın yaşayarkən hər orqanı aktiv olur artıq mühitini dəyişdiqdə fəaliyyətini itirir. Burda şagirdlər movzu ilə ifadəli oxu vasitəsi ilə tanış oldular.sonra tapşırıqlar üzrə araşdırma apardilar.və bir qrup rollu oyun hazırlayıb orqanların mühüm olduğunu və hər biri  vacib olduğunu bildirərək sanki refleksiya kimi hər birinin funksiyası bir daha danışılır əvvəldən qoyulan  və dərs zamanı işlənən  BiBÖ cədvli tamalanır. Sonda qoyulan meyyarlara əsasən qiymətləndirilmə aparılır.Şagirdlərlə qurulan milyoncu oyunu oynanılır. Həm şagird keçmiş mövzunu təkrarlamış olur,həmdə komandanı qalib etmək istəyir. Ev tapşırığı olaraq “baliğın hansı orqanını əlavə və ya inkar edib onu quruya cıxarmaq  olar” esse yazmağı tapşırıram. Ən sonda şagirdlər qalib komandanı seçirlər.2013cu ildə dekabr ayında 9 sinfdə  “Ürəyin quruluşu və  işi “ mövzusunda açıq dərs hazırladım. Motivasiyanı şerlə başladım.movzunun adını aldıqdan BİBÖ cədvəli işlənir.mən bunu demək olar cox tıtbiq edirəm dərsi keçərkən şagirdin ilkin biliyin müəllim aşkar etməlidir.şagirdlər mövzunu  oyrənilməsi üçün  ziqzaq üsulundan istifadə edirəm.bunun ücün qruplaşan şagirdlər ekspert qrupunda mövzunun hissəsini öyrnib gəlib ana qrupda hərə öz hissısini danışır. Mövzu barəsində hər kəsin məlumatı olur. Əgər kimsə zəif oyrənsə tapşırığı yerinə yetirə bilməz. Buna görə də şagirdi daha məsuliyyətli edən üsullardan biri də ziqzaq üsulu sayıla bilər. Qruplar öz işini təqdim edir.sonra mohkəmləndirmə aparmaq üçün hazırlanmış slaydları müəllim tərəfindən göstərilir.ev tapşırıgı verilir.qiymətləndirməni hər mərhələdə aparıram. 2014 cu il may ayinda “Yuxu və oyaqlıq “mövzusunda açıq dərs keçirdim. Motivasiya mahnı qoydum  və mövzunun adını aldım.Yenə şagirdlərin ilkin biliyi oyrənilir. Bu dəfə qruplaşdırmıram.kollektivlə aparıram dərsi.hər mərhələdə şagird aldıgı məlumat üzrə suallara cavab yazır.yenə qiymətləndirmə aparılır.
 2014 cü ildə rayon üzrə ilin müəllimi seçilmişəm. 2015 ci ildə rayon təhsil şöbəsi tərəfindən seçilən fəal mülimlərindən seçilmişəm və qrupun üzvü olmuşam.

2015-ci il Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Təhsil Nazirliyi tərəfindən qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif olunmuşam.

2014/2015-ci tədris ilində keçirilmiş "Ən  yaxşı müəllim" müsabiqəsinin qalibl'rindən biri seçilmişəm.

2016 cı il Beynəlxalq müəllimlər günü münasibəti ilə "Tərəqqi " medalı ilə təltif olunuşam.




Комментариев нет:

Отправить комментарий