Valideyinlər üçün


 Стили родительского поведения. Стили тактики воспитания ребенка в семье.
Родитель – это особая роль взрослого человека в обществе людей. Родитель обя...
Стили родительского поведения Авторитарный Авторитетный Либеральный Безразли...
Авторитетный стиль Характеристика: Высокий уровень контроля. Теплые отношени...
Авторитарный стиль Характеристика: Высокий уровень контроля. Холодные отноше...
Либеральный стиль Характеристика: Низкий уровень контроля. Теплые отношения ...
Безразличный стиль Характеристика: Низкий уровень контроля. Холодные отношен...
Стили тактики воспитания ребенка в семье Диктат Опека Невмешательство Сотруд...
Диктат в детско-родительских отношениях проявляется в подавлении родителями ...
Опека — это система детско-родительских отношений в семье. Родители обеспечи...
Сотрудничество — тактика воспитания, предполагающая такие межличностные отно...
«Невмешательство» основывается на признании независимых отношений взрослых и...
Родительское поведение и тактика воспитания ребенка очень важны в формирован...

Hansı ev bitkiləri havanı təmizləyir

Gözəlliyi ilə insanı heyran edən ev bitkiləri,ev üçün  həm dekorativ bəzək, həm də  evin havasını təmizləyən önəmli bir atributdur.
Bu bitkilər, otağı çirkləndirən maddələrin konsentrasiyasını azaldır və  hətta benzol, formaldeqid, toluol və ksilolkimi zərəli birləşmələrdən təmizləyə bilir. Ev bitkiləri həmçinin havada olan mikrobların sayını azaltma və rütubəti artırma gücünə malikdirlər.
NASA  tədqiqatçıları və digər təşkilatlar, evin hər 10 m sahəsinə minimal olaraq 1 ev bitkisi saxlamağı tövsiyə edirlər. Pəncərə altında saxlanılan bitkilər nəinki havanın təmizlənməsini təmin edəcək, həmçinin baş ağrıları və sinir pozğunluqlarını aradan qaldıracaqlar.
Evinizin gözəlliyini, havanın mikroblardan təmizlənməsini, rütubətin artmasını və insan energetikasına xoş təsir bağışlanmasını təmin edən 6 ev bitkisi:
Xlorofitum.
Bu gözəl bitki, havanı zərəli qatışıqlardan təmizləyir və formaldeqidləri udur. Həmçinin xlorofitum bakteresit (mikrobları öldürən) effektinə malikdir. Mütəxəssislər müəyyən ediblər ki, bu bitki 24 saat ərzində havanı mikroorqanizmlərdən təmamilə təmizləyir. Dibçəyə aktivləşdirilmiş kömür əlavə etdikdə isə təmizləyici xüsussiyyəti daha da artır.
Aloe.
Aloe, havanı formadegidlərdən təmizləyib, onda olan sadə mikrobları sayını azaldır. Gecə oksigen ifraz edib, karbon qazını udur. Aloe olan evdə insanlar az xəstələnir, xəstəlndikdə isə tez sağalırlar.
Drasena.
Bu bitki, sintetik örtük olan linoleum və DSP dən havaya ifraz olunan, benzol, amiak, formaldeqid, toluol, ksilol və digər zərərli birləşmələrin 70 % - ni təmizləmə gücünə malikdir. O, zərərli birləşmələri emal edir və mikrobların yarısını məhv edir.Bağırsaq  xəstəliklərin ağırlaşmasının qabağını alır, yaraların və ümümiyyətlə dəri xəstəliklərinin sağalmasına kömək edir. İnsan hiss etmədən, bu bitki, sümük-əzələ sistemini bərkidir. Həmçinin dişlərə də xoş təsir edir.
Fikus.
Bu gözəl bitki, 1 saat ərzində  10 mq formaldeqidi  udmaq gücünə malikdir. Bununla bərabər o, energetik balansa təsir göstərir, immun sistemin terapevti rolunu oynayaraq, insana, özünün sakitliyi və stabilliyini ötürür.
Monstera.
Monstera, havanın rütubətini artırır, harmoniya və sakitlik bəxş edib, nasazlıq zamanı yuxsuzluqdan qoruyur.
Spasifilium.
Gözəl ağ gülləri olan bu bitki, havanı zərərli birləşmələrdən, formaldeqidlərdən, karbon qazından, trixlaretindən, benzol və ksiloldan təmizləyir. Mikroorqanizmlərin sayını azaldır və ən əsası isə kif göbələyi ilə aktiv mübarizə aparır.


Əziz valideynlər, sadalanan bu xeyirli bitkilər arasından  uyğun olanını seçməklə, evinizdə təmiz havanı təmin edib, xoş atmosfer yaradacaqsınız!

QAMƏTİN SAĞLAMLIĞA TƏSİRİ



Gözəl qamət insanın xarici görünüşündə böyük rol oynayır. Bunu hamı bilir. Lakin bu ən əsası deyil.
Gözəl, düzgün qamət insanın sağlamlığında olduqca mühüm rol oynayır.
İnsanın qaməti düzgün olanda, bütün daxili orqanlar öz fizioloji yerlərində yerləşir, əyilmir, sıxılmır, heç yerdə durğunluq yaranmır və nəticədə bütün orqanizm tam normal fəaliyyət göstərir.
Düzgün qamət qanın orqanizm boyu normal dövr etməsində böyük rol oynayır. Qan orqanizm boyu normal dövr edirsə, bütün orqanlar kifayət qədər oksigen və qidalı maddələri alır.
Düzgün olmayan qamət onurğanın sağlamlığına olduqca çox mənfi təsir edir. Onurğanın sağlamlığı isə bütün orqan və sistemlərinin sağlamlığı üçün vacibdir. Ortoped həkimlərin sevimli ifadəsi - "Sağlam onurğa - sağlam insan" bunu təsdiq edir.
Onurğa sütununun içərisində onurğa beyini keçir. Onurğa beynindən sinir kökləri çıxır ki, bu sinir kökləri daxili orqanları idarə edir - ürəyin fəaliyyəti, sidik, nəcis ifrazı, kişilərdə ereksiya və s. İnsanın qaməti düzgün olmayanda onurğa sütunu artıq yükləməyə məruz qalır ki, bu yükləmənin nəticəsində onurğa sütünu fəqarələrində dəyişikliklər baş verir - fəqərələr arasında olan disklər nazilir, dağılır. Bu bir çox müasir insanların qənimi olan osteoxondroz xəstəliyidir. Osteoxondrozun nəticəsində fəqərələr arasında keçən onurğa beyini sinir kökləri və həmçinin buradan keçən qan damarları sıxılır. Damarların sıxılması daxili orqanların qanla təmin olunmasını pozur. Sinir köklərinin sıxılması isə bu köklər tərəfindən idarə olunan orqanlarda müxtəlif pozulmalar yaranır.
Düzgün olmayan qamət nəfəsalma sisteminin fəaliyyətinə də çox mənfi təsir edir. Məsələ burasındadır ki, insanın onurğası əyri olduqda döş qəfəsi sona kimi açılmır və nəticədə ağ ciyərlər də tam açılmır ki, orqanizm oksigeni daha az alır. Nəfəsalma sistemi ürək-damar sistemi ilə çox sıx bağlıdır və bu səbəbdən nəfəsalma sisteminin fəaliyyətində olan pozulmalar ürək-damar sisteminə "vurur".
Yaxşı qamət həzm proseslərinə də böyük təsir edir - bağırsaqlar daha tez və asan boşalır.
Düzgün qamət əzələ və bel ağrılarıınn ən yaxşı profilaktikasıdır. Bu xüsusilə oturaq işlə məşğul olan insanlar (ofis işçiləri, mühasiblər və s.) üçün vacibdir.
Düzgün qamət həmçinin oynaqların normal fəaliyyətinə kömək edir və onları qoruyur.
Beləliklə, belə nəticəyə gəlmək olur ki, qamətin gözəl olması xarici görünüşdən çox sağlamlığımız üçün vacibdir. Bu səbəbdən qamətinizə daim (ayaq üstə dayananda, oturanda, yeriyəndə) nəzarət edin.
Son 10 ildə texnologiya inanılmaz dərəcədə dəyişib, ancaq bizim bioloji təkamülümüz bu inkişafdan geri qalır.
Hələ bir müddət əvvəl sensor ekranlı  və video əlaqəli telefonlar fantastika kimi görünsə də, hazırda bu heç kimi təəccübləndirmir.
Bu mükəmməldir, lakin bu texnologiyaların gətirdiyi vərdişlər sağlamlığımıza köklü şəkildə təsir edir və  təbii ki, müsbət istiqamətdə deyil...
Bilirsinizmi ki, ayaqüstdə dayanaraq bir əlinizdə telefon tutduqda bədəniniz sanki boynunuzda 6 yaşlı uşağı saxlayırmışsınız kimi ağırlıq hiss edir?
Siz supermarketdə növbədə dayandıqda Facebook səhifənizə göz gəzdirərkən və ya WhatsApp-da kiməsə mesaj göndərərkən bədəninizə düşən təzyiq analoji olaraq 27 kq-a bərabər olur.
Nyu-Yorkda tibbi reabilitasiya klinikasının onurğa sütunu bölməsinin həkimi Kernet Hansraj başınızı əyərək mobil telefona baxdığınız zaman bədəninizdə nələr baş verdiyinin virtual modelini hazırlayıb.
Boynunuzu biraz qabağa verərək başınızı aşağı əydiyiniz zaman boyun fəqərələrinə elə dərəcədə təzyiq edirsiniz ki, bunu ağlınıza belə gətirə bilməzsiniz. Əgər bu halda 2-4 saat qalırsınızsa, deməli, həyəcan təbili çalmağın vaxtıdır.
Hansraj “Surgical Technology International” jurnalında dərc olunan məqaləsində qeyd edir ki, düzgün qamət qulaqların çiyinlərlə eyni zolaqda olduğu duruşdur. Bu vəziyyət stress dərəcəsini azaldır və kortizol səviyyəsini aşağı salır. Bu səbəbdən də qeyri-düzgün duruş forması bədənin vaxtından əvvəl sıradan çıxmasına və amortizasiyasına (dəyərlərini itirməsinə) yol açmaqla yanaşı eyni zamanda xroniki depressiya və halsızlığın mümkün səbəblərindən biridir.
Həll yolu
Bu problemin yaranmasının qarşısını almaq üçün telefonu düz qarşınızda, gözlərinizin səviyyəsində saxlayın. Başınızı əyməyin. Mətnin yazılması zaman planşeti 30 dərəcə bucaq altında tutmağa çalışın, elə ki, onun küncü biləklərinizi qorusun. Boyun çiyinlərlə eyni səviyyədə qalmalıdır.






İlk olaraq qeyd edək  ki, D vitamini bir neçə formada olur.
Bu vitaminin D1,D2,D3,D4,D5 kimi formlar mövcuddur. Lakin insan orqanizmi üçün vacib rol oynayan D2 və D3 formalarıdır.
D vitamini onunla maraqlıdır ki, biz onu  yalnız qida məhsullardan deyil, günəş şüalarının dəriyə olan təsirində orqanizmin onu sintez etməsindən də ala bilirik. Məhz bu səbəbdən bir çox insanlar üçün bu vitamin uşaqlıqdan zaqarla assosiassiya edilir.
D vitamin nə üçün lazımdır?
D vitaminin əsas əhəmiyyəti kalsiy və fosforun yaxşı mənimsənilməsinə olan təsirindən ibarətdir. Bildiyimizə görə kalsiy sümüklərimiz üçün çox vacibdir, məhz bu səbəbdən sınıqlar zamanı  orqanizmi D vitamini illə lazımı dərəcədə təmin etmək lazımdır. D vitamini defisiti həmçinin ilk olaraq sümük hüceyrəsində özünü göstərdiyindən, uşaqlarda bu defisitlik raxit xəstəliyinə, yaşlılarda isəosteoporozun yaranmasına səbəb olur.
D vitamini həmçinin immun sistemin nizama salınmasında rol oynayır və sinir sistemi pozulmalarının qarşısını alır. Bundan əlavə onkoloqlar  pasientlərin çox hissəsinin orqanizmində lazımı dərəcədə günəş vitamininin olmasını müşahidə ediblər. D vitamini əzələ gücünün saxlanılması və yaşa dolduqda beynin normal funksiyası üçün çox vacibdir.
D vitaminin gündəlik norması...
Qida ilə əldə olunan D vitamini əsasən yaşayış şəraitindən asılıdır. Gündəlik norma 0,005-0,01 mqrsayılır. Lakin dəriniz gündəlik olaraq 20 dəqiqə günəş şüları  altında olursa, bu norma 2-3 dəfə azalır. Bu vitaminə olan gündəlik normanı balıqdan (tunes və ya qızılbalıq) almaq mümkündür. Bundan əlavə, balıq yağı, yumurtanın sarısı, pendir, kərə yağı və süd məhsulları yaxşı mənbə sayılır. Bitki qidalarına gəldikdə isə kartof, cəfəri, gicitkən və qarayoncanıın adını çəkmək olar.

 

 

 

YUXU ZAMANI ORQANİZMDƏ BAŞ VERƏN PROSESLƏR

Описание: b_400_280_16777215_0___images_stories_Maraqlixeber_yuxu-vaxti.jpegİnsan  həyatının 1/3  hissəsini yuxuda keçirir.
Bu qaydaya əməl etməyən insanlar isə özlərinə bir çox xəstəliklər qazanırlar. Bunlardan - endokrin sistem, ürək-damar sistemi, mədə-bağırsaq, psixiki və hətta onkoloji xəstəliklərin adını çəkmək olar.
Niyə? cavab çox sadədir...
Orqanizmə gündəlik olaraq periodik istirahət və profilaktik-təmir lazımdır. Bu prosesslər isə təbiət tərəfindən elə qurulub ki, məhz yuxu vaxtı baş verir. Buna görə günorta istirahəti heç bir zaman gecə istirahətini əvəz edə bilməz.
Bəs gecənin müxtəlif saatlarında orqanizmdə nə prosesslər baş verir:
Saat 22:00. Qanda leykositlərin miqdarı 2 dəfə artır. Bu immun sistemin özünəməxsus yoxlanmasıdır. Bədənin hərarəti azalır və bioloji saat yuxu vaxtı olduğunu siqnal verir.
Saat 23:00. Bədən getdikcə zəifləyir(rahatlaşır), hər bir hüceyrədə bərpaedici prosesslər gedir.
Saat 00:00. Yuxu şüuru ələ keçirir, beyin işləməyə davam edərək gün ərzində aldığı informasiyanı yerləşdirir.
01:00. Yuxu çox həssas olur. Cüzi diş ağrısı və zədələnmiş hər hansı bir sahənin ağrısı yuxunu tam poza bilər.
02:00. Bütün orqanlar istirahət edir. Yalnız, qaraciyər yatmış orqanizmi yığılmış şlaklardan təmizləyir.
03:00. Tam fizioloji yatma vaxtı. Arterial təzyiq ən aşağı həddə, nəbz və tənəffüs zəif.
04:00. Beyin minimal miqdarda qan alaraq, oyanmaya hazır deyil. Lakin, eşitmə qabiliyyəti kəskinləşir, məhz buna görə istənilən səsdən oyanmaq mümükündür.
05:00. Böyrəklər istirahət edir, əzələlər yatır, maddələr mübadiləsi zəifləyir, amma orqanizm artıq oyanmağa hazırdır.
06:00. Böyrəküstü vəz qana adrenalin və noradrenalın hormonun atmağa başlayır ki, bu da, arterial təzyiqi artırır və ürək ritminin daha tez olmasını təmin edir. Şüur hələ yatır, yalnız orqanizm artıq oyanmağa hazırlaşır.
07:00. İmmun sistemin ən  yaxşı anıdır. Oyanmaq üçün ən ideal vaxtdır.
Elmdə  yuxu pozğunluqlarının 10 dan çox növünü aşkar olunmuşdur. Dünya əhalisinin 20%- i yuxu pozğunluğundan əziyyət çəkir.
Yuxusuzluğun səbəblərində biri "Edisson effekti" -dən yaranır. Bu  - evlərdə  həddən çox olan elektrik işıqlanması  deməkdir.  İş ondadır ki, yuxu hormonu olan melotonin , yalnız qaranlıqda ifraz olunur. Axşam vaxtı işıqlı məkanda olmaq, uzun müddət televizor, planşet və digər elektik cihazları bizim yuxu tsiklimizə bir başa təsir edir.
Melotonin ifrazını bərpa etmək nə lazımdır?
İlk olaraq, stress və normadan artıq işləməkdən uzaq olun.
Hər gün, bazar günləri daxil olmaqla satt 11 də yatıb, 7-8 arası oyanmağa çalışın. Bunu artıq bir adət halına salın.
Axşam yeməyinə serotoninlə zəngin olan məhsullar yeyin: pomidor, banan, kərəviz, yulaf və ya duyu sıyığı, balıq.
Serotonin "xoşbəxtlik hormonu" olub, melotoninin istehsalı üçün xammal sayılır.


Uşaqlar üçün ən faydalı 10 qida
Qidalandırıcı və balanslı qidalanma uşaqlarınızın sağlamlığını qoruya bilər. Böyüyən kiçik bədənlərin xüsusi vitamin və minerallara ehtiyacı vardır. Ancaq bəzən ailələr uşaqlarına sağlam yemək yedirtməkdə çətinlik çəkirlər.
Bəzi ləzzətli yeməklər uşaqların aktiv həyat tərzləri üçün zəruri olan hər şeyi təmin etməyə kömək edir. Uşaqların qidalanmasında mühüm yer tutan 10 super yemək aşağıdakılardan ibarətdir:
1. Şirin kartof: Bu sağlam və ləzzətli tərəvəz kalium, C vitamini, lif, folat, A vitamini, kalsium və dəmir ehtiva edir. Dünyadakı ən bəsləyici yeməklərdən biri olan şirin kartof şəkər xəstələri üçün də yaxşı bir seçimdir, çünki qan şəkərini balanslaşdırmağa kömək edir.
2. Brokoli: liflə dolu olan brokoli inkişaf etməkdə olan uşaqlar üçün ən yaxşı qidalardandır. Brokoli, eyni zamanda, vitamin və minerallarla zəngindir. Uşağınızın görməsinə və hüceyrə zədələnməsindən qorunmasına kömək edir. Brokolini çiy yeməklə uşaq, inkişafı üçün zəruri olan bütün maddələri qazanır. Əgər uşağınız brokoli sevmirsə, gizlicə yeməklərinə qata bilərsiniz. Yaxud da onu az yağlı salata əlavə edə, bununla da uşaqlarınıza bu tərəvəzi sevdirə bilərsiniz.
3. Tam taxıllar: Çörək, kraker və yulaf kimi tam taxıllı yeməkləri uşaqlar sevirlər. Bu qidalar folik turşu, sink, dəmir və B vitamini baxımından zəngindir. Bundan əlavə, bəziləri D vitamini və kalsium ilə də zənginləşdirilmişdir. Ürək xəstəliklərinə qarşı profilaktik tədbir olaraq indidən uşaqlarınıza tam taxıllı yeməkləri verməyə başlayın. Ancaq doymamış yağ, yəni trans yağ ehtiva edən krakerdən  uzaq durun.
4. Pendir: Uşaqlar üçün əla bir qidadır, çünki uşaqlar pendiri çox sevirlər. Kalsium, zülal və B12 vitamini baxımından zəngin olan pendir sümük meydana gəlməsində çox əhəmiyyətli bir mineral olan fosfor ehtiva edir. Digər tərəfdən, araşdırmalar zamanı müəyyən edilmişdir ki, yeməklərdən sonra pendir yemək dişlərin çürüməsinin qarşısını alır. Uşaqlarınıza pendirli sendviç hazırlaya bilər, pendiri sağlam bir şorba ya da salatın içərisinə qata bilərsiniz.
5. Yoqurt: pendir kimi yoğurtu da uşaqlarınıza sevərək yedirə bilərsiniz. Yoğurt kalsium, zülal, karbohidrat, B vitamini, sink və fosfor ilə zəngindir. Bütün təbii yoğurtlara təzə meyvə qataraq, daha çox qida dəyəri əldə edə bilərsiniz. Az yağlı qatığa şokoladlı cips və ya yulaf qarışığı əlavə edə bilərsiniz. Uşaqlarınız üçün başqa bir alternativ olaraq, qatığı meyvə şirəsi qataraq soyuducuda dondurub dondurma edə bilərsiniz.
6. Ton balığı: konserv ton balığı ilə uşaqlarınızın protein, niasin, B vitaminləri, dəmir və sink kimi maddələri olan ehtiyacını qarşılaya bilərsiniz. Omeqa 3 yağ turşuları ehtiva edən balıq beynin inkişafına kömək edir və ürək sağlamlığını qoruyur. Uşağınıza ton balığını sendviçlə ya da salatla yedirə bilərsiniz.
7. Qaragilə: Yetkinlər və uşaqlar üçün qaragilə ən bəsləyici qidalardan biridir. Kalium, C vitamini, lif, karbohidrat və antioksidanlar ehtiva edən çöl qaragiləsinin təzə halda hər bir uşağın qida rasionuna daxil edilməsi zəruridir. Şirin olduğu üçün uşaqlar tərəfindən sevilən bu meyvəni qatığa, ya da yulafa əlavə edə bilərsiniz.

8. Süd
: Kalsium və fosfor sümüyün sağlam inkişafı üçün lazımlı iki mineraldır. Süd zülal, enerji yanacağı olan karbohidrat, A vitamini və maqnezium ilə yanaşı sümükləriniz üçün faydalı digər mineralları ehtiva edir. Tam yağlı süd 2 yaşına qədər olan uşaqlar üçün yaxşıdır, ancaq 2 yaşından sonra uşağa verilən süddəki yağ nisbəti azaldılmalıdır.
9. Yumurta: Proteinlə zəngin bir qida olan yumurta olduqca faydalıdır. Zülaldan əlavə, yumurta uşaqlar üçün lazımlı artıq bir çox vitamin və minerallarla da doludur. Bununla yanaşı A, D, E və B qrupu vitaminlərini əhəmiyyətli nisbətdə ehtiva edən yumurta içində olan kolin sayəsində beyin funksiyalarının yerinə yetirilməsində də əhəmiyyətli rol oynayır. Yumurtanı müxtəlif reseptlərlə bişirin, uşağınız hansı formada sevirsə, onu da tətbiq edin.

10. Qırmızı ət: Protein, B vitaminləri, niasin, sink və dəmirlə zəngin olan mal ətində yumurtada olduğu kimi beynin inkişafını təmin edən kolin də var. Yağ və xolesterol baxımından yetkinlərin çox yeməməli olduğu ət kiçik uşaqların beyninin və orqanizminin inkişafı üçün olduqca faydalıdır. Balanslı bir yemək üçün əti tərəvəz yeməkləri birlikdə verə bilərsiniz.

1) Kibrit, çaxmaq kimi yandırıcı; bıçaq, qayçı kimi kəsici maddələrdən uzaq dayanmalıyıq.
2) Elektrik ştepselləriylə oynamamalıyıq.
3) Kücələrdə oyun oynamamalı, velosipedə minməməliyik.
4) Avtomobillərin şüşələrindən asılmamalıyıq.
Sağlam ol


1) Sağlam olmaq üçün, əvvəlcə bədən təmizliyimizə diqqət yetirməliyik.
2) Nizamlı olaraq duş qəbul etməliyik.
3) Dırnaqlarımızın qısa və təmiz olmasına diqqət yetirməliyik.
4) Yeməkdən əvvəl əllərimizi yumalıyıq.
5) Yeməklərdən sonra və xüsusilə yatmadan əvvəl dişlərimizi fırçalamalıyıq.
 Təmizlik

1) Yerlərə zibil atmamalıyıq.
2) Zibilləri, zibil paketinin ağızını möhkəmcə bağladıqdan sonra zibil qutusuna atmalıyıq.
3) Evimizin önünü və bağçamızı həftədə ən az bir dəfə təmizləməliyik.
4) Yerə tüpürməməliyik.
5) Meşələri qorumalıyıq.
6) Ağaclara zərər verməməliyik.
7) Çəmənlərin üzərində atəş yandırmamalıyıq.
8) Heyvanlara zərər verməməliyik.
9) Dənizləri çirklətməməliyik

Sağlam ol

BƏDƏN SAĞLAMLIĞIMIZ ÜÇÜN;
•               Nizamlı olaraq idman etməli, sağlam və balanslı bəslənməliyik.
•               Yuxumuzun nizamlı olmasına diqqət yetirməli, erkən yatıb erkən qalxmalıyıq.
•               Peyvəndlərimizi etdirməliyik.
•               Meyvə və tərəvəzləri yemədən əvvəl bol su ilə yumalıyıq.
YEMƏKLƏRİN TƏMİZ OLMASINA DİQQƏT YETİRMƏLİYİK.
•               Tərliykən su içməməliyik.
•               Açıqda satılan yeməkləri yeməməliyik.
•               Ana və atalarımızın icazəsi olmadan heç bir dərmanı istifadə etməməliyik.



Комментариев нет:

Отправить комментарий