İşə qəbul testləri

  1.   Sual

    Təkamül prosesində bitkilərin hansı şöbəsində ilk dəfə əlavə kök əmələ gəlib?
     
    Ali sporulu bitkilərdən mamırlar şöbəsində ümumiyyətlə kök yoxdur. Qıjıkimilər şöbəsində isə gövdənin kökümsov şəkildəyişməsinə və həmçinin əlavə köklərə rast gəlinir.
  2.   Sual

    İşıq şüaları gözün hansı qişasında sinir impulslarına çevrilir?

    Torlu qişada görmə analizatorunun reseptor sahəsini təşkil edən çöpcüklər və kolbacıqlar bu işi yerinə yetirir.
  3.   Sual

    Zülalı kodlaşdıran m-RNT-nin molekul çəkisi 360000 a.k.v.-dir, bir nukleotidin molekul çəkisi isə 300 a.k.v.-dir. Kodlaşdırılmış zülal neçə amin turşusundan təşkil olunmuşdur?

    360000:300=1200 nukleotid
    1200:3=400 tirplet=400 amin turşusu
  4.   Sual

    İnsanın epidermis hüceyrəsində anafazanın sonunda neçə xromosom eyni vaxtda görünə bilər?
     
    46×2=92
  5. Sual

    Boz və ağ homoziqot adadovşanlarını çarpazlaşdırdıqda ikinci nəsildə (iki heteroqizot fərdin çarpazlaşması zamanı) tamamilə yeni formalar, yəni qara tüklü adadovşanları da alınmışdır. Bunlar ümumi nəslin hansı hissəsini (%-lə) təşkil edirlər?
     
    (3/16)x100%=18,75%
  6. Sual

    Göstərilən heyvanlardan hansı həmçinin bitkilərdə də parazitlik edir?
  7. Sual

    Nisbi sakitlik halında insan 120 tənəffüs hərəkəti etmişdir. Bu zaman onun ürəyinin mədəciklərinin yığılmasına nə qədər vaxt sərf olunar?
     
    120:16=7.5 dəqiqə 7.5×60=450 saniyə (450×3):8=168,75 saniyə
  8.   Sual

    Qlikoliz prosesi zamanı istilik şəklində yayılan enerjinin miqdarı 1200 kC olmuşdur. Bu zaman neçə mol qlükoza parçalanmış və nə qədər enerji ATF şəklində toplanmışdır?
     
    Qlikoliz zamanı ümumilikdə 200 kC enerji ayrılır (reaksiyadakı mollar üzrə). Bunun 80 kC-u ATF, 120 kC-u isə istilik şəklində yayılır. 1200:120=800 kC enerji ATF ehtiyatına keçir. Bu isə 10 mol ATF-dir.
  9.   Sual

    Aşağıdakı hansı orqanizmlərin fəaliyyəti nəticəsində noosfer formalaşır?

    “Noo” – ağıllı, “sphera”– təbəqə, kürə. Bu, yer kürəsinin insanlar tərəfindən yaradılan “ağıllı təbəqə”sidir
  10.   Sual

    Öküz soliteri aralıq sahibin bədəninə hansı formada daxil olur və onu hansı formada tərk edir?

    Öküz soliteri əsas sahibin (insan) bədənindən yumurta formasında xaric olunub, elə bu formada da aralıq sahibin (qaramal) bədəninə daxil olur. Aralıq sahibin əzələlərində düyünlər (finna) əmələ gətirərək inkişaf dövriyyəsini tamamlamaq üçün əsas sahibin bədəninə yaxşı bişirilməmiş ətlə keçir
  11.  Sual

    Bir böyrəyindən 5 litr qan keçən müddətdə (nisbi sakitlik halında) atmosferdən insanın tənəffüs yollarına daxil olan oksigen qazının miqdarı nə qədər olar?

    Sağ və sol böyrəkdən 1 dəqiqdə 1 litr qan keçir. Buna uyğun olaraq, testin şərtinə görə bir böyrəkdən 5 litr qan keçmişdirsə, 10 dəqiqə zaman sərf olunmuşdur. 16×10=160 tənəffüs hərəkəti 160x(500×21%O2)=16800ml=16,8litr

  12.  Sual

    Daun sindromlu oğlan doğulmuşdursa, mayalanma zamanı qametlərdə xromosomların kombinasiyası necə olmuşdur?
    1. 23+x   2. 21+y   3. 22+xx   4. 22+y   5. 22+xy   6. 22+x
     
    Daun sindromu 21-ci cütdə xromosomların 1 vahid artıqlığı olduğuna görə: (23+x)+(22+y)=45+xy (oğlan olduğuna görə)
  13. Sual
    Dölsüzlüyü Karpeçenko metodu ilə aradan qaldırılan növlərarası hibridin tetraploid (4n) xromosom sayı 44-dür. Bu hibridi əmələ gətirən orqanizmlərən birinin diploid xromosom sayı 24-dür. Növlərarası hibridi əmələ gətirən 2-ci orqanizmin tozcuq borusunda olan spermilərdəki xromosomların sayının cəmini göstərin.

    44-24=20 (2-ci orqanizm) Spermilərin sayı 2-dir: 2n=20
  14.   Sual

    Egilopsun meyvəsi hansıdır?

    Egilops taxıllar fəsiləsinə aid olduğuna görə dənmeyvəli bitkidir.
  15.   Sual

    Əgər insan askaridinin yenicə qoyulmuş yumurtasını oksigendən məhrum etsək, onda aşağıdakılardan hansı baş verər?

    Askaridin yumurtası aerob, yetkin fərdi anaerobdur. Yumurta oksigensiz mühitdə inkişaf edə bilməz.
  16. Sual

    İki qadının 4 əkiz uşağı dünyaya gəlmişdir. Birinci qadının dünyaya gətirdiyi əkizlərin hər ikisi bir-birinə çox oxşayan qız, ikincininki isə bacı- qardaşdır. Birinci və ikinci qadının uşaqlarının yaranması zamanı mayalanmada bilavasitə neçə spermatozoid iştirak etmişdir?

    I qadında çox oxşayan eyni yumurta əkizləridir. Bu halda istənilən sayda əkizlərin əmələ gəlməsində yalnız 1 spermatozoid iştirak edir. II qadında isə müxtəlif yumurta əkizləridir. Bu halda isə əkizlərin sayı qədər spermatozoid mayalanmada iştirak etmiş olacaqdır.
  17.   Sual

    Cinsi çoxalma zamanı ziqot yarandığı anda hansı baş verə bilər?
     
    Cinsi çoxalmada meyoz I prosesində konyuqasiya və krossinqover baş verdiyinə görə kombinativ dəyişkənlik (genlərin yeni kombinasiyalarının yaranması) baş verə bilər
  18.  Sual

    Qaranlıqda saxlanılmış bitkinin müəyyən bir yarpaq sahəsində 150 sütunvarı, 200 süngər toxuma hüceyrələri və 50 ağızcıq varsa, işıqda həmin sahədə cəmi neçə hüceyrədə xlorofil əmələ gələ bilər?

    Bir ağızcıq hüceyrəsi 2 ədəd yaşıl qapayıcı hüceyrədən ibarətdir. Bu halda: 150+200+(50×2)=450 yaşıl hüceyrə
  19. Sual

    Göyərçinin dayaq-hərəkət sisteminin kütləsi 150 qramdır. Skelet, bu sistemin kütləsinin 20%-ni təşkil edir. Döş əzələlərinin çəkisini hesablayın.
    Göyərçinin iri döş əzələləri (2 ədəd) yerdə qalan digər əzələlərin ümumi kütləsinə bərabər olduğunu nəzərə alıb: 150-(100%-20%)=120 qram (bütün əzələlər) 120:2=60 qram (2 ədəd iri döş əzələləri)
  20.  Sual

    Əgər toyuqda yumurtalığın yetişmə zonasına 5 hüceyrə keçmişsə və bu zaman bölünmə nəticəsində əmələ gələn qametlərin 4-ü y-cinsi xromosomu daşıyırsa, neçə yönəldici cisim x-xromosomlu olar?

    Quşlarda dişi heteroqametlik (xy) nəzərə alırıq. 5 hüceyrədən yumurtalığın yetişmə zonasının sonunda 20 hüceyrə (n) əmələ gəlir: Cəmi 20 hüceyrədə 10 x və 10 y cinsi xromosomu olduğuna görə (1:1 nisbəti): 5 qamet: 4 y və 1 x 15 yönəldicisi cisim: 6 y və 9x
  21. Sual

    İnsanın sərbəst yuxarı ətraflarında 2 cür sümük iliyi olan sümüklər skeletin sümüklərinin ümumi sayının neçə faizini təşkil edir?

    Yuxarı ətrafımızda 2 cür sümük iliyinə malik olan sümüklər: 2 bazu+4 said (2 mil+2 dirsək olmaqla)= 6 sümük (6:220)x100%=2,7%
  22.  Sual

    3 somatik və bir yumurta hüceyrəsində xromosomların sayı cəmi 154 olan orqanizmin spermatozoidində autosom xromosomların sayı neçə olar?
     
    (3x2n)+n=154
    7n=154
    n=22
    Spermatozoiddə haploid dəstdə 22 xromosom vardır: 21 autosom xromosom və 1 cinsi xromosom
  23. Sual

    İki bakteriyanın bölünməsi nəticəsində 3 saatda əmələ gətirdiyi bakteriyaların maksimum sayı həmin müddətdə əmələ gətirdiyi minimum saydan neçə dəfə çoxdur?
     
  24.   Sual

    Kişi orqanizminin ontogenezi harada başlayır?

    Ontogenez mayalanma baş tutduğu andan başladığına
    görə istər kişi, istərsə də qadının fərdi inkişafı
    mayalanmanın baş verdiyi orqandan – uşaqlıq
    borusundan başlayır
  25.  Sual

    Göl qurbağasının ön ətraflarındakı barmaqlarının sayı n olarsa, bu qurbağada üzmə pərdələrinin ümumi sayı neçə olar?
     
    Göl qurbağasının ön ətraflarındakı barmaqların sayı 8, arxa ətraflarındakı üzmə pərdələrinin sayı ilə eyni olduğuna görə cavab n olacaqdır. 



    hedef.edu.az

Комментариев нет:

Отправить комментарий