Şəxsiyyətlər

Aleksandr Alfonsoviç Qrossqeym - (1888-1948). Qafqazın florası, bitki örtüyü və bitki ehtiyatları, çiçəkli bitkilərin müasir filogenetik sistemi üzrə dəyərli əsərlərin müəllifidir.
Dimitri İosifoviç İvanovski - (1864-1920). Rus bitki fizioloqu və mikrobioloqu, virusologiyanın banilərindən biri. 1892-ci ildə bakteriyaların keçə bilmədiyi süzgəcdən keçən tütün mozaikası xəstəliyinin törədicisini ilk dəfə kəşf edərək onu virus adlandırmışdır. Bitki xəstəlikləri və bitki fiziologiyasına dair elmi əsərləri var
İmam Daşdəmir oğlu Mustafayev - (1910-1997). Azərbaycanın görkəmli alimi. Sovet genetiki və seleksiyaçısı. Yüksək məhsul verən «Sevinc», «Cəfəri», «Zoğal-buğda», «Arzu» və s. buğda sortlarının yaradıcısı. N.İ.Vavilov adına qızıl medal, XTNS-nın 3 böyük qızıl medalını almış, Qırmızı Əmək Bayrağı, «Şərəf nişanı» ordenləri ilə təltif edilmişdir.
İvan Vladimiroviç Miçurin - (1855-1935). Bioloq və seleksioner, meyvə və giləmeyvə bitkilərinin 300-dən çox sortunun yaradıcısı. Meyvə və giləmeyvə bitkiləri seleksiya metodlarını işləyıb hazırlamışdır. Uzaq hibridləşdirmə metodundan istifadə etməklə soyuğadavamlı meyvə sortları meydana gətirmişdir.
Kliment Arkadyeviç Timiryazev - (1843-1920). Görkəmli rus fizioloqu. Fotosintez prosesində xlorofilin yenidən bərpa edilməsi fikrini irəli sürmüşdür. İşığın xlorofil  tərəfindən udulması ilə karbon qazının mənimsənilməsi arasında əlaqənin olmasını, fotosintezin intensivliyinin işığın intensivliyindən həmişə asılı olmadığını müəyyən etmişdir.

Karl Linney - (1707-1778). İsvec təbiətşünası, bitki və heyvanat aləminin təsnifatının yaradıcısı. İlk dəfə olaraq binar nomenklaturanı ardıcıl olaraq tətbiq etmişdir. Bitki və heyvanların daha uğurlu süni təsnifatını yaratmış, 1500-ə qədər bitki növlərini təsvir etmişdir.

Sergey Qavriloviç Navaşin - (1857-1930). Rus sitoloqu və bitki embrioloqu. Çiçəkli bitkilərdə ikiqat mayalanmanı kəşf etmişdir (1898). Xromosomların morfologiyasının əsasını qoymuşdur.

Nikolay İvanoviç Vavilov - (1887-1943). Rus alimi. Seleksiyanın bioloji əsasları və mədəni bitkilərin mənşəyinin mərkəzləri haqqında müasir təlimin banisi. Bir çox ölkələrə ekspedisiyalar təşkil etməklə mədəni bitkilərin mənşəyini müəyyən etmişdir. Mədəni bitki toxumlarının dünyada ən böyük kolleksiyasını toplamışdır. Bitki immuniteti haqqında təlimi əsaslandırmış, orqanizmlərin irsi dəyişkənliyində homoloji sıralar qanununu kəşf etmişdir.

Müzəffər Heydər oğlu Abutalıbov - (1908-1984). Bitki fiziologiyası üzrə Azərbaycanın görkəmli alimi, biologiya elmləri doktoru, akademik. Bitkilərin mineral qidalanması üzrə tədqiqatlar aparmış, makro və mikroelementlərin bitkilərdə hərəkətini, paylanmasını və onların orqanizmində təkrar istifadəsini tədqiq etmişdir.

Vladimir Leontyeviç Komarov - (1869-1945). Bitki sistematikası və coğrafiyası üzrə tədqiqatlar aparmış, uzaq Şərqin florasını öyrənmiş, “SSRİ florası” əsərinin yaradılmasına rəhbərlik etmişdir.





Gilyarov Merkuri Sergeyeviç - (1912-1985). Kiyev şəhərində anadan olmuşdur. 1974-cü ildə SSRİ Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Akademiyanın Rəyasət heyətinin üzvü, biologiya bölməsinin akademik-katibi, Təkamül Morfologiyası və Heyvanların Ekologiyası İnstitutunda “Torpaq Zoologiyası” laboratoriyasının müdiri və s. vəzifələrdə işləmişdir. O, ilk dəfə olaraq torpaqda yaşayan onurğasız heyvanların ekoloji adaptasiyasının mexanizmini və başlıca qanunauyğunluqlarını aşkar etmişdir.

Əsədov Səttar Məcid oğlu - (1910-1974). Biologiya elmləri doktoru, professor. 1968-ci ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilmişdir.    Azərbaycanda coğrafi və ekoloji helmintologiya nəzəriyyəsini inkişaf etdirmiş, helmintlərin yayılmasının 4 kateqoriyasını müəyyənləşdirərək vahid qanunauyğunluğunu müəyyən etmişdir. Helmintlərin sahibinə görə, müəyyən landşaft-ekoloji zonalara və biotoplara spesifikliyini də sübut etmişdir. O, “Rusca-Azərbaycanca zoologiya terminləri lüğəti” və bir sıra dərsliklərin müəllifidir.

Musayev Musa Əbdürrəhman oğlu - (1921- ). Baytarlıq elmləri doktoru, professor. YUNESKO-nun  “Biotika, elmi biliklərin və texnologiyaların etikası” Azərbaycan Milli Komitəsinin üzvü, Ümumittifaq Protozooloqlar Cəmiyyətinin vitse-prezidenti, Ukrayna Parazitoloqlar Cəmiyyətinin fəxri üzvü, Azərbaycan Zooloqlar cəmiyyətinin prezidentidir. 1959-cu ildə AEA-nın müxbir üzvü, 1967-ci ildə həqiqi üzvü seçilmişdir. Azərbaycan dövlət mükafatı laureatı və əməkdar elm xadimidir.

Məmmədova Siddiqə Rza qızı - (1925- ). Biologiya elmləri doktoru, professor. 1983-cü ildə Azərbaycan MEA-nın müxbir üzvü, 2001-ci ildə həqiqi üzvü seçilmişdir. Elmi əsərləri bitki mühafizəsinin müxtəlif  problemlərinə, çoxillik meşə, meyvə, subtropik, yonca və başqa kənd təsərrüfatı bitkilərinin zərərvericilərinin  geniş öyrənilməsi əsasında ətraf mühit üçün təhlükəsiz mübarizə tədbirləri sisteminin işlənib hazırlanması və tətbiqinə həsr olunmuşdur. Əməkdar elm xadimidir.

Əliyev Seyfəddin Vəli oğlu - (1930- ). 2001-ci ildə Azərbaycan  MEA-nın müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir. Elmi əsərləri cücülərin, xüsusilə sovkaların faunası, sistematikası, bioekoloji xüsusiyyətləri, bioloji mübarizənin elmi əsaslarının hazırlanması və s. məsələlərə həsr olunmuşdur. O, Azərbaycanda 716 sovka növünün yayıldığını aşkar etmişdir ki, bunlardan 390 növ respublikanın sovka faunası üçün, 145 növ Zaqafqaziya, 67 növ isə Rusiya ərazisi üçün yeni olmuşdur.
Qasımov Əbdül Hüseynəli oğlu - (1929-2005). Biologiya elmləri doktoru, professor. 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir. Elmi fəaliyyəti Xəzər dənizinin və Azərbaycanın şirin su hövzələrinin faunasının və onların məhsuldarlığının öyrənilməsinə həsr olunmuşdur. O, Xəzərin və Qafqazın şirin su hövzələrində formalaşan növlərin tərkibini, biologiyasını, ekologiyasını,  zoocoğrafiyasını və Qafqazın şirin su heyvanlarının mənşəyini tədqiq etmişdir. Əməkdar Elm xadimi fəxri adına layiq görülmüşdür.

Sadıqov İsmayıl Ələkbər oğlu - (1928-2009). Biologiya elmləri doktoru, professor. 2001-ci ildə Azərbaycan MEA-nın müxbir üzvü seçilmişdir. Elmi əsərləri Azərbaycanda ev və vəhşi heyvanların helmintlərinin ekologiyası, biologiyası və təbii ocaqlığı məsələlərinə həsr olunmuşdur. Azərbaycan Dövlət mükafatı laureatıdır. Azərbaycanın Zooloqlar cəmiyyətinin üzvü olmuşdur.

Skryabin Konstantin İvanoviç - (1878-1972). Peterburqda anadan olmuşdur.  Rus bioloqu. Rusiyada helminotologiya elminin təsisçisi. SSRİ EA-nın və SSR-nin Tibb Elmləri Akademiyasının akademiki. 1940-cı ildən özünün təşəbbüsü ilə yaranan Helmintoloqlar Cəmiyyətinin sədri olub. 1942-ci ildə SSRİ EA-nın Helomintologiya Laboratoriyasının direktoru vəzifəsinə təyin edilib. K.İ.Skryabinin rəhbərliyi altında 300-dən çox ekspedisiyalar keçirilib. Keçirilən tədqiqlərin nəticələrinin insan və heyvanların helmintofaunasının  öyrənilməsində həm də tibb və baytarlıq elmində sağlamlaşdırmaya aid planlı kompleks tədbirlərinin hazırlanmasında böyük əhəmiyyəti olub. Skryabin 200-dən artıq yeni növ helmintləri siyahıya alıb, helmintlərin 120 cinsinə elmi dəlil verib. Stalin mükafatı laureatıdır.

Mustafayev Qara Teyfur oğlu - (1931). Heyvanların ekologiyası üzrə görkəmli alim, 18 elmi konsepsiyanın və prinsiplərin müəllifi. Təbiətdə biotik əlaqələrin qoşaxətli-üçbucaqlı forması qanununun müəllifi. Heyvanların ekologiyası üzrə özünün məktəbini yaratmışdır.

Dementyev Qeorgi Petroviç - (1898-1969). Rus zooloqu, professor, biologiya elmləri doktoru. Bir sıra Avropa akademiyalarının, ornitologiya cəmiyyətlərinin, beynəlxalq təbiəti mühafizə  cəmiyyətinin  həqiqi üzvü olub. Rusiya və dünya ornitologiya elminin inkişafında mühüm rol oynayıb.

Derjavin Aleksandr Nikolayeviç - (1878-1963). Biologiya elmləri doktoru. Bir neçə elmi-tədqiqat ekspedisiyalarının iştirakçısı. 1907-ci ildə Orta Uralda entomoloji tədqiqatlar aparıb, balıq və xərçəngkimilərə aid  elmi materiallar toplayıb. Kamçatkanın gölləri haqda məruzəsinə görə ona Coğrafik cəmiyyətin gümüş medalı verilib. 1920-ci ildən Azərbaycan Dövlət Universitetinin zoologiya kafedrasının professoru olub. Ömrünün sonuna kimi AEA-nın Zoologiya İnstitutunda su heyvanları şöbəsinə rəhbərlik edib, Xəzər dənizində balıq ehtiyatlarının yenidən hasil edilməsinə aid   tədqiqat işləri ilə məşğul olub. Hidrobiologiya, ixtiologiya və balıq təsərrüfatı sahəsində mühüm xidmətlərinə görə 1955-ci ildə Azərbaycan EA-nın akademiki seçilib.


Doqel Valentin Aleksandroviç - (1882-1955). Zoologiya mütəxəssisi, SSRİ EA-nın müxbir üzvü (1939). Bir sıra xarici və Rusiyanın  elmi cəmiyyətlərinin fəxri üzvü, Lenin mükafatının ilk laureatlarından biri, Leninqrad Universitetinin biologiya fakültəsinin dekanı. Onurğasızların zologiya, embriologiya, nisbi anatomiyası və parazitologiya sahəsinə aid olan tanınmış  başlıca elmi əsərləri var.

Küvye Corc Leopold
- (1769-1832). Fransa Akademiyasının üzvü olub.1788-ci ildən başlayaraq  Normandiyada dəniz heyvanlarının tədqiqi ilə məşğul olub. 1795-ci ildə  məşhur fransız təbiətşünaslarının dəvəti ilə Parisə gəlib və Panteonun mərkəzi məktəbində professor yerini tutub. Cardin der Plantesdə  nisbi anatomiya kafedrasına başçılıq edib. Küvyenin adı Eyfel qülləsinin birinci mərtəbəsində yerləşən Fransanın dahi alimlərinin siyahısınıa daxil edilib.


Lamark Can Batist - (1744-1829). Fransa alimi, təbiətşünas. Paris Elmlər Akademiyasının üzvü.  1778-ci ildə  «Fransanın florası» adlı üç tomlu elmi əsərini nəşr edib. Mühüm elmi əsəri «Zoologiya fəlsəfəsi» (1809) adlanır.  Əsərin üçüncü nəşrinə bitkilərin analitik sistem təsnifatı haqda  məqalələrini əlavə edib. Bu kitab ona şöhrət qazandırıb və o dahi fransız botaniklar sırasına daxil edilib.

Leklerk de Büffon Corc Lui - (1707-1788). Fransa naturalisti, biologiya mütəxəssisi, riyaziyyatçı, təbiətşünas və yazıçı. İngiltərədə olarkən Nyutonun «Nəzəriyyələrin funksiyası»-nı və Qalın «Bitkilərin sükünət halı»nı tərcümə edib. 1733-cü ildə Elmlər Akamediyasının üzvü, sonra isə kral botanik bağının  intendantı  vəzifəsinə təyin olunub. Fəaliyyəti əsasən təbiət elmlərinə sərf edilib.


Pavlovski Yevgeni Nikanoroviç - (1884-1965). Rusiyanın zooloq və entomoloqu. Tibb xidməti general-leytenantı. SSRİ EA-nın akademiki, Zoologiya İnstitutunun direktoru, Ümümittifaq Entomoloqlar Cəmiyyətinin prezidenti, SSRİ-nin Coqrafiya Cəmiyyətinin Prezidenti, SSRİ Ali Sovetinin deputatı olub.

Şmalhauzen İvan İvanoviç - (1884-1963). Tanınmış botanik. SSRİ EA-nın akademiki. Moskva Dövlət Universitetində özünün yaratdığı darvinizm fakültəsinə başçılıq edib. SSRİ EA K.A.Timiryazev adına Biologiya İnstitutunun, təkamül morfologiya  İnstitutunun direktoru vəzifəsində çalışmışdır.

Ernest Q. Starlinq - ( 1866-1927 ). Ernest Q. Starlinq insanın həzm orqanları sahəsindəki tədqiqatlarına görə elm tarixinə daxil olmuşdur. Ernest Starlinq Uilyam Beylislə (1860–1924 ) birlikdə on iki barmağın selikli qişasında qaraciyərdən ödün və mədəaltı vəzdən həzm şirəsinin ayrılmasını stimullaşdıran xüsusi maddə kəşf etmişlər. Onlar həmin maddəni “sekretin” adlandırmış və elmə “hormon” terminini gətirmişlər. E.Starlinq və U.Beylisin Nobel mükafatı almaq üçün namizədlikləri irəli sürülmüş, lakin 1913 – 1914 -cü illərdə müharibənin  başlanması ilə həmin məsələ reallaşmamışdır.

Eduard Cenner - (1749-1823). İnsanları çiçək хəstəliyindən qоruyan vaksini işləyib hazırlamış görkəmli ingilis həkimi və təbiətşünası. О, 1798-ci ildə çiçək хəstəliyinə tutulmuş inəklərin yelnindəki suluqlardan alınmış mayeni sağlam adamlara köçürmüş və оnlarda süni çiçək yоluхması yaratmışdır. İnfeksiоn хəstəliklərə qarşı ilk müalicə metоdu tətbiq etmiş alimdir.

Ernest Henrix Veber - (1795-1878). Alman psixofizioloqu və anatomu, fizik Vilhelm Veberin qardaşı. O, Leypsiq  Universitetini bitirmiş, 1818-ci ildə insan anatomiyası və fiziologiyası ixtisasları üzrə universitetin professoru olmuşdur. Ernest və Vilhelm Veber qardaşları 1845-ci  ildə azan sinirin ürək fəaliyyətinə tormozlandırıcı təsirini kəşf etmişlər. E. Veber tədqiqatlarında psixofizika və eksperimental psixologiyanın əsasını qoymuşlar.


Hans Selye - (1907-1982). Kanada fiziоlоqu və patоlоqu. Əsas elmi tədqiqat işlərini stresin öyrənilməsinə həsr etmişdir. О, 1936-cı ildə müəyyən etmişdir ki, оrqanizmə təsir edən mənfi amilin təsiri uzandıqda, böyrəküstü vəzin hоrmоnu – qlikоkоrtikоidlərin qana ifrazı azalır və nəticədə ölüm baş verir.

İlya İliç Meçnikоv - (1845-1916). Rus fiziоlоqu. 1908-ci ildə hüceyrə immunitetini öyrənməsinə və faqоsitоz hadisəsini kəşf etdiyinə görə Nоbel mükafatı almışdır.


İvan Miхaylоviç Seçenоv - (1829-1905). Rus alimi. İsbat etmişdir ki, beynin müəyyən hissələrinin qıcıqlandırılması nəinki оyanmaya, həm də ləngiməyə səbəb оla bilər. О, 1862-ci ildə görmə qabarları üzərinə duz kristalları qоymaqla apardığı təcrübə ilə beyində Ləngimə mərkəzinin оlduğunu kəşf etmişdir.

İvan Petrоviç Pavlоv - (1847-1936). Rus fiziоlоgiyasının atası. Elmi işləri fiziоlоgiyanın müхtəlif sahələrini əhatə etsə də, о, həzm оrqanları səviyyəsində apardığı tədqiqatların nəticəsinə görə, 1904-cü ildə Nоbel mükafatına layiq görülmüşdür. 1902-ci ildə akademik Pavlоvun labоratоriyasında şərti refleks üsulunun və ali sinir fəaliyyəti təliminin öyrənilməsinin əsasını qоymuşdur.

Lui Paster - (1822-1895). Mikrоbiоlоgiyanın müstəqil elm sahəsinə çevrilməsinə zəmin yaratmış fransız alimi, Paris Elmlər Akademiyasının üzvü. О, 1879-cu ildə tоyuq vəbası mikrоblarını zəiflədilmiş şəkildə başqa tоyuqlara köçürməklə müşahidə etmişdir ki, həmin quşlar хəstəliyi yüngül şəkildə keçirir və ölmürlər. L.Paster qarayara, quduzluq, dоnuz məхmərəyi yоluхucu хəstəliklərinə qarşı peyvəndlər tətbiq etmişdir.


Nikоlay Sergeyeviç Kоrоtkоv - (1874-1920). Rus alimi. О, 1905-ci ildə arterial qan təzyiqini təyin etmək üsulunu işləmişdir. Həmin üsul barədə İmperatоr Tibbi Hərbi Akademiyasının «Хəbərlər» jurnalında çap edilmişdir. 1910-cu ildə «Arterial  kоlleteralların qüvvəsi» mövzusu üzrə dоktоrluq dissertasiyasını  müdafiə etmişdir.


Pyоtr Kuzmiç Anохin - (1898-1974). ХХ əsr rus fiziоlоgiyasının görkəmli nümayəndəsi. Akademik Anохin müasir fiziоlоgiya və neyrоkibernetikanın banisidir. Elmə funksiоnal sistem nəzəriyyəsini gətirmiş, ayrı-ayrı neyrоn qruplarının fəaliyyətini öyrənmək üçün  mikrоelektrоd metоdunu tətbiq etmişdir.

Rene Dekart - (1596-1650). Fransız təbiətşünası və fiziоlоqu. Əsas elmi işləri iradi və qeyri-iradi hərəkətlərin mahiyyətini öyrənməyə həsr оlunmuşdur. 1819-cu ildə refleksi ilk dəfə təsvir etmişdir.

Vilhelm Eduard Veber - (1804-1891 ). Alman fiziki. Elmdə Veber qardaşları kimi tanınırlar. 1825-ci ildə Veber qardaşları su hissəciklərinin hərəkətinə aid əsər çap etdirmişlər. V. Veberin elm tarixində adı elektrik dəyişilməsinin mütləq sistemini təyin etməsinə görə yaşayır. V. Veber öz tədqiqatlarında ilk dəfə olaraq elektrik  induksiyasının havada yayılması sürətini kəşf etmişdir.

 Çarlz Darvin - (1809–1882). İngilis təbiətşünası, təbii seçmə yolu ilə  növlərin mənşəyi haqqında təlimin banisi. Təkamül təliminə həsr edilmiş əsas əsərləri: «Təbii seçmə yolu ilə  növlərin mənşəyi» (1859), «Əhliləşmənin təsiri altında  ev heyvanlarının və mədəni  bitkilərin dəyişilməsi» (1868), «İnsanın mənşəyi və cinsiyyətli seçmə» (1871), «İnsan və heyvanlarda emosiyaların ifadə olunması» (1872) və s. kimi əsərlərin  müəllifidir.

 Lerua Eduard - (1870-1954). Fransız filosofu, Kollec de Fransın professoru olmuşdur. O, riyaziyyat paleontologiya və antropologiya ilə məşğul olmuşdur.





Комментариев нет:

Отправить комментарий