Zoocoğrafiya- Azərbaycan


Heyvanlar aləmi

 




 













Boz ayı
Boz ayılar yırtıcı məməli heyvanlardır.Uzunluğu 3 metrədək,çəkisi 600-700 kiloqram olur.Başı uzunsov,qulaqları və gözləri kiçik, quyruğu qısa olur. Onların pəncəsi iri, beşbarmaqlı və yastıdabandır.Ayılar qoxunu çox yaxşı duyur, pis eşidir və zəif görürlər.Onların xəzi boz rəngdə olur və çox sıxdır.Ayıların əksər növləri meşələrdə yaşayırlar.Azərbaycanda ayıların bir növünə təsadüf edilir.Ayılar qış yuxusuna gedir.Ətli yeməlidir.Onların piyindən və ödündən tibdə, dərisindən isə məişətdə istifadə edilir.Ayılar 1-5 bala doğur. 50 ilə qədər yaşayır.






Canavar
Canavar itlər fəsiləlisindən olan yırtıcı məmli heyvandır.Bədəninin uzunluğu 105-160 santimetrə,çəkisi 35-50 kiloqrama qədər olur.Avropa,Asiya,Şimali Amerika və Azərbaycanda dəniz sahilindən dağların yüksək yamaclarına qədər geniş yayılmışdır.Ən çox çöllərdə,xüsusilə mal-qara  otarılan yerlərdə,səhralarda olur.
Canavarın rəngi bozdur.O, qidalanmaq üçün vəhşi və ətli dırnaqları,iti,dovşanı,xırda gəmiriciləri və s.ovlayır.Canavrlar qışın əvvəlində 10-12 fərddən ibarət sürülərlə gəzir.Yalnız çöl və səhra  canavarları yuv qazır,meşə canavarları isə ağacların altındakı yataqlarda, qamışlıqlarda və başqa gizli quru yerlərdə balalayır.Payızda balalar böyük canavarlarla ova çıxır.Canavarlar heyvandarlığa ziyan vurur.Onlar 15-16 il yaşayırlar.



Dovşan
Dovşanlar –dovşankimilər dəstəsindən olan məmli heyvanlardır.Dovşanlar Madaqsakar adası, Cənubi Amerikanın cənub əraziləri və Antarktidadan başqa dünyanın hər yerində yayılmışdır.
Azərbaycanda dovşanların iki növünə- boz dovşan və Xəzər dənizinin bəzi adlarında vəhşiləşmiş adadovşanlarına  rast gəlmək olar.Dovşanlar ildə 4 dəfəyə qədər balalaya bilir.Onlar tək həyat sürürlər.Boz dovşanların balaları  doğulan kimi görür və tüklü olurlar.
Adadovşanının balaları isə kor və tüksüz doğulur.Onlar yuvalarda koloniyalarla yaşayırlar.Dovşanlar ot bitkiləri,ağac qabığı,budaq və tumurcuqlarla qidalanırlar.



Xəzər suitisi
Suitilər-pərayaqlılar dəstəsindən olan məməli heyvanlardır.Suitilərin əksəriyyətinin bədəni uzunsovdur.Suititlərin 20-dəkvnövü məlumdur.Azərbaycanda onun 1 növü –Xəzər suitisin yaşayır. Bədənini uzunluğu 140 santimetrə,çəkisi 60 kiloqrama qədərdir.Suitilər sənaye əhəmiyyəti az olan balıq,ilbiz və xərçənglərlə qidalanır.Onun dərisi və piyi qiymətlidir.Xəzər suitisi Xəzər dənizinin şimalında qış zamanı ovlanır.
Xəzər suitisinə Abşeron yarımadasının ətrafındakı Çilov adasında, Şah Dilində və başqa adalarda təsadüf edilir.






Qızılqaz
Qızılqaz- flaminqo dəstəsinin bir növüdür.O, ayaqları və boynu çox uzun iri su quşudur. Qızılqazın çəkisi 3,4-4 kiloqram, qanadlarınınuzunluğu 43-49 santimetrə qədər olur.Onun üst və alt tərəfinin bir hissəsi tünd –narıncı rəngdədir.Qızılqazın qara rəngdə olan iri qanad lələkləri vardır.Onun qabaq barmaqları pərdə ilə birləşmişdir.Yoğun və xeyli uzun dimdiyi ortadan qövs şəkində əyridir.Qızılqazın rəngi əsasən ağdır.Onun arealı qırıq-qırıqdır.
Fransa və İspaniyanın cənubunda,Afrikanın şimal və cənubunda. İran ,Hindastan və Cənubi Amerikada yayılmışdır.
Azərbaycanda noyabrdan martın axırına qədər böyük dəstələrə Qızılağac körfəzində qışlayır.Sahilin dayaz yerlərində su bitkiləri və onurğasız heyvanlarla qidalanır.
Qızılqaz1-2, bəzən 3 yumurta qoyur.Onun həm erkəyi,həm də dişisi 30-42 gün kürt yatır.



Qu quşu
Qu quşları ördəkkimilər fəsiləsindən quş cinsidir. Onun bədəninin uzunluğu 180 santimetrə,çəkisi isə 13 kiloqrama qədərdir.Qu quşlarının boyunu uzun, ayaqları qısa, lələkləri yumşaq və  ağ rəngdə olur. Bəzən boynu qara qu quşuna da təsadüf olunur. Qu quşları yaxşı üzürlər
Qu quşlarının 6 növü məlumdur. Bir növə qara qu quşları daxildir.Qu quşlarının 1 növü qütb ətrafında , 2 növü Avropa və Asiyada ,1 növü Şimali Amerikada və 1 növü Cənubi Amerikada yayılmışdır.Azərbaycanda qu quşlarının 3 növü –qaradimdik, qızıldimdik və xırda qu quşları məlumdur. Azərbaycanda onların 2 növü qışlayan və 1 növü isə uçub köçəndir. Qu quşları dənizlərdə, bəzən şimalda, az hallarda cənub ölkələrinin şirinsulu göllərində  qışlayırlar.Onlar qamışlı, böyük göllərdə yaşayırlar.Sahilin suya çox yaxın olan yerlərində düzəltdiyi iri yuvaya5-7, bəzən 12-dək yumurta qoyur.
Qu quşunun dişisi 35-40 gün kürt yatır. Onlar su və quru bitkiləri, bəzən dəniz onurğasızları ilə qidalanırlar.Qu quşları parklarda, xüsusi göllərdə saxlanılır.



Yenot
Yenotlar – yenotkimilər fəsiləsindən olan yırtıcı məməli heyvandır.Yenotların iki növü- adi və xərçəngyeyən növləri var. Adi yenotun bədəninin uzunluğu 35 santimetrədək,quyruğunun uzunluğu 25 santimetrədək.çəkisi 7-8 kiloqram olur.Yenotların qalın tük örtüyü var.Rəngi qara qarışıq sarımtıl-boz, quyruğunda eninə yerləşmiş bir neçə qara-qonur halqalar olur. Onun gözləri bir-birinə yaxın yerləşmişdir.Yenotlar gecə həyatı sürür .Onlar meşələrdə yaşayırlar.
Qışda yenotlar qış yuxusuna gedirlər. Yenotlar müxtəlif heyvani yemlər və bitkilərlə qidalanırlar.Onların 1-5 balası olur.Yenotlar 20 il yaşayırlar.Yenotun xəzi qiymətlidir.Azərbaycanda adi yenotlar iqlimə uyğunlaşdırılmışdır.



                                  
Bəbir
Bəbir pişikimilər fəsiləsindən olan yırtıcı məməli heyvandır.Ona qaplan da deyilir. Bədənin uzunluğu 165 santimetrədək, quyruğu 95 santimetrə qədər , erkəklərinin çəkisi 75 kiloqrama qədər, dişilərininki isə bir qədər az olur. Bəbilərin bədənləri əzələli,ayaqları nisbətən qısa, xəzi sıx,yaxud kürən rəngli və qara xallıdır.
Bəzən bəbir qara rəngli də olur. Bəbirə Afrikada, Ön və Cənubi Asiyada, nadir hallarda Qafqaz dağlarında, Azərbaycanda isə Talış dağlarında və Naxçıvanda təsadüf edilir.
Dişi bəbir 2, bəzən 3 bala doğur. Bəbirlər qidalanmaq üçün əsasən dırnaqlı heyvanları, quşları və gəmiriciləri ovlayır. Ev heyvanlarına və nadir hallarda insana hücum edir.



Cüyür
Cüyür və ya əlik- marallar fəsiləsinindən olan cüt dırnaqlı gövşəyən heyvanlara aiddir.Yüngül və yaraşıqlı bədənin uzunluğu 150 santimetrədək,süysününün hündürlüyü 100 santimetrədək olur.Yaşlı cüyürün çəkisi 25-60 kiloqrama qədər olur.
Erkək cüyürlər 3, bəzən 4 çıxıntısı olan buynuzlu, dişilər isə buynuzsuz olur.Onların rəngi yayda kürən, qışda isə boz olur. Cüyürün yayılma arealı Avropa və Asiyanı əhatə edir.
Azərbaycanda yaşayan cüyürlər Avropa  yarımnövünə aiddir.Vaxtilə cüyürlərin  Azərbaycanda geniş yayılmasına baxmayaraq, hazırda yalnız Böyük Qafqazın, Kiçik Qafqazın və Lənkəran zonasının dağətəyi meşələrində qalmışdır.Cüyürlərin 2 və ya 3 balası olur.


Bəzgək
Bəzgək dovdaqlar fəsiləsinin bir növüdür.Bədəninin uzunluğu 45-50 santimetrə, çəkisi 0,6-1 kiloqrama qədər olur.Bəzgəklərin lələkləri bel tərəfdən tünd-qonur, çilli və zolaqlı,qarnının altı isə ağdır. Bəzgəklər yerdə düzəltdiyi yuvaya 3-5 yumurta qoyur.Onlar həşərat və bitki ilə qidalanırlar.
Bəzgəklərə Afrikanın şimalı-qərbində və şimalında, Cənubi Afrikada .Cənubi-Şərqi Asiyada rast gəlmək olur.Şərqi Avropada bozqırlarda yuva salan bəzgəklərin çoxu qışlamaq üçün payızda  Kür-Araz ovalığına uçur.Çoxalma dövründə bəzgəyə Turut, Sarıca və Qarabağ düzlərində  də rast gəlmək olur.




Qaban
Qaban və ya çöldonuzu donuzlar fəsiləsindən olan məməli heyveanlara aiddir.

Uzunluğu 2 metrədək ,çəkisi 300 kiloqrama qədər olur. Onun bədəni cod tüklərə örtülmüşdür. Yaşlı qabanların rəngi qonurdur.Qaban balalarının – çoşqaların beli uzunu açıq rəngdə zolaqlar olur.
Qabanlar Şimali Afrikada, Avropada və Asiyada , o cümlədən Azərbaycanda da yayılmışlar. Onlar, əsasən, meşə və kolluqlarda yaşayırlar.Qidalanmaq üçün açıq səhralara çıxırlar.

Sürü ilə yaşayan qabanlar gecə həyatı keçirirlər. Onlar ətinə və dərisinə görə ovlanırlar.Qabanlar kökümsov, qoza,cır meyvə ilə qidalanırlar.




Qıvrımlələk Qutan

Qıvrımlələk qutan dəniz sahilində yaşayır.Onlar balıqla qidalanırlar.Qutan öz şikarını havadan izləyir.Onu görən kimi üstünə şığıyıb suda onu tutur və şüşə qabdan çıxan tıxac kimi sudan çıxır. Sonra didiyinin altındakı kisədən suyu boşaldaraq balığı yuxarı tullayır və onu tutaraq birbaşa həzm sisteminə istiqamətləndirilir.
Erkək qutanların 3-5 dişi rəfiqəsi olur.Onların hamısı bir yuvaya yumurta qoyur.Atla qutan yumurtaların üstündə oturur və qutan balalarının tərbiyəsi ilə məşğul olur.




Vaşaq
Vaşaq pişikkimilər cinsindən olan məməli heyvandır.O, yırtıcıdır. Bədəninin uzunluğu 82-109 santimetr, quyruğunun uzunluğu 24 santimetr,çəkisi 8-19 kiloqram olur. Sıx, boz-kürən xəz onu soyuqdan qoruyur.Uzun,enli pəncələri ona dərin qar üzərində qaçmağa kömək edir.O, hətta asanlıqla cəld olan dovşanı da tuta bilir.Qulaqlarında olan fırça istənilən səsi tutmağa ona kömək edir.Gözlərinin iti görməsi vaşaqa gecələr ov etməyə imkan verir.Vaşaqlar tək-tək yaşayırlar.Onlar ov etdikləri sahəni qonşularından qoruyurlar.Yem axtarışında  vaşaqlar özünə məxsus olan ərazinin böyük bir sahəsini qaçaraq gəzə bilir. Onun şikarı kiçik çöl siçanı , cüyür ola bilər. Vaşaq ov zamanı öz enerjisini qənaətlə sərf edir.Ov zamanı pusqudan hücum etməyə üstünlük verir. Vaşaqlar Avropada, Şimali,Orta və qismən Ön Asiyada, Şimali Amerikada, Azərbaycanda isə Naxçıvanda, Dağlıq Qarabağda, Quba-Xaçmaz,Şəki –Zaqatala və Lənkəran-Astara zonalarında yayılmışdır.Onlar geniş, sıx meşələrdə , düzənliklərdə və eləcə də dağlarda,bəzən meşə-çöldə yaşayırlar. Vaşaqlar ağaclara yaxşı dırmaşırlar.







Boz qaz
Qazlar-qazkimilər dəstəsinin ördəkkimilər fəsiləsindən olan quşlardır.Onların çəkisi 2-6 kiloqram olur.Qazların hündür ayaqları üzməkdən çox gəzməyə uyğunlaşmışdır.Dimdiyi iri və enlidir.Qazlar,əsasən, quruda , qismən də dayaz sularda bitki mənşəli yemlərlə ,Arktikada yaşayan növləri isə ,əsasən ,su onurğasızları ilə qidalanırlar.
Qazlar yerdə düzəltdiyi yuvaya 5-8 yumurta qoyur.Onların bəzi növləri qayalarda yuva düzəldir.Dişi qaz kürt yatır.
Azərbaycanda qazın 3 növü yayılmışır.Ağdaş və şumluq qazları Azərbaycanda yalnız qışlayır.Boz qaz isə həm qışlayır.həm də yuva qurur.Ev qazları vəhşi  boz qazlardan əmələ gəlmişdir.Bu qazlar çəkisi 4-10 kiloqram və daha çox olan ətlik quş hesab edilir.Bundan başqa qazın tüklü dərisindən , pərqu və lələyindən də istifadə edilir.Qaz piyi donvurma zamanı qiymətli dərman kimi istifadə edilir.




Çaqqal
Çaqqal itlər fəsiləsindən olan yırtıcı məməli heyvandır.O, canavara oxşayır,lakin ondan xeyli kiçikdir.Onun quyruğu nisbətən qısa sifətli sivri formalıdır. Bədəninin uzunluğu 71-82 santimetrə, quyruğu 20 santimetrə ,çəkisi 7-13 kiloqrama qədərdir.
Çaqqalın rəngi qışda kürən-boz,yayda isə kürən olur.ÇaqqallarAvropanın cənubunda , Şimali Afrikada, Asiyanın cənubunda və Seylon adasında yayılmışdır.
Azərbaycanda çaqqallara, əsasən ,aran düzənliklərinin sıx cəngəlliklərində, bəzən də səhra və dağətəklərində rast gəlmək olur.
Çaqqallar gəmirici və quşlarla,eləcə də leş,qida tullantıları,meyvə ilə qidalanır.Çaqqalların 4-9 balası olur. Çaqqal,əsasən, gecə həyatı sürür.O, 12-14 il yaşayır.



Ceyran
Ceyran antiloplar cinsinə aid cütdırnaqlı məməli heyvandır.Bədənin uzunluğu 95-115 santimetrə, süysününün hündürlüyü 60-75 santimetrə,çəkisi 18-33 kiloqrama qədərdir.O, çox yaraşıqlı heyvandır.Erkəklərin liraşəkilli buynuzu olur. Ceyranlar səhra və yarımsəhralarda yaşayır.Onlar yovşan və müxtəlif ot bitkiləri yeyir, susuzluğa dözümlüdülər.
Yayda 3-5, qışda isə 10-20 fərdlər ibarət dəstələrlə gəzirlər.Çox cəlddir və saatda 55-62 kilometr sürətlə qaça bilir.Ceyranların 1-2 balası olur. İran,Əfqanıstan,Qərbi Pakistan,Cənubi Monqolustan və Şimali Qərbi Çinin səhralarında yayılmışdır.Azərbaycanda Şirvan dövlət qoruğunda və Korçay yasaqlığında qorunur.



Mənbə
Heyvanlar aləmi –Azərbaycan.

Çöl pişiyi

                        


Çöl pişiyi-pişikkimilər fəsiləsindən olub yırtıcı və məməli heyvan cinsidir.Onlar xırda,orta və iri ölçülü olurlar.Kəlləsinin quruluşu,xəzinin rəngi və coğrafiyayılmasına görə pişiklər 20-dək yarımcinsə bölünür.
Aralöq dənizi sahilboyu ölkələrdə, Orta Asiyada və Azərbaycanda yayılmış çöl pişiyi ehtimal olunur ki, ev pişiyinin əcdadı olmuşdur.



  Göl qurbağası
Qurbağalar suda-quruda yaşayan quyruqsuz heyvanlardır.Qurbağanın bədəni qısadır.Boynu,quyruğu və xarici qulaqları yoxdur.Arxa ayaqları iki-üç dəfə qabaq ayaqlarından uzundur.Qurbağalar tullanaraq hərəkət edir.
Onlar suya kürü tökürlər.Kürüdən çömçəquyruqlar çıxır və inkişaf edərək qurbağaya çevrilirlər.
Göl qurbağaları demək olar ki, azərbaycan ərazisində yayılmışdır.





Qafqaz gürzəsi

Gürzə-zəhərli ilandır.Onun uzunluğu 1,5metrə qədər oı vəlur.Gürzənin rəngi bozdur.Belində tünd xalları olur.Onun başı yastı,boynu nazikdir.Quyruğu bədənindən kəskin fərqlənir.Gürzələr afrika və Cənub-Şərqi asiyada,Orta Asiyada,Zaqafqaziyada,o cümlədən,Azərbaycanın düzən və dağətəyi rayonlarında yayılmışdır.
Gürzələr seyrək kollu,daşlı-çınqıllı və quraq yerlərdə daha çox olurlar.Onlar yazda və payızda gündüzlər,yayda isə gecələr ova çıxırlar.gürzələr xırda heyvanlar, quşlar və kərtənkələlərdə qidalanırlar.Gürzələrin insanları  və heyvanları sancması çox təhlükəlidir.











Xallı maral.
Xallı maral-marallar fəsiləsindən cütdırnaqlı  məməli heyvandır. Onun bədənin uzunluğu 90-120 santimetr ,süysüyünün hündürlüyü 85-118 santimetr,çəkisi 80-150 kiloqramdır.Erkəyinin şaxəli buynuzu var.
Xallı maral qışda qonurumtul-boz,yayda çoxlu xalları olan tünd kürən rəngdə olur.Qarnı və quyruğunun ətrafı ağ rəngdədir. Xallı maral Koreya və Yaponiyada yayılmışdır.Bu marallar Azərbaycanda qoruqlarda sxalanılır.Xallı marallar ot və yarpaqla qidalanırlar.
Muflon


Asiya muflonu və ya dağ qoyunu –qoyunlar cinsinin bir növüdür.Yaşlı erkək muflonların bədəninin uzunluğu 132-147 santimetr,süysüyünün hündürlüyü 82-98 santimetr,çəkisi 53-79 kioqram, dişləri isə kiçik , çəkisi 36-46 kiloqramadək olur.
Muflonların rəngi fəsillərə görə dəyişir. Onlar Kiçik Asiyada, İranda, Əfqanıstanda,Kəşmirdə, pəncabda məskunlaşmışlara Naxçıvanın dağlarında təsadüf olunur.Onlarbəzən 10-12 fərddən ibarət olan kiçik sürü ilə gəzirlər. Muflonlar aprel-may aylarında 1-3 bala doğur.



Ördək
Ördəklər qazkimilər dəstəsindən olan quşlar qrupuna aiddir.
Çəkisi 300-1700 qrama qədər olur.Ördəklər hər yerdə yayılmışlar.Ördəklər köçəri quşlardır.
Azərbaycanda ördəklərin 23 növü var.Onların əksəriyyəti Xəzər dənizinin cənubunda qışlayır.
Ev ördəyinin əcdadı yaşılbaş ördək hesab olunur.Bu ördəklər eramızdan təqribən min il əvvəl Şərq ölkələrində əhliləşdirilmişdir.



Suilanı
Suilanları-ilanlar dəstəsindən sürünənlər fəsiləsinə aiddir.Onların bədənlərinin uzunluğu 3,5 metrədək olur.Suilanlarının çənə,diş, qanadvari və damaq sümükləri üzərində çoxlu dişi var. Bəzilərinin dişi zəhərli olur. Suilanları Antarktidadan başqa bütün materiklərdə yayılmışdır. Suilanlarıının rəngi çox vaxt əlvan olur.
Azərbaycanda suilanlarının 18 növü məlumdur. Onlar yerdə,ağacda, suda-quruda və suda yaşayırlar.Bəzilərinin sancmağı ölümlə nəticələnir.
İri suilanları balıq, kərtənkələ, quş və onun yumurtaları ilə,xırda suilanları isə müxtəlif onurğasızlara, o cümlədən molyuskalar və soxulcanla qidalanırlar.


Qunduz
Qunduzlar- gəmiricilər dəstəsindən olan məməli heyvanlardır.Bədəninin uzunluğu 1 metrə, quyruğu 30 santimetrə, çəkisi 30 kiloqrama qədərdir. Onun arxa ətrafdakı barmaqları bir-birinə enli üzmə pərdəsi ilə birləşmişdir.Qunduzların tüksüz quyrularının üzəri qərni pulcuqlarla örtülmüşdür. Bu böyük gəmiricilər meşə çaylarının qarşısını kəsirlər.Onlar iti dişləri ilə cavan ağacların gövdəsini  gəmirib  onları yıxır və çaya tərəf daşıyırlar.Burada ağac gövdələrini çayın dibində qalaqlayıb gil və daşla bərkidirlər.Yaranmış göldə qunduz özünə ev tikir.suyun səviyyəsi qalxan zaman qunduzlar yeni mərtəbələr tikirlər.
Yuvaya giriş təhlükəsizliyə görə suyun altında qurulur. Yayda qunduzlar ağac qabığı , yarpaqlar və otla qidalanırlar.
Qış üçün isə , ağac ehtiyatı yığırlar.Qunduzların gördüyü işin nəticəsində qarşısı kəsilmiş çayların suyu müəyyən zaman meşənin əhəmiyyətli dərəcədə sahəsini basır.
Qunduzlar vəhşicəsinə ovlandığından Avropa və Asiyada onların ayrı-ayrı məskənləri qalmışdır.
Azərbaycanda Qazax bölgəsində ağ rəngli bataqlıq qunduzu yetişdirilir.





Çöl sişanı
Çöl siçanları- dağ sişanları fəsiləsindən olan gəmiricilərdir. Bədəninin uzunluğu10-12 santimetr, bəziləri isə 36 santimetrədək olur. Çöl siçanının quyruğu bədəninin yarısı boyda, bəzən də qısa olur. Bu sişanlar üst tərəfdən adətən boz, yaxud qonurumtul  rəngdə olur.
Onların azı dişləri köksüz, daim böyüyən,bəzən isə köklü olur.
Çöl siçanı materiklərin çoxunda olur.Onların çoxusu koloniyalarda yaşayır.Çöl siçanı il boyu fəaldır.
Bəzi çöl siçanları yem ehtiyatı toplayır.Bu siçanlar ilin bütün isti dövründə , bəziləri isə qışda da çoxalır.
Çöl siçanlarının dərsi xəz kimi istifadə olunur.



Mənbə : Heyvanlar aləmi-Azərbaycan

Daşlıqsiçanı
Daşlıq sincabı boyuna və görünüşünə görə yer sincablarına bənzəyir.Bədəninin uzunluğu 22-26 santimetrədək, quyruğunun uzunluğu isə 20-25santimetrədək olur.
O, əsasən,Azərbaycanın dağlıq və dağətəyi zonalarında yaşayır. Daşlıq sincabı səhərlər və axşamlar aktiv olur.Gündüzlər  vaxtının çox hissəsini daşların arasında qazılmış yuvada keçirir.
Daşlıq sincabı toxumlarla və meyvələrlə qidalanır. Yem qıtlığı olduqda və ya onların sayı çox artdıqda daşlıq sincabları kütləvi surətdə qonşu rayonlara köçürlər.

                                                                             


Zolaqlı kərtənkələ
Kərtənkələlər –pulcuqlar dəstəsinin sürünənlər yarımdəstəsinə aid olan heyvanlardır.Kərtənkələlər üstdən və yanlardan basıq, silindrik və ya ilan şəkillidir.Onların dərisi qərni pulcuqlarla örtülmüşdür. Kərtənkələlər dünyanın hər yerinə yayılmışdır.
Azərbaycanda kərtənkələlərin 27 növü məlumdur.Bunlardan biri də zolaqlı kərtənkələlərdir.Kərtənkələlər kol və ağaca dırmaşır,qumun içərisində,bəziləri isə ağaclarda yaşayır.Onlar həşərat və onların süfrəsi ,
hörümçəkkimilər,molyuskalar,qurdlar və s.ilə qidalanırlar.



Köpgər
Köpgər- boşbuynuzlular dəstəsindən olan gövşəyən məmli heyvandır.Başı kiçik, sifəti uzunsovdur. Onların buynuzları qarmaqşəkillidir.Süysüyünün hündürlüyü 65-70 santimetrədək,çəkisi 40 kiloqrama qədərdir.Onun tükü yayda qısa və kürən, qışda uzun,sıx,qara-qonur olur.
Köpgər Avropanın və Kiçik Asiyanın yüksək dağlarında, Qafqazda, o cümlədən Azərbaycanın İsmayıllı və Quba-Qusar massivlərində rast gəlmək olar.Köpgərlər yayda meşələrin yuxarı sərhədində və Alp çəmənliklərində, qışda isə yalnız meşələrdə yaşayırlar. Köpgərlər otyeyən heyvanlardır.Onların may ayında 1-2 balası olur. Köpgərlərin əti yeyilir, dərisi yaxalıq üçün istifadə olunur.



Süleysin
Süleysinlər gəmiricilər dəstəsinə aid olan məməli heyvandır.
Bədəninin uzunluğu 9 santimetrdən 20 santimetrə qədərdir.Süleysinin bədəninin üst tərəfi kürən-qonur və ya bozdur.Onların 6 cinsi məlumdur.Süleysinlər Avrasiyanın meşə çöllərində,Afrikanın meşə və savannalarında yayılmışdır.
Azərbaycanda süleysinlərin 2 növünə təsadüf olunur.Onların bir qismi ağacda budaq vəyarpaqlardan yuva tikir,digərləri isə koğuşlarda yaşayırlar.Süleysinlərmeyvə və toxumlarla qidalanırlar.Onlar qışda qış yuxusuna gedirlər.


Zolaqlı kaftar
Zolaqlı kaftarlar- goreşənlər- yırtıcı məməlilər fəsiləsinə aid olan heyvanlardır.Xarici görünüşünə görə itə oxşayan bu heyvanın bədəni qısa,ön tərəfi arxadan hündür,boynu yoğun,başı və dişləri iri, quyruğu qısadır.Onun rəngi boz və ya qonur olur və zolaqlıdır. Kaftarlar Afrikada,Ön,Orta və Cənub-Qərbi Asiyada yayılmışdır.
Azərbaycanda onlara Talış dağlarında, Göyçay və Ağdaş bölgələrinin dağlıq yerlərində təsadüf edilir. Kaftarlar gecə həyatı keçirir. Onlar,əsasən, leş yeyirlər. Kaftarların 2-5balası olur.


Sultan toyuğu
Sultan toyuğu durnakimilər dəstəsinin su fərələri fəsiləsinə aid quş növüdür.Bədəninin uzunluğu 45 santimetrədək olur. Bataqlıqda yaşadığı üçün barmaqları çox uzundur. Onun alnı lələksiz, dimdiyi və ayaqları qırmızı, lələkləri bənövşəyi rəngə çalan göyümtül-yaşıldır.
Sultan toyuqları Avropa,Afrika, Cənubi Asiya, Avstraliya, Yeni Zelandiyada yayılmışdır.
Azərbaycanda, əsasən,Qızılağac və Ağgöl dövlət qoruqlarında mühafizə edilir. Sulatan toyuqları qamış üzərində tikdiyi yuvaya 5-7 yumurta qoyur. Onlar bitki ilə qidalanırlar. Şaxtalı qısa dözümsüzdülər.


Dağ keçisi
Dağ keçiləri cütdırnaqlı məməli heyvanlardır. Dağ keçiləri ev keçisindən bir qədər iri olur.
Onun bədəni orta ölçüdə olub,ayaqları qısa və yoğun, quyruğu qısadır.Erkək keçilərin buynuzu uzun, müxtəlif formalı, dişilərinki isə çox qısa olur.Erkəklərin, bəzən də dişilərin uzun saqqalı olur.Dağ keçilərinin 10-dək növü məlumdur. Onlar tipik dağ heyvanlarıdır. Bu heyvanlar hündürlüyü 5,5 min metrədək olan əlçatmaz yüsəkliklərdə də yaşayırlar. Onlar ot, ağac və kol bitkiləri,bəzən şibyə də yeyirlər.
Dağ keçilərinin may-iyun aylarında 1-2 balası doğulur.Dağ keçiləri qiymətli ov heyvanlarıdır.Onların əti yeyilir, dərisi və buynuzu istifadə olunur.


Qara leylək
Leyləklər-çaydaqlar dəstəsindən olan quşdur.Azərbaycanda 2 növü –ağ və qara leyləklər yaşayır.
Ağ leyləyin dimdiyi və ayağı qırmızı,lələk örtüyü qara və ağdır.
Leyləklərin çəkisi 4 kiloqramadək olur.
Onlar ağac,qaya və damlarda düzəltiyi yuvaya 3-5 yumurta qoyur. Leyləklər qurbağa, kərtənkələ, siçan və həşəratlarla qidalanırlar.Onlar köçəri quşlardır.Qara leylək Qırmızı kitaba daxil edilmişdir.


Nəcib maral
Marallar cütdırnaqlılar dəstəsindən olan məməli heyvanlardır.Ayaqları hündür,quyruğu qısa,qulaqları uzun və hərəkətli olan yaraşıqlı heyvandır.Erkəkləri, adətən, hər il buynuzunu dəyişir. Maralların rəngi kürən və ya qonur olur.
Onlar Avropa, Asiya,Şimali Afrika və  Cənubi Amerikada yayılmışlar.
Nəcib maral və ya Qafqaz maralı Azərbaycanda da yaşayır.
Marallar yarpaq,zoğ, ağac qabığı ilə qidalanırlar.Marlların 1-2 balası olur.


Qafqaz tetrası
Qafqaz tetrası Böyük və Kiçik Qafqza, o cümlədən Azərbaycana xas olduğu üçün bu yerlərin endemik quşu hesab edilir.
Tetra- tetralar fəsiləsinə aid quş cinsidir.Erkəklərin sükan lələkləri uzun və əyilmiş olur.Onların uzunluğu 53-54 santimetr,çəkisi isə 1,2-1,8 kiloqrama qədər olur.Tetraların dişisi kiçik olur.Onların lələkləri tünddür.
Tetralar torpaqda qazdıqları yuvaya 4-14 yumurta qoyur.Onlarzoğ,giləmeyvə.çiçək və toxumla qidalanılar.
Qafqaz tetraları dağ meşələrində yaşayırlar.


Dovdaq
Dovdaqlar dovdaqkimilər dəstəsindən olan quşlar  fəsiləsindəndir.Onun boynu və ayaqları uzun , dimdiyi qısa, boyu isə iri və orta olur.
Büzdüm vəzisi olmadığı üçün lələklərini yağlaya bilmir və yağışlı havada islanır. Soyuqlar düşdükdə, tük örtüyü o qədər donur ki, uça bilmir və tamamilə köməksiz qalır.
Ən iri erkək dovdağın çəkisi 7,5-14 kiloqrama,dişisininki isə 3,8 kiloqrama qədər olur.
Azərbaycanda dovdaqların 3 növü –adi ,bəzdək və qəşəng növləri var. Dovdaqlar yaxşı qaçır, lakin  ağır uçurlar.Dovdaqlar oturaq quşlardır.Onlar Afrika, Avropa,Asiya və Avstraliyada yayılmışlar.Dovdaqlar torpağın dərinliyində  düzəltdiyi yuvaya 2 yumurta qoyur.Onlar bitkilərin yaşıl hissəsi, toxum,həmçinin həşaratlarla qidalanırlar. Dovdaqlar ov quşlarıdır. Əti çox yeməlidir.


Sincab
Adi sincabın xüsusiyyətləri demək olar ki, bütün sincab növləri üçün xarakterikdir. Bədəninin uzunluğu 20-32 santimetr, quyruğunun uzunluğu 19-31 santimetr, çəkisi isə 180-1000 qrama qədər olur.Sincabların rəngi yaşadığı rayon və mövsümdən . həmçinin yaşından  asılı olaraq dəyişir. Sincablar əsasən kürən, boz,qara rənglərdə olur.Onların alabəzək növləri də var.Azərbaycanın  Böyük Qafqaz meşələrində sincabların 1 növü yaşayır.
Sincablar iynəyarpaqlı ağacların toxumu , palıd qozası, qoz, giləmeyvə, bəzən cücü və quş yumurtaları ilə qidalanırlar.Onlar gündüz həyatı keçirirlər.Sincabların ildə 2 dəfə 5-10 balası olur.


Oxlu kirpi
Oxlu kirpi böyük gəmirici heyvandır.
Bədəninin uzunluğu 86 santimetr, quyruğu isə 30 santimetrə qədərdir.Dərisində 30 minə qədər iynə olur. Başındakı iynələr qısadır.Qarın hissəsində isə iynələr həddən artıq azdır.Oxlu kirpi ağaca yaxşı dırmaşır və üzür.Yerdə  isə çox asta-asta gəzir. Yayda otla və su bitkiləri ilə qidalanır.Payızda və qışda ağacların qabığını soyur və onun altındakı şirəli qatı yeyir.Yazda çiçəklər və cavan yarpaqlarla qidalanır.Ana oxlu kirpinin ildə balası olur.


Sünbülqıran
Sünbülqıranlar sincabların yaxın qohumudur.Onlar böyük koloniyalar şəklində yaşayır və yeraltı yuvalar qazırlar. Bu gəmiricilər yuvalarından uzağa getmir, bitki ilə qidalanırlar.Təhlükə hiss etdikdə bir-birini xəbərdar edərək fit çalır və yerin altında gizlənirlər.Sünbülqıranlar qış üçün taxıl ehtiyatı yığırlar.Bəzən bu ehtiyyat 6 kiloqrama çatır.Sünbülqıran belə fəaliyyəti ilə kənd təsərrüfatına ciddi ziyan vurur.Qışda soyuqdan və yayda istidən qorunmaq üçün sünbülqıranların bir çox növü ildə iki dəfə yuxuya gedir.


Mənbə: Heyvanlar aləmi-Azərbaycan III hissə.
SON


Комментариев нет:

Отправить комментарий