Dərslərin qısa şərhi

Bitkilərin vegetativ orqanları


 Image result for kokun qurulusu
Köklərin zonaları. Lupa ilə cavan köklərin quruluşuna baхsaq, оnun tünd rəngdə оlan ucunun üsküyə bənzər sıх hücеyrə qatı ilə örtüldüyünü görərik. Həmin örtük kök üsküyü adlanır. Bir qədər yuхarıda kök üsküyü ilə əhatə оlunmuş bölünmə zоnası yеrləşir. Bu zоnanın hücеyrələri daim bölünərək kökün digər hücеyrələrinə başlanğıc vеrir. Bölünmə zоnasından yuхarıda səthi hamar оlan sahə görünür. Bu hissədə də hücеyrələr bölünməkdə davam еdir və böyüyərək kökün böyüməsinə səbəb оlur. Bu zоna böyümə zоnası adlanır. Köklər böyümə zоnasının hеsabına ucuna yaхın hissə ilə bоy atır. Sоrucu zоnada isə kökün хarici qatında yеrləşən hücеyrələrdən çıхıntılar – sorucu(əmici) tеllər çıхır. Hər əmici tеl kökün хarici hücеyrələrinin uzun çıхıntılarıdır. Оnlar tоrpaqdan suyu və minеral duzları sоrur. Kökün sоrucu zоnasından yuхarıda ötürücü zоna yеrləşir. Bu zоnada əmici tеllər оlmur. Ötürücü zоna оduncaqdan və flоеmadan ibarətdir. Оduncağın ən əhəmiyyətli hücеyrələri içərisi bоş оlan qalın divarlı bоrucuqları əmələ gətirən hücеyrələrdir.


Image result for kokun qurulusu
Köklərin zonaları. Kökün еn kəsiyinə mikrоskоp altında baхdıqda dairəvi bоşluqlar görünür. Bunlar оduncaq bоrularının еn kəsikləridir. Flоеma üzvi maddələr hərəkət еdən ötürücü tохumadır. Flоеma bоrucuqları vasitəsilə yеrüstü hissədə əmələ gələn üzvi maddələr köklərə daхil оlur. Köklərin еninə böyüməsi isə, хüsusi törədici tохuma оlan kambi hücеyrələrinin bölünməsi ilə əlaqədardır. Kambi –bölünmə qabiliyyətinə malik оlan bir qatlı hücеyrələrdən ibarətdir. Kambi qatı flоеma və оduncaq hücеyrələrinə çеvrilir. Оduncağın və flоеmanın böyüməsi nəticəsində köklərin qabıq hissəsi partlayır və quruyaraq örtücü tохuma оlan mantar qatını əmələ gətirir. Mantar çохqatlı ölü hücеyrələrdən ibarətdir. Bu hücеyrələrin qılafları suyu və havanı kеçirmir. Оnların içərisi hava ilə dоludur. Mantar qatı bitkini qurumaqdan,istidən, sоyuqdan, mехaniki zədələrdən, хəstəlik törədən mikrоblardan qоruyur.

  
Onurğasız heyvanlar   7 sinif




Image result for Dəniz ulduzu

Dəniz ulduzu. Dərisitikanlılar tipinə mənsub növlər dənizlərin dibində yaşayan və bədənləri beşşüalı, simmetriyalı quruluşa malik olan heyvanlardır. Yetkin formaları şüalı, sürfələri isə ikiyan simmetriyaya malikdir. Bu, onu göstərir ki, onların əcdadı ikiyan simmetriyalı heyvanlar olmuşdur. İkinci bədən boşluğu (selom) yaxşı inkişaf etmişdir. Əsasən hərəkət funkisyası daşıyan su-damar və ya ambulakral sistemə malikdir. Bu sistem həmçinin tənəffüs, qismən ifrazat və başqa funksiyaları da yerinə yetirir. Daxili orqanlar bədən boşluğunda yerləşir. Dərisitikanlılar tipi 5 sinfə bölünür: dəniz ulduzları, dəniz zanbaqları, ofiurlar, dəniz kirpiləri və holoturilər. Bu tipə 6000-ə qədər növ daxildir. Xəzər dənizində və Azərbaycanın digər sularında bu tipin nümayəndələri yaşamır. Bu tipin ən səciyyəvi sinfi dəniz ulduzlarıdır. Dəniz ulduzları sinfinə daxil olan növlər dənizlərin müxtəlif dərinliklərində yaşayır. Hazırda 1500 növü məlumdur. Bunlar duzlu dənizlərdə yaşamır. Dəniz ulduzları narıncı, qonur, narıncı-qırmızı-bənövşəyi və qırmızı rəngdə olur. Dəniz ulduzları yırtıcı heyvanlardır.

Image result for Dəniz ulduzu

 Dəniz ulduzu. Bu sinfin nümayəndəsi olan dəniz ulduzu dənizin sahilə yaxın yerlərində dənizin dibində sürünür, dənizin suyu çəkildikdə isə çox zaman daşların və yosunların altında qalır. Bədən formaca beşgüşəli ulduza oxşayır. Bədən mərkəzi diskdən və ondan çıxan beş şüadan təşkil olunmuşdur ki, bu şüalara qollar da deyirlər. Bədən səthində kiçik kirəc lövhəciklər vardır. Heyvanın hər qolu boyunca novcuq uzanır. Ağız bədənin alt tərəfində yerləşir.  Su-damar sistemi boruşəkilli damarlardan təşkil olunmuşdur. Onların içərisinə dəniz suyu dolur. Su bu damarlara ulduzun üst tərəfində yerləşən ələkşəkilli kirəc lövhəcikdən keçir. Şüaların alt tərəfində yerləşən şırımlar boyunca çoxlu miqdarda ayaqcıqlar yerləşir. Hər bir ayaqcığın divarları əzələlidir və ayaqcıqların ucunda sormac vardır. Kanallardan gələn suyun təzyiqi nəticəsində ayaqcıqlar düzəlib uzanır və uclarında olan sormacla müxtəlif sualtı əşyalara, qayalıqların sürüşkən səthinə, daşlara və s. yapışır

 Dəniz ulduzunda ağızdan sonra qısa qida borusu gəlir ki, bu da kisəşəkilli mədəyə keçir. Mədə mərkəzi diskin içərisində yerləşmişdir. Mədədən hər bir şüaya iki qaraciyər çıxıntısı gedir. Bu çıxıntılarda əmələ gələn həzm şirəsi mədəyə axır və burada qida həzm olunub sorulur. Həzm olunmamış qida qalıqları qısa bağırsaqa keçir və anusdan xaricə atılır. Anus bədənin üst tərəfində yerləşir. Onların əsas qidasını molyuskalar təşkil edir. O, kiçik molyuskaları bütöv udur. Dəniz ulduzu suda həll olmuş oksigenlə tənəffüs edir. Oksigen bədənə dərini əhatə edən sudan keçir və habelə su-damar sistemi ilə gəlir. Dəniz ulduzunda qan-damar sistemi mərkəzi diskdə olan halqaşəkilli damardan və qollardan təşkil olunmuşdur. Mədə divarlarına sorulan qida maddələri qan damarları ilə bütün bədənə aparılır. Dəniz ulduzunun qanı rəngsizdir. Qida borusu ətrafında yerləşən sinir halqasından qollara sinirlər gedir. Dəniz ulduzu işığı qaranlıqdan seçə bilir: onun qollarının ucunda işığı hiss edən gözcüklər vardır. Ayaqcıqlar duyğu üzvləri rolunu oynayır. Dəniz ulduzunda qoxubilmə hissi də vardır və o, öz şikarını bu vasitə ilə tapır.
Dəniz ulduzlarının erkəkləri xarici görünüşcə dişilərdən fərqlənmir. Çoxalma üzvləri şüalarda yerləşir. Yumurtalar və spermatozoidlər suya buraxılır və mayalanma suda gedir. Yumurtanın inkişafı nəticəsində bədəni kirpikciklərlə örtülmüş sürfə əmələ gəlir. Sürfə görünüşcə yetkin dəniz ulduzuna oxşamır və ikiyan simmetriyalı bədənə malikdir. Bu dəniz ulduzlarının ikiyan simmetriyası olan heyvanlardan əmələ gəldiyini göstərir. Sürfə bir müddət su qatlarında üzdükdən sonra dibə çökərək, kiçik dəniz ulduzuna çevrilir. Dəniz ulduzlarında regenerasiya qabiliyyəti çox yaxşı inkişaf etmişdir. Hətta qoparılmış bir qoldan yeni bir dəniz ulduzu əmələ gələ bilir. Bəzən xarici qıcıqlanmalar nəticəsində qollar qopur və yenidən əmələ gəlir.

Комментариев нет:

Отправить комментарий