понедельник, 16 января 2017 г.

Çiçək qrupları( 6 siinif)


Malik Aranlı

  Bu gün imişli təhsili böyük itki ilə qarşılaşıb. Rayonumuz eləcədə Respublikamızda Riyaziyyatın və Məntiqin inkişafı üçün fədakarcasına çalışan Malik Aranlı dünyasın dəyişdi.

Bu cür müəllimin vəfatı cəmiyyət  üçün  böyük itkidi. Rayon təhsil şöbəsinin bir vaxtlar dərc etdiyi yazını sizə xatırlatmaq üçün təqdim edirəm.

Allah rəhmət etsin!!!

 

“Əməkdar müəllim”


Ulu öndər Heydər Əliyev deyirdi: “Müəllim yeganə şəxsiyyətdir ki,cəmiyyət özünün gələcəyini-uşaqların tərbiyəsini yalnız ona etibar edir”. Xalqımızın ümummilli liderinin bu sözləri müstəqil ölkəmizdə hər bir təhsil işçisinin həyat kredosuna, peşə məramına çevrilib. 25 ildir müstəqillik yolları ilə inamla addımlayan Azərbaycanda təhsilin inkişafına yönələn addımlar, görülən tədbirlər bu gün ölkəmizdə müəllim peşəsinin uğurlarını şərtləndirib, millətimizin gələcəyinin xoşbəxt sabahı təmin olunub. İndi haqqında danışacağımız əməkdar müəllim Malik Qəhrəmanlı (Malik Aranlı) da belə təhsil fədailərindəndir.

Bütün həyatını ölkəmizdə təhsilin, elmin inkişafına həsr edən Malik müəllim sadə həyat yolu keçib. O, 1956-cı ildə İmişli şəhərində anadan olub. 1973-cü ildə Aranlı kənd orta məktəbini, 1982-ci ildəAzərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini qiyabi yolla bitirib. Əmək fəliyyətinə 1973-cü ildə Aranlı kənd orta məktəbində başlayan Malik müəllim elə ilk vaxtlardan qabaqcıl təhsil işçisi kimi tanınıb, gənc müəllim tezliklə pedaqoji və şagird kollektivinin rəğbətini qazanıb. 1992-ci ildən Aranlı kənd N.Əsədov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışan Malik müəllimin Azərbaycan təhsilinin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, o, gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə 2007-ci ildə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib, 2008-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Malik müəllim nümunəvi pedaqoji fəaliyyəti ilə yanaşı, müxtəlif elmi və bədii yazıları ilə də tanınır. 1975-ci ildən başlayaraq mətbuatda bir sıra mövzularda mütəmadi olaraq çıxış edən Malik müəllim Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, “Məntiq və Riyaziyyat” jurnalının təsisçisi və baş redaktorudur. Gənc nəslin daha sanballı elmi tədris vəsaitləri ilə təmin olunmasında mühüm rol oynayıb. Belə ki, o, “Riyazi sofizmlər”. Diofant tənlikləri”, “Riyazi rebuslar”, “IX sinif Cəbrdən (yazılı) imtahana hazırlıq üçün çalışmalar”, “Məntiq (I-IV sinif)”, “Əyləncəli riyaziyyat”, “Riyaziyyat həvəskarının maraq dünyası”, “Riyaziyyatdan olimpiada məsələləri”, “Başsındıran məsələlər”, “Məntiqi təfəkkür-IQ testləri”, “Məntiq -IQ testləri”, “Məntiq və Riyaziyyat”, “XI sinif riyaziyyatdan buraxılış imtahanının test bankı”, “Riyaziyyatdan maraqlı və məntiqli çalışmalar”, “Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün Riyaziyyatdan tədris materialının tematik planı və yoxlama yazı işi nümunələri”, “IX sinif riyaziyyatdan buraxılış imtahanının test bankı”, “Riyaziyyatda “çətin” testlər”, “Riyaziyyat düsturları”, “Məntiqi təfəkkürü yoxlayan məsələlər və testlər. (I kitab)”, “TQDK-nın kitabı. Məntiq testləri”, “Riyaziyyat. 200 test”, “İbtidai sinif. 200 test”, “Məntiq İQ testləri və məsələləri”, “Kurikulum. Metodika və məntiq testləri”, “Riyaziyyatdan 1285 test” kitablarının müəllifi və həmmüəllifi olaraq ölkəmizdə təhsilin və elmin inkişafında, gənc nəslin riyaziyyatın sirlərinə yiyələnməsində danılmaz xidmətlər göstərib. Bu kitabların hər biri ali məktəblərə və magistraturaya hazırlaşan gənclər üçün açar rolunu oynayıb.

Onun nüfuzlu şəxslər haqqında yazdığı məqalələr, kitablar oxucular tərəfindən maraqla qarşılanıb. Məsələn, “Aranlı kəndinin şəhid və itkinləri”, “Azərbaycanın Milli Qəhrəmanı İmanverdi Əliyev”, “Hekayələr”, “Pedaqoji yazılar”, “Unudulmaz insan”, “Qürbət müəllim”, “Fərhad şəhidlik zirvəsində”, “Əlağa Mərdanlı-70”, “Mirələkbər Gövhərli-70” və “Aranlının söz çələngi” kitabları bu gün də sevilə-sevilə oxunur.

Xalqımızın ümummilli lideri Heydər Əliyev onu da deyib ki, təhsil hər bir millətin gələcəyidir. Bu gələcəyin təmin olunması isə qəhrəman müəllimlərimizin əlindədir. Bu sırada Malik müəllimin də böyük xidmətləri var. Onun gərgin zəhməti sayəsində yetişən insanlar bu gün müxtəlif sahələrdə çalışır, ölkəmizin inkişafına tövhələr verirlər. Onun yetişdirdiyi şagirdlər ölkəmizin sabahının qarantına çevrilib, bütün bunlar isə Malik Aranlının danılmaz xidmətləri sayəsində mümkün olub. 

Malik müəllimə elmi-pedaqoji, bədii, ictimai fəaliyyətində uğurlar və möhkəm can sağlığı arzulayırıq.

Mənbə 

 

 

Əməkdar müəllim, hamının sevimlisi Malik Aranlı vəfat edib


Aranlı kənd N.Əsədov adına 2 saylı tam orta məktəbin direktoru, əməkdar müəllim, hamının sevimlisi Malik İsmayıl oğlu Qəhrəmanlı (Malik Aranlı) vəfat edib.
O, 1956-cı ildə İmişli şəhərində anadan olub. 1973-cü ildə Aranlı kənd orta məktəbini, 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. Əmək fəliyyətinə 1973-cü ildə Aranlı kənd orta məktəbində başlayan Malik müəllim elə ilk vaxtlardan qabaqcıl təhsil işçisi kimi tanınıb. Gənc müəllim tezliklə pedaqoji və şagird kollektivinin rəğbət və hörmətini qazanıb. 1992-ci ildən Aranlı kənd N.Əsədov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışan Malik müəllimin Azərbaycan təhsilinin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, o, gənc nəslin təlim- tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə 2007-ci ildə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib, 2008-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. O, otuzdan çox pedaqoji, publisisitik və ədəbi kitabların müəllifidir.
Allah rəhmət eləsin.

1 / 2

Həvəskar Biologiya Dərsi



Əziz şagirdim Fatimə .Mən Sənin bu cür yaradıcı olmağını görərkən qürur duyuram. Rəfiqələrinlə məlumatları çox maraqlı hazırlamısınız. Baxmayaraq ki, həmin şagirdlər digər məktəb şagirdləridir. Hər kəsə təşəkkürümü bildirirəm.