Lüğət №1

Aqava - Aqavalar fəsiləsinə aiddir. 300-dən artıq növü yabanı halda Meksikada bitir. Ondan təbabətdə istifadə edilir.

Ali bitkilər  - Kökü və gövdəsi olan bitkilərə deyilir.

 Akasiya - Çoxnövlü (1300-ə qədər) olub, çiçəkli bitkilərə aiddir. Əsasən Avstraliya, Afrika və Meksikada bitir.

Assimilyasiya - (lat. assimilyasio – oxşadılma, bənzədilmə) maddələr mübadiləsinin bir tərəfi olub, orqanizmə daxil olan maddələrin istifadə olunması, orqanizmə lazım olan formaya,  onun tərkib hissəsinə çevrilməsi prosesidir.

Adaptasiya - Dəyişilmiş mühit şəraitinə təkamül nəticəsində oqranizmlərdə yaranmış uyğunlaşma.

Adventiv bitkilər  - Əvvəllər müəyyən bir yerin florasına xas olmayan gətirilmiş növlər.

Aeroponika - (yunanca aer-hava və ponos-iş) köklərini mütəmadi olaraq qida məhlulu ilə çiləməklə bitkilərin rütubətli şəraitdə torpaqsız becərilməsi. Bax: hidroponika.

Aerofit - 1. Hava ilə yaxşı təchiz olunmuş torpaqda bitən bitki; 2. Bütün canlı orqanları hava mühitində olan bitki.

Akvakultura - (latınca akva-su və kultus-yetişdirmək, emal etmək) – su mühitində faydalı orqanizmləri (yosunları, balıqları) becərmək və yaxud yetişdirmək.

Alloqamiya - (yunanca allos-başqa, digər və qamos-nigah) bir çiçəyin başqa bir bitki çiçəyinin tozcuğu ilə tozlanması (çarpaz tozlanma).

Alqologiya - (latınca alqo-yosun və loqos-elm, təlim) – yosunları tədqiq edən elm sahəsi,- botanikanın bir sahəsi.

Alloxorlar - (yunanca allos-başqa, digər və xoreo-gedirəm, yayılıram)-xarici amillərin: küləyin (anemoxoriya), suyun (hidroxo-riya), heyvanların (zooxoriya), insanın (antroxoriya) vasitəsilə yayılan bitki və göbələklər.

Anatomiya - (yunanca anatome-kəsmək, ayırmaq) Ayrı-ayrı orqanların, orqanlar sisteminin, bütöv bir orqanizmin forma və quruluşunu öyrənən elm sahəsi. Bir qayda olaraq anatomiya morfologiya elmi ilə bir kompleksdə birləşir.

Anafaza - Meyoz bölünmədə hüceyrə və nüvənin bölünməsinin üçüncü fazası.

Anaerob - (yunanca a, an-inkar bildirən sözönü və aer-hava) oksigensiz mühitdə yaşaya bilən orqanizm.

Anemofil - (yunanca anemos-külək və filos-dost, sevən)–küləklə tozlanan bitki. Anemofiliya-küləklə tozlanma.

Anteridi - Göbələklərdə, yosunlarda, mamırkimilərdə və qıjıkimilərdə cinsi çoxalma orqanı (erkək qametofit). “Anteridi” daxilində spermatogen hüceyrələr inkişaf edir ki, bunlardan da erkək qametlər-spermatozoidlər yaranır.


Antibiotik - (yunanca anti-əks və bios-həyat) mikroorqanizmləri məhv edən və ya onların inkişafını ləngidən bioloji mənşəli maddə.

Apobiosfer - (yunanca apo-sız, siz şəkilçiləri və biosfer) – heç bir canlıya təsadüf edilməyən atmosfer təbəqəsi (60-80 km-dən yuxarı).


Apoqamiya - (yunanca apo-sız, siz, dan, dən şəkilçiləri və qamos-nigah) – bəzi bitkilərin (qıjıların və bəzi ali bitkilərin) rüşeymlərinin inkişafı zamanı rüşeym kisəsi və ya ilk cücərti (protal) vasitəsilə çoxalması.

Areal - (latınca area-meydança, sahə) orqanizmlərin istənilən sistematik qrupunun (növ, cins, fəsilə və s.) yayılma sahəsi.

Arxeqoni - (yunanca arxe-başlanğıc və qone – doğulma, mənşə)-mamırlarda, qıjılarda, qatırquyruğunda, plaunlarda, bəzi çılpaqtoxumlu bitkilərdə, yosunlarda və göbələklərdə içərisində yumurta hüceyrəsi olan çoxalma orqanı.

Alabəzək bənövşə - Alabəzək bənövşənin çoxsaylı növləri bənövşələrin bir neçə növünün hibrididir. Kiçik, orta və hündür boyuna görə onların növlərini ayırırlar. Alabəzək bənövşəni günəşli və ya azacıq kölgəli yerlərdə becərmək məsləhətdir.

Astra - Birillik ot bitkisidir. 200-dən artıq növü məlumdur. Bu növlərin çox hissəsi Mərkəzi və Şimali Amerikada yayılmışdır. Bağça astrası Çindən gətirilmişdir. Onun 4000-dən artıq növü məlumdur.

Albalı - Gavalılar cinsinə mənsub olan bitkidir. Meyvəsi hamar səthlidir.

Alma ağacı - 35-ə qədər növü məlumdur. Dünyada yeyilən meyvələrin əsas hissəsini təşkil edir. Vətəni Şimal yarımkürəsidir. Ağacların hündürlüyü 2,5-15 m-ə qədərdir. Meyvələrinin ölçüsü ən kiçik ölçüdən 10 sm və bəzən daha böyük ölçüyə qədər ola bilər. Rəngi sarı, qırmızı və yaşıldır. Ən geniş yayılmışı həyətyanı sahədə becəriləndir.

Armud - Armud gülçiçəklilər fəsiləsinə mənsub olan ağac və kol növüdür. Armud çılpaq enişlərdə və dağ yamaclarında yaxşı bitir.

Ağcaqayın - Ağcaqayınkimilər fəsiləsinə aid ağac və kol bitkisi cinsidir. Avropa, Asiya və Şimali Amerikada geniş yayılmışdır. Ağacların əksəriyyətinin hündürlüyü 10-40 m-ə, kollar isə 5-10 m-ə qədər olur.

Ağcaqovaq - Söyüdlər fəsiləsinə aid enliyarpaqlı ağacdır. Hündürlüyü 35 m-ə qədərdir. Qovaqlar cinsində 7 növ məlumdur. 80-90 il, bəzən nadir hallarda 150 il ömür sürür.

Biologiya - (latınca bios-həyat və loqos-elm, təlim deməkdir) həyat, canlı təbiət haqqında elm deməkdir.

Bağayarpağı - Bağayarpağıkimilər fəsiləsinə aid olub çoxillik ot bitkisidir. Hündürlüyü 10-30 sm-ə qədər olur. Bağayarpağı çəmənlikdə, tarlada, yaşayış yerlərinin yaxınlığında, yol kənarında bitir. İysizdir. Dərman bitkisidir. İyun-iyul aylarında çiçəkləyir.







Balqabaq - Cinsin adı balqabaqkimilər fəsiləsinin adından götürülmüşdür. Birillik və ya çoxillik sərt kələ-kötür və ya tüklü ot bitkisidir. Meyvəsi böyükdür. 10-a qədər yabanı növü var. Asiya, Afrika və Amerikada bitir.

Botanika - (yunanca botane-ot, bitki, göyərti) – bitkilər aləmini öyrənən elm sahəsi. Bitkilərin xarici (morfologiya) və daxili quruluşunu (anatomiya), onların növ müxtəlifliyini (sistematika), həyat fəaliyyəti xüsusiyyətlərini (fiziologiya, biokimya), mühitlə qarşılıqlı əlaqəsini (ekologiya), bitkilərin fərdi inkişafını (embriologiya), bitki aləminin təkamülünü öyrənir. Öyrəndiyi obyektlərə görə botanika aşağıdakı bölmələrə ayrılır: alqologiya (yosunlar haqqında elm sa-həsi), lixonologiya (şibyələr),briologiya (mamırlar), dendrologiya (ağaclar) və s. Botanika elminin banisi qədim yunan təbiyyətçisi və filosofu Teofrast (eramızdan əvvəl 372-287 illər) olmuşdur.

Buynuz meyvələr  - Tayları meyvənin dibindən ucuna doğru açılan və toxumları taylara birləşən meyvələrə deyilir.

Bakterioliz - (yunanca bakterion-çöp və lizis-həllolma, pozulma)- bakteriya qılafının parçalanması və onun protoplazmasının xaricə çıxması.

Bakteriologiya - Mikrobiologiyanın bakteriyaları öyrənən bölməsi.

Bakteriostoz - (yunanca bakterion və staris-saxlamaq) müxtəlif amillərin təsiri ilə bakteriyaların böyümə və çoxalmasının müvəqqəti olaraq dayanması.

Bakteriofaq - (yunanca bakterion və faqos udmaq) – bakteriya hüceyrəsində çoxalan, onu parçalayan, həll edən bakteriya virusu. İxtisarla faq.

Bakterioxlorofil - (yunanca bakterion və xloros-yaşılımtıl və fillon-yarpaq) fotosintezedici yaşıl və parpur (qırmızı) bakteriyalarda olan piqment. Kimyəvi tərkibcə ali bitkilərdə olan xlorofilə oxşayır.

Bakteriosid - (yunanca bido-öldürürəm) – bir bakteriya növündən alınan və digər bakteriyanın həyat fəaliyyətini dayandıran antibak-terial maddə (zülal). Bakteriyaları öldürən qeyri-üzvi maddələrə isə (spirt, formalin və s.) antiseptiklər deyilir.



Bentos - (yunanca bentos-dərinlik) – bütün həyatını və həyatının çox hissəsini okean və kontinental su hövzələrinin dibindəki torpaq (süxur) içərisində və üzərində keçirən orqanizmlərin məcmuu. Bentoslara fitobentos və zoobentoslar aiddir.

Biogenez - (yunanca genez – doğulma, mənşə)   1) Yerin təkamülü nəticəsində cansızlardan canlıların əmələ gəlməsi; 2) Canlı orqanizmlər tərəfindən üzvi birləşmələrin əmələ gəlməsi.

Biogeosfera - (yunanca bios, qe-yer və sfera-kürə) planetin canlı maddəsinin əsas kütləsi toplanan yer kürəsinin qabığı (biosferin bir hissəsi).

Biokütlə - Vahid sahədə və yaxud həcmdə olan hər hansı bir orqanizmlərin kütlə (çəki) vahidi ilə ifadə olunan canlı maddəsinin miqdarı.

Biosfer - Hazırda yaşayan orqanizmlərin mövcud olduğu və fəaliyyət göstərdiyi sahə. Bu atmosferin aşağı hissəsini – azon ekranına qədər, 20-25 km hündürlüyü (aerobiosfer), bütün hidrosferi (hidro-biosfera), quru səthinin 2-3 km-ə qədər dərinliyini əhatə edir.

Biosenoz - (yunanca bios və kaynos-ümumi) – qurunun və suyun eyni sahəsində yaşayan mikroorqanizmlərin, bitki, göbələk və heyvanların qarşılıqlı əlaqədə olan cəmi. Biosenoza misal olaraq gölü, palıdlığı, çəmənliyi və s. göstərmək olar.

Bağ paxlası - Bağ paxlası birillik paxlalı bitkilər fəsiləsinə aiddir. Gövdəsi sadə- 1,5 m-ə qədərdir. Kökü 80-150 sm-ə qədər dərinliyə gedə bilir. Gülləri ağ və ya çəhrayı rəngdə olur.

Buğda - Birillik ot bitkisidir. Bir çox ölkələrin aparıcı təsərrüfatıdır. Buğda becərilməsi üzrə dünyada Çin və Hindistan liderlik edir.

Banan -  Nəhəng ot bitkisidir. Meyvəsi çoxtoxumlu giləmeyvə olub qalınqabıqdır. Bir ox üzərində     300-ə qədər meyvə olur. Ümumi çəkisi 50-60 kq-a qədərdir.

Çiyələk - Gülçiçəklilər fəsiləsinə aid  çoxillik ot bitkisidir. Avrasiya və Amerikada yayılmışdır. Çiyələyin giləmeyvələri lətli və ləzzətlidir. Çiyələk may ayının sonundan iyul ayının əvvəlinə qədər – giləmeyvə yetişənədək çiçəkləyir.



Çiçəkli bitkilər  - Ömründə bir dəfə də olsa çiçək açan bitkilərdir.

Çiçək - Şəklini dəyişmiş zoğdur. Tumurcuqdan əmələ gəlir.

Çiçək yatağı - Çiçək saplağının genişlənmiş hissəsidir.

Çiçək tacı  - Çiçəyin ləçəklərdən ibarət olan hissəsi.

Çiçək yanlığı  - Çiçəyin erkəkciklərini və dişiciklərini əhatə edən hissəsi – ləçək və kasa yarpaqları.

Çəyirdəkli meyvə  - Şirəli, birtoxumlu meyvəyə deyilir.

Çuğundur - Birillik, ikiillik və çoxillik ot bitkisidir. 13 növü məlumdur. İldə iki dəfə becərmək olar. Çuğunduru dirriklərdə və tarlalarda əkmək olar. Ondan şəkər alınması və həmçinin tərəvəz kimi istifadə olunur.

Çətənə - Çətənəkimilər fəsiləsinə aididir. Birillik ot bitkisidir. Adətən hündürlüyü 1,5 m-ə qədərdir. Çin çətənəsi 3-6 m-ə qədər olur. İyul-avqust aylarında çiçəkləyir.

Çovdar - Çovdarın gövdəsi dəstə şəklində bir neçə ədəd olur. Düz qamətli olmaqla hündürlüyü 2 m-ə qədərdir. Gövdənin ucunda sünbül olur.

Çobanyastığı - Mürəkkəbçiçəklilər fəsiləsinə aiddir. Hündür olmayıb birillik bitkidir. Avrasiyada, Amerikada, Cənubi Afrikada, Avstraliyada geniş yayılmışdır. 50-yə qədər növü məlumdur.

Canlı təbiət  - Dörd aləmdən: bitkilər, heyvanlar, göbələklər və bakteriyalardan ibarətdir.

Cökə - Cökə isti və yağışlı ölkələrdə bitir. Meyvəsi qozaoxşardır. 10-a qədər növü məlumdur.



Darı - Qırtıclar fəsiləsinə aid birillik ot bitkisi cinsidir. Asiya, Amerika, Afrika, Avropada darının 500-ə qədər növü məlumdur. Yabanı halda ondan yem kimi istifadə edilir. Adi darı birillik mədəni bitkidir, dənli bitkilər fəsiləsinə aiddir.

Dənmeyvə- Meyvə yanlığı toxumla bitişik olan və ayrılmayan meyvəyə dənmeyvə deyilir.

Dissimilyasiya - (latınca dis – ön şəkilçi olmaqla inkar mənasında işlədilir və assimilyasiya - oxşadılma) – üzvi maddələrin parçalanaraq daha sadə maddələrə çevrilməsi prosesidir. Bu zaman assimilyasiya zamanı maddələrin tərkibində toplanan enerji xaric olur və orqanizmin həyat fəaliyyətinə sərf olunur.

Dendrari - (yunanca dendron-ağac) – açıq sahədə ağac bitkiləri becərilən ərazi, ağac yetişdirilən tinglik, şitillikdir. Adətən botanika bağlarının tərkibində olur.







Dendrologiya - - Botanikanın ağac və kol bitkilərini öyrənən bir bölməsi.

Dirrik cəfərisi- Hündürlüyü 50-90 sm-ə qədər olan birillik və ya ikiillik ot bitkisidir. İyun-iyul aylarında gül açır. Toxumları efir və digər yağlarla zəngindir. Yarpaqlarında çoxlu C vitamini var.
Dəvədabanı- Astralar fəsiləsinə aid  çoxillik ot bitkisidir. Aprel və may aylarında çiçəkləyir. Nəfəs yollarının iltihabında ondan dərman kimi istifadə edilir.

Doqquzdon (yeməli) - Hündürlüyü 1,5 m-ə qədər olan sıxbudaqlı koldur. Yabanı halda Uzaq Şərqdə, Kamçatkada və Kuril adalarında bitir. Giləmeyvələri turşa-şirin dadlıdır.

Dəmrovotu- Xaşxaşkimilər fəsiləsinə aid  çoxillik ot bitkisidir. Təbii halda Avropada, Aralıq dənizi sahillərində və həmçinin Amerikada bitir. Hündürlüyü 50-100 sm-ə qədərdir. Çiçəkləri sarı rəngdədir.

Elektron mikroskopu - Obyekti milyon dəfəyə qədər böyüdə bilən cihaz.

Evkalipt - Mərsinlər fəsiləsinə aiddir. Hündürlüyü 90-155 m-ə qədərdir. Evkaliptlərin 150-yə qədər növü Avstraliya, Yeni Zelandiya, Tasmaniya və qonşu adalarda bitir.

Evkalipt - Vətəni Kanada və ABŞ-dır. Hal-hazırda dünyanın hər yerində bitir. Bir çox göllərdə və çaylarda bitir. Uzunluğu 35 sm-ə qədərdir. Yayda elodeya akvariumda yaxşı inkişaf edir.

Ərik - Ərik ağacı orta boyludur. Yarpaqları dəyirmi və ya yumurtayaoxşardır. Çiçəkləri ağ və ya çəhrayıdır. 20-dən artıq növü məlumdur. Ərik – sarımtıl-qırmızı meyvədir. Azərbaycanda, xüsusən Ordubad bölgəsində müxtəlif növləri daha geniş yayılmışdır.

Əzvay (Aloe)  - Zanbaqkimilər fəsiləsinə aiddir. Yarpaqları lətlidir, uzunluğu 30-40 sm-ə qədər olub əsas gövdəni əhatə edir. 5-6 ildən bir çiçəkləyir. Yabanı halda Cənubi Afrikada yayılmışdır. Otaq bitkisi kimi geniş yayılmışdır. Əzvaydan dərman bitkisi kimi istifadə edilir.

Ətirşah - Meyvə yanlığı odunlaşmış birtoxumlu meyvələrə deyilir.

Fındıqmeyvə- Adi fındıq ağacı hündürlüyü 2-5 m olan koldur. Mart-aprel aylarında yarpaqlar açılana qədər çiçəkləyir. Meyvəsi qonur-sarı rəngdə olan fındıqdır. Qafqazda daha çox yayılmışdır.

Filodendron - İsti ölkələrin bəzək bitkisidir. Çoxillik, həmişəyaşıl, dırmanan bitkidir. Təbii halda 200 m və bəzən daha artıq uzunluqda boy atır.


Fikus - Həmişəyaşıl bəzək bitkisidir. Hündürlüyü 40 m-ə, diametri 3-5 m-ə qədər olan ağacdır. Yarpaqları bütövdür, uzunluğu 60-70 sm-ə qədər olur. Bar verdikdən sonra bir çox növündə, məsələn, əncirdə təkrar meyvəvermə baş verir.

 Giləmeyvə- Üzəri nazik qabıqla örtülmüş, içərisində çoxlu miqdarda toxumları olan meyvələrə deyilir.

Gavalı- Çəyirdəkli meyvələrə aiddir. Onun bir neçə yüz növü məlumdur. Güllərinin rəngi ağ və ya çəhrayı rəngdə olur.


 Georgin- Mürəkkəbçiçəklilər fəsiləsinə aiddir. Vətəni Meksika, Qvatemaladır. Bir neçə min sortu məlumdur. Şaxtalar düşənədək çiçəkləyir


 Günəbaxan-nMürəkkəbçiçəklilər fəsiləsinə aididir. Ən geniş yayılmış növü yağlı günəbaxandır. Bu növ bütün dünyada becərilir və günəbaxan yağı almaq üçün istifadə edilir. Bu bitki birillik bitkidir, boyu 4-5 m-ə qədərdir. Gülləri sarı rəngdədir.

Gicitkən - Hündürlüyü 1,2 m-ə qədər olan çoxillik ot bitkisidir. İyun ayından başlayaraq çiçəkləməyə başlayır. Uralda, Qafqazda, Sibirdə və Orta Asiyada yayılmışdır. Nəmli və kölgəli yerlərdə bitir

 Göyrüş- Zeytunkimilər fəsiləsinə aiddir. Hündürlüyü 25-35 m-ə, diametri isə 1 m-ə qədər olur. Çiçəkləri tünd-qonur rəngdədir. Aprel-may aylarında çiçəkləyir.

 Hüceyrə- Çoxhüceyrəli orqanizmlərin ən kiçik quruluş, funksiya və genetik vahididir.

Hüceyrə nəzriyyəsi- İlk dəfə alman alimləri M.Şleyden (1938) və T.Şvan (1839) tərəfindən irəli sürülüb. Bu nəzəriyyəyə görə bütün bitki və heyvan orqanizmləri hüceyrələrdən ibarətdir. Müasir hüceyrə nəzəriyyəsinə görə hüceyrələrdən ibarət olan çoxhüceyrəli orqanizmlərin tamlığı, vahidliyi , hüceyrələrin bir-biri ilə qarşılıqlı əlaqəsi sayəsində yaranır.

Hamaş meyvə- Ayrı-ayrı çiçəklərdən əmələ gəlmiş bir neçə meyvənin birləşməsindən ibarət olan meyvələrə deyilir.

Hidroponika- (yunanca xidor – su və ponos-iş) mineral maddələr həll olunmuş su mühitində bitkilərin torpaqsız becərilməsi. Bitkinin kökləri qida əhəmiyyəti olmayan bərk substrat arasında (çınqıl və s.) inkişaf edir.
 Xloroplast- (yunanca xloros-yaşıl və plastos-yaranmış)–bitki hüceyrəsinin girdə, yumurtaşəkilli orqanoidi. Onun daxilində fotosintez prosesi gedir.
  Xromplast-  (yunanca xroma – rəng və plastos-yaranmış) – xloroplastlardan və leykoplastlardan əmələ gəlmiş, tərkibində rəngli piqmentlər olan plastid. Yetişmiş meyvələrin və payızda yarpaqların rənginin dəyişilməsinə səbəb olur.
 İbtidai bitkilər- Kökü, gövdəsi və yarpaqları olmayan bitkilərdir.
 İspanaqTərəçiçəklilər fəsiləsinə aid birillik ot bitkisidir. Hündürlüyü 25-50 sm-ə qədərdir.

İtxiyarı- Balqabaqkimilər fəsiləsinə aid  çoxillik ot bitkisidir. Meyvələrinin yetişmiş vəziyyətinə toxunduqda, onun deşiyindən təzyiqlə kənara maye və toxumlarını tullayır.

İnciçiçəyi- Zanbaqkimilər fəsiləsinə aiddir. Xoş ətirli çiçəkləri var. İnciçiçəyi bütün Avropa və Sibirdə, həmçinin Amerikada geniş yayılmışdır.
  Jasmin- Çiçəkləri ağ, sarı və ya qırmızımtıl olan kol bitkisidir. Jasmin dekorativ və bəzək bitkisi kimi istifadə edilir.
 Kaktuslar-  Yeni Dünya – yəni Cənubi və Şimali Amerika bitkisidir. Vest-hind, Afrika, Madaqaskar və Şri Lankada da bəzi növünə təsadüf olunur. Antarktidadan başqa dünyanın hər yerinə yayılmışlar. Kaktusların əksəriyyəti susuzluğa davamlıdır.

Kahı- Mürəkkəbçiçəklilər fəsiləsinə aiddir. Vətəni məlum deyil.

Kətan-Kətankimilər fəsiləsindən olan cinsdir. Bütöv yarpaqlı birillik və çoxillik ot bitkisidir. Toxumları yağlıdır. 100 artıq növü məlumdur. Ən əsas növ adi kətan və ya toxuculuq üçün istifadə edilən kətandır.



 Kök- Bitkini torpağa birləşdirən, suyu və mineral maddələri udan, bəzi üzvi maddələri sintez edən orqan. Bəzi bitkilərdə kök ehtiyat qida maddələrinin toplanmasına (meyvəköklər) və vegetativ çoxalmaya xidmət edir.

Kökümsov-Çoxillik bitkilərin yoğunlaşmış yeraltı zoğudur. Üzərində pulcuqşəkilli yarpaqlar və yaxud məhv olmuş yarpaqların qalığı, tumurcuqlar və əlavə köklər olur. Kökümsovlarda ehtiyat qida maddələri toplanır, vegetativ çoxalmada istifadə olunur.

Kələm-Kələm xaççiçəklilər fəsiləsinə mənsub olan bir və ikiillik ot bitkisidir. 100-dən artıq növü məlumdur. Dəqiq vətəni məlum deyil. Baş kələm daha geniş yayılmış növdür.

 Kokos palması- Palmalar fəsiləsinə aid yeganə növü kokos palmasıdır. Onun adı portuqal dilində olan «coco» – «meymun» sözündən götürülmüşdür. Hündürlüyü 27-30 m-ə, gövdənin diametri isə 30-45 sm-ə qədər olur.

Qarabaşşaq- Əkin qarabaşağı birillik ot bitkisidir. Gövdəsi dikdir. Hündürlüyü 10-60 sm-ə qədərdir.

Qarabaşaqdan hazırlanan əsas məhsul qarabaşaq yarmasıdır. Qarabaşaq ən yaxşı bal verən bitkilər sırasına aiddir.


Qarğagözü-  Zanbaqkimilər fəsiləsinə aididir. Xalq təbabətində istifadə olunur.

Qaragilə-  Mərsinkimilər fəsiləsinə aid  çoxillik kiçikboylu koldur. Hündürlüyü 15-30 sm-ə qədərdir. Meşələrdə və bataqlıqlarda bitir. Meyvəsi göyümtül-qara rəngdədir.

 Qarağat-Qiymətli giləmeyvədir. Ağ, qırmızı və qara qarağat geniş yayılmışdır. Hündürlüyü 1-2 m olan çoxillik kol bitkisidir.

Qılaf-Bitki hüceyrəsinin  sellüloza və pektin maddələrindən ibarət xarici qatı.

Qladiolus-Kökümsovlu bitkidir. Latın dilində qılınc mənasını bildirən «qladius» sözündən götürülüb, çiçəkləri rəngbərəngdir.

Quru meyvə-  Meyvə yanlığı quru olan meyvəyə deyilir

Qoruqlar-Təsərrüfat məqsədilə istifadə olunmayan, bitki və heyvanların onların yaşadıqları təbii şəraitdə saxlanılması üçün yaradılan ərazilər.

Qızılgül-Gülçiçəklilər fəsiləsinə aididir. 400-ə qədər müxtəlif növü məlumdur. Kol və ya lian formasında olan bitkidir. İlk qızılgül 5000 il əvvəl Asiyada becərilmişdir. Yabanı qızılgüllərin tarixi daha qədimə,  35 milyon il bundan əvvələ gedib çıxır.

Qızılağac-Tozağacı fəsiləsinə aiddir. Meyvəsi birtoxumludur.

Qovaq-Söyüdkimilər fəsiləsinə aiddir. Qovaq ağacının hündürlüyü 25-30 m-ə , diametri isə 1 m-ə qədər olur. Balzam qovağının vətəni Şimali Amerikadır.

Qara kəndalaş-Yarpaqları üz-üzədir, uzunluğu 32 sm-ə qədərdir. Çiçəkləri kiçik, iyli və sarımtıl ağ rəngdədir, diametri 5-8 mm-ə qədərdir. Meyvəsi şirəlidir, ağ-bənövşəyi rəngdədir. May ayında çiçəkləyir. Ona Qafqazda, Ukraynada, Belorusiyada və Rusiyada təsadüf edilir.


Qırtıc- Qırtıc birillik bitkidir.  Hündürlüyü 5-25 sm-ə qədərdir. İl boyu çiçəkləyir.


Qaytarma-300-ə qədər növü məlumdur. Əsasən şimal yarımkürəsində yayılmışdır. Birillik, ikiillik və çoxillik bitkidir. Çiçəkləri sarı, ağ, çəhrayı və alqırmızı rəngdə olur.

Lupa- Hər iki tərəfdən qabarıq olan böyüdücü  şüşə (linza). Böyütmə dərəcəsi 25-40.




Leykoplastlar- (yunanca leykos-ağ və plastos-yaranmış) – girdə formalı rəngsiz plastidlər. Epidermis hüceyrələrində, kök yumrularında, kökümsovlarda təsadüf olunur. Leykoplastlarda fotosintez zamanı əmələ gələn qlükozanı nişastaya çevirən fermerlər vardır. Leykoplastlarda bəzən yağlar da toplanır. İşığın təsirilə leykoplastlar asanlıqla xloroplastlara çevrilə bilir.

Lalə- Zanbaq  fəsiləsinə aiddir. Böyük qırmızı çiçəkləri olur. Bu cins 100-dən artıq növü birləşdirir. Qafqazda və Orta Asiyada onun 75 növünə təsadüf edilmişdir

Lobya-Lobya birillik paxlalı bitkidir. Onun 200-dən artıq növü yabanı halda Amerika və Asiyanın tropik və subtropik ölkələrində və Afrikada bitir. Lobyanın gövdəsi sarmaşandır.


Mikroskop-Gözlə görünməyən obyektləri öyrənmək üçün istifadə edilən böyüdücü cihaz.

Membran- (latınca membrana-dəricik) bitki hüceyrələrində qılafın altında yerləşən, sitoplazmanı əhatə edən yarımkeçirici örtük. Lipid və zülal molekullarından təşkil olunmuş üç qatdan ibarətdir.

Mədəni bitkilər-İnsanlar tərəfindən yaradılan və becərilən bitkilərə deyilir.





Meyvə-Çiçəkli bitkilərdə yumurta hüceyrəsinin mayalanmasından sonra yumurtalıqdan əmələ gəlmiş törəmə. Meyvə toxumların yaranmasına, mühafizəsinə və yayılmasına xidmət edir. Bəzi meyvələrdə toxum əmələ gəlmir.


Meyvəyanlğı-Yumurtalığın divarının böyüməsi və şəkildəyişməsindən əmələ gəlir.





Maddələr mübadiləsi-Canlı orqanizmlərdə fasiləsiz olaraq qida maddələrinin və enerjinin qəbul olunması, çevrilməsi, istifadə olunması, toplanması və xaric olunması prosesidir. Maddələr mübadiləsi fasiləsiz baş verən assimilyasiya və dissimilyasiya proseslərindən ibarətdir.

Meyvəköklər-Bitkinin (yerkökü, turp, cəfəri) yoğunlaşmış ətli kökləri.

Meşə gilası-Gülçiçəklilər fəsiləsinə aiddir, meşələrdə, kolluqlarda bitir. Bütün Rusiya ərazisində, Qərbi Avropada, Asiyada geniş yayılmışdır. Meyvəsi qara, çəyirdəklidir. Xalq təbabətində istifadə olunur.




Mərsin-  Mərsinlər fəsiləsinə aiddir. Çiçəkləri qırmızımtıl ağ rəngdədir. Boyu 8-15 sm-ə qədərdir. May və iyun aylarında çiçəkləyir.

Murdarça-Murdarçalar fəsiləsinə aiddir. 10 növü məlumdur. Hündürlüyü 3-3,5 m-ə qədər olan budaqlı kol və ya ağacdır. Şərqi Zaqafqaziyada, Azərbaycanda bitir. Meyvəsi kürəşəkillidir. May-iyun aylarında çiçəkləyir.

Moruq-Gülçiçəklilər fəsiləsinə aiddir. Moruq çoxillik köklər üzərində kol şəklində bitir. Bu köklər üzərində uzunluğu 1 m-ə qədər olan 2 illik yerüstü gövdələr bitir. Çiçəkləri ağ rəngdə olur. Meyvələri zoğlar üzərində olur. Moruğun giləmeyvələri lətli və dadlıdır.

Noxud-Birillik ot bitkisidir. Noxud zülal maddələri ilə zəngindir. Gövdəsi dırmaşandır. Yaşıl noxud istehsalına görə Hindistan və Çin dünyada 1-ci yerdədir. Quru noxud Kanadada, Fransada, Rusiyada və Çində istehsal edilir.

Nişasta-Mikroskop altında ağ dənəvər tozdur. Soyuq suda həll olmur. İsti suda şişərək kolloid məhlul əmələ gətirir. Nişasta fotosintez nəticəsində bitkilərin yarpaqlarında əmələ gəlir, kök yumrularında, köklərdə, dənlərdə ehtiyat kimi yığılır. Yodla qarışığı göy rəng verir.

Okulyar-(latınca okulus – göz deməkdir). Tubusun gözlə baxılan yuxarı hissəsi. Çərçivə və iki böyüdücü şüşədən ibarətdir.

 Obyektiv-(latınca obyektum-əşya deməkdir). Tubusun aşağı hissəsində yerləşir, bir neçə böyüdücü şüşədən ibarətdir.

Orqanoidlər-Müəyyən fuksiyaları yerinə yetirən hüceyrə strukturları. Orqanoidlərə mitoxondrilər, Holci kompleksi, endoplazmatik şəbəkə, sentrosomlar, lizosomlar, ribosomlar, plastidlər və s. aiddir.

Orqanizm-Sərbəst fəaliyyət göstərən canlı varlıqlara deyilir.

Orqan-Bitki orqanizminin hər hansı bir funksiyasını yerinə yetirən hissəsinə deyilir.

Orobanş- Parazit bitkidir. Zoğları 50 sm-ə qədərdir. Toxumları çox kiçikdir. 8-12 ilə qədər ömür sürür.

Oranjeriya-Bitki yetişdirmək üçün şüşəbənd, şüşə və plastikadan quraşdırılır.

Pambıq-Əməköməcilər fəsiləsinə aiddir. 39-40 növ ağac, kol və ot növü var. Birillik və çoxillik bitkidir. Meyvəsi yumru, bəzən oval şəklində olan qutucuqdur. Qutunun içərisində çiyid-toxumlar və pambıq lifləri olur.

Preparat- Mikroskopda baxılmaq üçün hazırlanmış əşya.


Paxla meyvələr-Meyvələri uc hissədən aşağıya doğru açılan və toxumları taylara birləşən meyvələrə deyilir.

Pomidor-Dünyada ən geniş yayılmış tərəvəz növlərindən biridir. Onun vətəni Peru və Ekvadorun dağlıq yerləri hesab edilir. Pomidor kol bitkisidir. Çiçəkləmədən sonra meyvələr əmələ gəlir. Pomidor insan orqanizmindən xolestrini çıxarır və iştahı artırır.

Petuniya-Gözəl sarmaşan bitkidir. Onun mədəni növü daha çox yayılmışdır. Gülləri ağ, çəhrayı, qırmızı, al qırmızı, bənövşəyi rəngdə olur. İyunun sonundan payıza qədər çiçəkləyir.

 Palıd- Onun  bir çox növü vardır. Çiçəkləri kiçikdir. Palıdın oduncağından dülgər işlərində istifadə edilir.

Pıtraq-Mürəkkəbçiçəklilər fəsiləsinə aid ikiillik ot bitkisidir. 0,6-1,8 m-ə qədər boy atır. İyul-avqust aylarında çiçəkləyir. Müxtəlif yerlərdə bitir. Kökündən dərman bitkisi kimi istifadə olunur.

Peyğəbə çiçəyi-ürəkkəbçiçəklilər fəsiləsinə aiddir. Hər yerdə təsadüf olunur. Çiçəkləri göy rəngdədir.





Primula-Yer kürəsinin mülayim zonalarında yayılmışdır. 500-dən artıq yabanı növü məlumdur. Çiçəkləri sadədir, müxtəlif rənglidir.


Reproduktiv orqanlar-içək, meyvə və toxumlar bitkinin çoxalma, yəni reproduktiv orqanlarıdır. (latınca reproduksio- yenidən yaranma, çoxalma deməkdir).

Sarımsaq- Zanbaq   fəsiləsinə mənsub olan bitkidir. Yarpaqları yastıdır. Soğanaqları mürəkkəb olub bir neçə dişdən ibarətdir. Yabanı halda ona hər yerdə rast gəlmək olar.

 Sitoplazma-Hüceyrə plazması. Hüceyrənin möhtəviyyatını (əsas hissəsini) təşkil edən rəngsiz, yarımmaye, qatı kolloid bir sistemdir. Daxilində orqanoidlər yerləşir.

Sirkən-Qollu-budaqlı sirkən birillik bitkidir. Gövdəsinin hündürlüyü 15-80 sm-ə qədərdir. Qafqazda, Qərbi və Şərqi Sibirdə, Uzaq Şərqdə, Arktikada və Orta Asiyada bitir. Toxumlarından dərman kimi istifadə olunur.


Soğan-Zanbaq fəsiləsinə aid ikiillik və çoxillik ot bitkisidir. Bəzən ayrıca soğanlar ailəsinədə aid edilir. Xarakterik qoxulu yeraltı soğanaqlar və yerüstü zoğlar əmələ gətirir. 1,2 m-ə qədər boy atır. Soğanaqlar və toxumlarla çoxalır.

Seyşel yelpik palması-Dünyada ən böyük kokos qozu olan palmadır. Çəkisi 25 kq-a qədərdir. Bu palmalar adətən 400 il yaşayır. Ən qədim seyşel palmasının 800 yaşı var.

Səhləb-Çoxillik ot bitkisidir. Vətəni tropik ölkələrdir. Səhləb güllərinin gözəlliyi müxtəlifliyinə görə deyil,  həm də qışda gül açmaqlarına görə qiymətlidir. Meyvəsi qutucuqdur.

Suzanbağı-Saplaqlarının uzunluğu suyun dərinliyindən asılı olaraq dəyişir, bəzi hallarda      4-5 m-ə çatır. Güllər  yarpağın klassik metomorfoz nümunəsidir. Axşamlar güllər bağlanır və suya batır. Köklərindən təbabətdə istifadə olunur.

Sarmaşıq--Çoxillik ot bitkisidir. Gövdəsi nazik sarmaşandır. Uzunluğu 100 sm-ə qədər olur. İyun ayının əvvəlindən sentyabr ayına qədər çiçəkləyir. Çəmənliklərdə təsadüf edilir.


Şirəli meyvə-eyvə yanlığı şirəli olan meyvələrə deyilir.




Şəbbü-Birillik və ya ikiillik ot bitkisidir. Kiçiklərin boyu 25-20 sm, orta 30-45 sm və böyüklər 60-70 sm-dir.


Şah çiçəyi-Şahçiçəklilər fəsiləsinə aid zəhərli bitkidir. Ona bataqlıqda, qumluqda, dağlarda və demək olar hər yerdə təsadüf edilir. Ona toxunduqda həşəratları tutmaq üçün maye ifraz edir.

 Tubus-İşıq mikroskopunun böyüdücü şüşələri olan baxış borusu.


Toxumcuq-Dəriciyi toxumla birləşməyən meyvələrə deyilir.

Toxuma-Quruluşu, ölçüləri oxşar olan və eyni funksiyanı yerinə yetirən hüceyrələr qrupuna toxuma deyilir.
 Turp-  İkiillik ot bitkisidir. Birinci il dirrikdə toxumdan liraşəkilli yarpaqlar və meyvəkök əmələ gəlir. Tərəvəz kimi istifadə edilir.


Turşəng-Qarabaşaqkimilər fəsiləsinə aid birillik və çoxillik ot, yarımkol bitkisidir. Avrasiya, Afrika, Şimali və Cənubi Amerikada 150-200 növü məlumdur. Turşəng adi tərəvəz bitkisidir. Onun yarpaqlarında turşu və dəmir var.


Tozağacı-Tozağacılar fəsiləsinə aid ağac bitkisidir. Çiçəkləri birevlidir, sırğa şəklindədir.

 Üç rəng bənövşə-Yabanı bitən üçrəng bənövşə alabəzək bənövşənin əcdadıdır. Bu gül bir və ya ikiillik bitkidir. Hündürlüyü 10-35 sm-ə qədərdir. Aprel ayının axırından payıza qədər gül açır. Çəmənliklər, tarlalar, bostanlarda yayılmışdır.

Üzüm-Üzümkimilər fəsiləsinə aiddir. Meyvələri şirindir. Üzüm tənəklərində bitir. Üzüm şirəsində də çoxlu miqdarda qlükoza və fruktoza var. Üzümün çoxlu sayda növləri, o cümlədən tumsuz kişmiş növü də məlumdur.
 Üvəz-quşarmudu--Gülçiçəklilər fəsiləsinə aiddir. Hündürlüyü 15 m-ə çatır. Yarpaqları iridir. Meyvəsi kürəşəkilli və ya oval formasındadır. Giləmeyvələr açıq qırmızı, kiçik tumludur. Dağlıq yerlərdə kol şəklindədir. Oduncağından digər işlərdə istifadə edilir.


Üçbarmaq pişikdili- Mürəkkəbçiçəklilər fəsiləsinə aid birillik ot bitkisidir. Hündürlüyü 30-100 sm-ə qədər, gülləri sarı rəngdə olan bitkidir. İyul ayından sentyabr ayına qədər çiçəkləyir.

 Vakuol-(latınca vakuus - boş deməkdir). Hüceyrə sitoplazmasında hüceyrə şirəsi ilə dolu olan boşluq. Həzm, ifrazat funksiyasını yerinə yetirir, osmotik təzyiqi tənzimləyir.

Vktoriya-Çoxillik su bitkisidir. Diametri       2 m-ə qədərdir. Suda 50 kq-a qədər yük götürür. Viktoriyanın güllərinin diametri 25-40 sm-dir. Viktoriyanın 2 növü Cənubi Amerikada bitir.

Yarpaq mozaikası-Yarpaqların bir müstəvi üzərində, adətən işığın şüalarına perpendikulyar istiqamətdə yerləşməsidir.

Yabanı bitkilər-İnsanın iştirakı olmadan çoxalan və yayılan bitkilərdir.

Yasəmən-Kol bitkisidir. Buraya Cənubi-Şərqi Avropada, Asiyada, əsasən Çində yayılmış 10 növ aiddir. Gülləri ağ və ya çəhrayı rəngdədir. Bütün növlər gözəl çiçəklərə malikdir. Yasəmən bağlarda, bağçalarda, parklarda əkilir.

Yerkökü-Kök bitkilərin çətirlilər fəsiləsinə aid ikiillik bitkidir. Geniş yayılmışdır. Həmçinin Aralıq dənizi hövzəsi ölkələrində Afrikada, Avstraliyada, Yeni Zelandiyada və Amerikada 60-dan artıq növü yayılmışdır. Meyvə kök lətlidir, 30-300 qr-a qədər çəkisi olur.

Yonca - Birillik və çoxillik ot bitkisidir. Yem kimi istifadə olunur. Xarakterik xüsusiyyəti odur ki, yeganə olaraq eşşəkarısı tərəfindən tozlanır.

Zoğ- tumurcuq başlanğııcıdır.

Zəncirotu-Zəncirotu və ya acıqovuq (. Taraxacum) - mürəkkəbçiçəkllər fəsiləsindən çoxillik bitki cinsi. Yoğunlaşmış kökləri tipik şaqulidir. Kökətrafı yarpaqları rozet şəkillidir. İçiboş yarpaqsız gövdələrinin ucunda bir çiçək qrupu (səbətcik) əmələ gəlir. Çiçəyi qızılı-sarı, ikicinsiyyətli, meyvəsi toxumçadır. Köklərində süd şirəsi, yarpaq və çiçəklərində S, B2 vitaminləri, karotin var. Antarktidadan başqa bütün qitələrdə təsadüf edilir. Azərbaycanda 13 növü bitir. Bəzi növlərinin kökündə kauçuk var.













Комментариев нет:

Отправить комментарий