Salam əziz 8 b şagirdlərim. Artıq dərslərimiz başlayıb. Bizim birinci mövzu"Hüceyrədən orqanizmə" adlanır. Bu müvzu çox asan mənimsəlinən mövzu sayılır. Artıq sizə aşaöğı siniflərdən məlumdur ki, canlı orqanizmlərdə inkişaf sadədən mürəkkəbə doğru gedir. Mövzuda "Orqanlar sistemi" haqda məlumat var. Bunu xatırlatmaq üçün bloqdaki oyundan istifadə etmək olar. "Orqanlar sistemi"
Eyni mənşəyə və vahid quruluşa mənsub olan və ümumi funksiya daşıyan anatomik cəhətdən bir-birilə əlaqəli olan orqanlar qrupu orqanlar sistemi adlanır. İnsan bədənində müxtəlif mənşəyə və quruluşa malik olan , lakin eyni funksiya daşıyan orqanlar sistemi orqanlar aparatı əmələ gətirir .Orqanizmdə faydalı nəticələr əldə etmək üçün orqanlar sistemi birlikdə fəaliyyət göstərir ki, belə müvəqqəti birləşmə funksional sistem adlanır. Bu hadisəni rus alimi P.K.Anoxin özünün funksional sistem nəzəriyyəsində vermişdir.

Комментариев нет:
Отправить комментарий