Biologiya (Bios – canlı, logos – elm) canlı təbiət haqqında kompleks elmdir. Hal-hazırda Yer üzərində mövcud olan və məhv olmuş külli miqdarda növmüxtəlifliyi, onların quruluşu və funksiyası, mənşəyi, çoxalması və inkişafı, canlı və cansız təbiətlə əlaqəsini öyrənir. Biologiya həyata xas olan ümumi və xüsusi qanunauyğunluqları müəyyən edir. Biologiyanın çoxlu bölmələrinin olmasına baxmayaraq, qanunauyğunluqlar, əsasən, ümumi biologiya tərəfindən tədqiq edilir. Ümumi Biologiya özündə, əsasən, Yer üzərində həyatın əmələ gəlməsi haqqında nəzəriyyəni, Hüceyrə haqqında nəzəriyyəni (Sitologiyanı), molekulyar biologiyanı, insan haqqında nəzəriyyəni, ekologiyanı, genetikanı, biosfer haqqında nəzəriyyəni, təkamül nəzəriyyəsini (Darvinizmi), orqanizmin individual inkişafını öyrənir.
Biologiya terminini elmə ilk dəfə 1802-ci ildə bir-birindən asılı olmadan J.B.Lamark və Q.R.Treviranus daxil etmişlər.
Biologiya aşağıdakı sahələrə bölünür:
Комментариев нет:
Отправить комментарий