среда, 21 сентября 2016 г.

Dərs1. Canlıların əsas həyat xassələri.Cədvəl (9 sinif)

Xüsusiyyət                                                         Xüsusiyyətlərin üzə çıxması


Kimyəvi tərkib  -     Canlı orqanizmlər  də cansız təbiətin obyektlərinin əmələ gətirən kimyəvi elementlərdən təşkil  olunmuşdur.Lakin canlı və cnsızlarda elemntlərin  nisbəti eyni deyil.Canlı orqanizmlərin kimyəvi   tərkibinin 98% dörd elementin -karbon , oksigen. azot, və hidrogenin payına düşür.
Maddələr və enerji çevrilməsi  -     Qidalanma , qazlar mübadiləsi , ifrazat prosesləri .  Assimilyasiya -üzvi maddələrin  sintezi + dissimilyasiya- üzvi maddələrin   parçalanması . Dissimilyasiya nəticəsində üzvi  maddələrin parçalanması . Dissimilyasiya nəticəsində   ayrılan enerjinin müəyyən hissəsi assimilyasiya   proseslərinə sərf olunur.

Çoxalma-    Valideynin özünə oxşar nəsil törətməsi irsiyyət  sayəsində mümkün olur. Lakin orqanizm daim mühitin   təsirinə məruz qaldığı üçün bu oxşarlıq tam olmur, yəni dəyişkənlik yaranır.

Böyümə və inkişaf -- Orqanizmin kütlə və ölşülərinin artmasıdır.İnkişafa müşayiət olunan böyümə sayəsində orqanizmdəyeni    keyfiyyət dəyişkənliyi yaranır
Tarixi -inkişaf-    Canlı aləmin sadədən mürəkkəbə doğru inkişaf tarixi-təkamül      

Hərəkət  -  Fəzada yerdəyişmə qabilliyyəti . Aktiv  və ya passiv  hərəkətlər
Qıcıqlanma  -   Xarici mühtin təsirinə qarşı orqanizmlərin cavabvermə   qabiliyyəti
Yaşayış -  Həyat tərzi ilə əlaqədar canlı sistem müəyyən mühit  şəraitində fəaliyyət göstərməyə uyğunlaşır.

Комментариев нет:

Отправить комментарий