воскресенье, 6 декабря 2015 г.

Nə üçün dərslərimizdə online resurslardan istifadə etməliyik?

Nə üçün dərslərimizdə online resurslardan istifadə etməliyik?

Texnologiya artıq həyatımızın bir hissəsinə çevrilib vədownload bizimlə yanaşı artıq şagirdlərimizin və övladlarımızın da həyatlarının bir hissəsinə çevrilir. Şagirdlərimizin və övladlarımızın texnologiyaya, internetə çox böyük marağı var Bəs nə üçün onların bu marağından təhsililərində istifadə etməyək? Bu gün ki yazımda mən sizinlə online öyrənmə resursları haqqında danışmaq istəyirəm. Online resurs dedikdə nə nəzərdə tutulur? Fikrimcə bu anlayışa dəqiq tərif vermək çətindir. Online öyrənmə resurslar dedikdə şagirdlərin daxil olub müəyyən öyrədici matrealları, videoları əldə etdikləri, müəyyən tapşrıqları yerinə yetirdikləri internet səhifələri kimi qəbul etmək olar. Bəs nə üçün bu resurslardan istifadə vacibdir? Müasir təhsil tələb edir ki, tədris prosesi sinifdə yekunlaşmasın. Biz şagirdlərin istənilən yerdən və istənilən zaman öyrənə bilmələrini təmin etməliyik. İstər evdən, istər məktəbdən, istər dərs zamanı və ya dərsdən sonra. Online resurslardan istifadə zamanı şagird, evdən və yaxud məktəbdən bu resurslara daxil olub müəyyən tapşırıqları həll edir, dərsləri izləyir. Online resurslarını digər bir üstünlüyü isə oyunlaşdırma üsullarına üstünlük vermələri və güclü motivasiya vasitələri olmalarıdır. Şagirdlərin görəcəyi iş, həll edəcəyi tapşırıqlar onlara oyun halında, izləyəcəyi və dinləyəcəyi dərs isə animasiya, maraqlı videolar- onlar üçün daha cəlbedici formalarda təqdim olunur. Bu resurslardan istifadə etməklə dərsə qarşı marağı az olan şagirdlərin belə diqqətini dərsə cəlb eləmək mümkündür. Başqa bir məsələ isə şagird yaradıcılığı ilə bağlıdır. Online resurslardan düzgün istifadə, şagirdin yaradıcılıq qabiliyyətin artmasına kömək edir. Online resurslardan istifadə etməklə şagird öz yaradıcılığını müxtəlif formalarda əks etdirə bilir. Siz bu resurslardan istifadə eməklə müxtəlif tipli öyrənmə üsullarına malik şagirdlərin fəaliyyətini dəstəkləyirsiniz. Onlar özlərinə uyğun öyrənmə üsulundan istifadə etməklə daha yaxşı öyrənirlər.
Online resurlardan istifadə həmçinin şagirdin uğurlarının və nəticələrinin izlənilməsi üçün, onun güclü və zəif olduğu nöqtələri aşkarlamaq üçün gözəl vasitədir. Siz daima şagirdinizin nəticələrini izləyə bilər , güclü və zəif olduğu məqamları öyrənərək, şagirdinizə fərdi yanaşma imkanı qazana bilərsiniz. Online resurlardan istifadə etmək şagirdin bu prosesdə yalnız buraxılması kimi başa düşülməməlidir. Şagird daima müəllim və valdeyn nəzarətində olmalı, dəstəklənməlidir. İlk növbədə müəllim şagirdin bacarıqalarına,maraqlarına uyğun resurslardan istifadə etməlidir. Valideyn isə şagirdə evdə bu resurslardan istifadəyə köməklik göstərməli, şagirdə evdə nəzarət etməlidir. Bu prosesdə valideyn və müəllim əməkdaşlığı mühüm rol oynayır.
Ölkəmizdə bu resurslardan istifadə zamanı yaranan problemlərdən biri dil problemidir. Çünki belə resurslar əksər hallarda rus, ingilis və ya digər dillərdə olur. Lakin digər tərəfdən şagirdin başqa dildə bu resurslardan istifadə etməsi onun xarici dil biliklərinin inkişafına da öz köməyini göstərəcəkdir.

Комментариев нет:

Отправить комментарий