среда, 5 октября 2016 г.

Beynəlxalq müəllimlər günü


Əziz müəllimlər Bu təntəli gündə sizləri salamlayıram.Sizlərə can sağlığı arzu edirəm. Bütün təhsil işçilərinə  işlərində uğurlar diləyirəm.
Ölkə başçısının Təhsilin İnkişafı üzrə  Dövlət strateqiyasında təhsilə verdiyi yüksək dəyər və qiymət hər müəllimi yenilik etməyə həvəsləndirir. Bildirmək istəyirəm ki, mən pedaqoji fəaliyyətimlə yeni-yeni qazandığım uğurların təməlində müəllimlik peşəsinə dərin məhəbbət eyni zamanda dövrün tələbləri səviyyəsində işləyə bilmək bacarığı dayanıb.



Bildiyimiz kimi təhsil cəmiyyəti, cəmiyyət də təhsili inkişaf etdirir.
Mənim bir müəllim kimi, iş fəaliyyətimdə yeniliklər etməklə  İmişli təhsilinin inkişafında daha da yeni metodlarla şagirdləri dərsə cəlb olunmasını təmin etməkdir
Artıq  bu ildən bloq vasitəsilə bütün kurikulum siniflər üzrə hazırladığım distant dərslər onlarda biologiya sahəsinə daha çox həvəs yaradır və hər gün hər bir şagirdin mənimlə mövzularla bağlı əlaqə saxlamağı valideyinlər tərəfindən də müsbət qarşılanır.  Bu mənim yeni layihəmdir. Düşünürəm ki, ilin sonuna kimi artıq bütün mövzular üzrə dərslərin online rejimində Respublikanın bütün təhsil şəhər və kəndlərində izlənməsinə nail olacam. Mənim üçün çox xoşdur və sevindirici ki, nailiyyətlərim : İlin ən yaxı müəlim müsabiqəsinin qalibi olmaq (2015), "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmağım, UNESCOnun  Globallab layihəsində beynəlxalq təcrübə mübadiləsində yaxından iştirak edərək əldə etdiyim uğurların Azərbaycan Respublikasının Prezidenti tərəffindən yüksək qiymətləndirilərək 4 oktyabr 2016 cı il tarixli sərancamı ilə "Tərəqqi" medalına layiq görülmüşəm. Bu yüksək dəyərə görə ölkə başçısına dərin təşəkkürümü bildirirəm ki, Bu cür yüksək dəyər mənim üçün Rayonumuzun bir pedaqoqu kimi daha da yeniliklər etməyə həvəsləndirir.

Bir daha  bütün təhsil işçilərini təbrik edirəm .

Комментариев нет:

Отправить комментарий