среда, 19 октября 2016 г.

Hüceyrənin öyrənilməsi . Hüceyrə Nəzəriyyəsi

Sitologiya ( yun." sitos"-hüceyrə , "loqos"-elm ) hüceyrə haqqında elmdir. Əksər canlılar hüceyrələrdən təşkil olunmuşlar. Hüceyrə canlı orqanizlərin quruluş , inkişaf və funksional vahididir.

 Orqanizmlər  

eukariot (hüceyrələrində formalaşmış nüvələri olan orqanizmlər)

prokariot ( formalaşmamış nüvəsi olmayan  birhüceyrəli orqanizmlər)

Yadda saxlayın

1.İşıq mikroskopu . Hüceyrənin formaları və strukturu öyrənilir: nüvə, mitoxondrilər, xloroplastlar, Holci kompleksi.

2. Elektron mikroskopu. XX əsrin 30-cu illərində kəşf edilmişdir. Müasir mikroskoplar  1000 000 qədər böyüdə bilir. Hüceyrə orqanoidlərinin quruluşunu daha dəqiqliklə öyrənməyə imkan verir.

3. Differensial Sentrifuqa Metodu. Orqanoilərin müxtəlif sıxlıqda olmasına əsaslanır, sentrifuqanın çox yüksək sürətlə fırlanması zamanı oranoidlər sıxlığına görə məhlulda laylarla yeləşirlər.

4. Fluoresent Mikroskopiya . Canlı hüceyrələri ultrabənövşəyi işıqda müşahidə edirlər. Bu zaman bəzi komponentlər o dəqiqə , digərləri isə yalnız xüsusi rəngləyici maddələr əlavə olunduqdan sonra işıqlanmağa başlayır. Bu üsul nuklein turşularıının , vitaminlərin, yağların olduğu yerləri görməyə imkan verir. 5. Hüceyrə və Toxuma Kulturası metodu. Hüceyrənin böyüməsini və bölünməsini, müxtəlif maddələrin hüceyrəyə təsirini müşahidə etməyə, hüceyrə hibridlərinin alınmasına imkan verir.

Əziz uşaqlar indi isə yoxlayaq siz necə yadda saxladınız



 Bu mövzuya uyğun tədqiqat sualımız 

Alimlər tərəfindən hüceyrənin öyrənilməsi necə aparılırdı?

Canlı orqanizm hüceyrələrinin quruluşu, kimyəvi tərkibi və funksiyaları haqqında biliklər nəyə lazımdır?



Hüceyrə nəzəriyyəsinə aid tapşırıq(3)




Комментариев нет:

Отправить комментарий