понедельник, 17 октября 2016 г.

Mənim " Tərəqqi" medalı ilə təltif olunmağım

Təbii ki, hər bir kəsin çalışdığı işdə yaşından asılı olmayaraq irəli doğru addımlamaq iddiası var. Mən müəllimlimik peşəsini o qədər çox sevirəm ki, şagirdlərlə çalışarkən sanki hər gün yenilik kəşf edirəm. Çox sevinirəm ki mənim uğurum Rayon Təhsil Şöbəsi tərəfindən də diqqətsiz qalmayıb. Sizlərə bu yazını təqdim edirəm.


Leyli Əliyeva təhsildə xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib



Oktyabrın 14-də Təhsil Nazirliyində dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatların təqdim olunması mərasimində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmiş A.Eminov adına şəhər 7 saylı tam orta məktəbin müəllimi Leyli Əliyeva da iştirak etmişdir.
Bu xoş xəbəri, bütövlükdə təhsilimizin uğuru kimi qəbul edirik. Leyli Əliyeva 2003-cü ildən çalışdığı bu məktəbdə biologiya fənnini tədris edir. Şagirdlərinə tədris etdiyi fənnin çətinliklərini və sirlərini öyrədən Leyli Əliyeva təhsildə xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Leyli Əliyeva bu mükafatın onun üçün böyük hədiyyə olduğunu bildirərək qeyd etdi: ”Əslində mən nəyəsə can atmıram. Sadəcə işimi görürəm. Mən pedaqoji işi, şagirdləri sevirəm. Onlara məqsədlərinə çatmaqda kömək edirəm. Çalışıram ki, mənim keçdiyim dərsdə hər bir şagird özünü sərbəst hiss etsin, nəyisə öyrənməyə onların daxilində təlabat yaransın. Müəllim-şagird ünsiyyəti düzgün qurulduqda bunu etmək, istədiyinə nail olmaq mümkündür”.
Çalışdığı məktəbin kollektivi də onun sevincinə şərikdir. Onlar Leyli Əliyevaya “Tərəqqi” medalının verilməsini məmnunluq hissi ilə qarşılayıb və bunu dövlətin təhsilə olan diqqət və qayğısı hesab edirlər.

Mənbə

Комментариев нет:

Отправить комментарий