вторник, 21 июня 2016 г.

Uşaqlar üçün təhlükəsiz davranış qaydaları

Uşaqlar üçün təhlükəsiz davranış qaydaları:
1-ci qayda. Uşaqlar siqaret çəkməməlidilər:bu onların sağlamlığı üçün təhlükəlidir.Başqasının siqaretininn tüstüsü ilə nəfəs almaq passsiv tütün çəkmək sayılır.Uşaqlar tütün çəkən böyüklərdən çəkməmələrini xahiş etməlidirlər və ya onlardan uzaqlaşmalıdılar.
2-ci qayda.Uşaqlar tərkibində alkoqol olan içkilər qəbul etməməlidilər,cünki alkoqol sağlamlıq üçün təhlükəlidir.
3-cü qayda.Uşaqlara dərmanları yalnız tibb bacısı,həkim və ya valideyn verə bilər.Uşaqlar dərman qutusundan dərmanları özbaşına götürməməlidirlər.Başqalarının dərmanlarını qəbul etmək olmaz.
4-cü qayda.Kimsə narkotik təklif etsə, hər zaman "yox" de. Narkotiklər qanunla qadağan olunub.Onlar insanın həyatı və sağlamlığı üçün təhlükəlidir.
5-ci qayda.İnqalyantlardan  istifadə sağlamlıq və həyat üçün təhlükəlidir.
Təzyiq dedikdə məcburiyyət , kiminsə iradəsinə və əqidəsinə zorakılıq başa düşülür. İnsanlar  intutiv şəkildə onlara göstərilən təzyiqi hiss edirlər və ona müqavimət göstərirlər.Təzyiqə olan müqavimətin nə dərəcədə uğurlu olması konkret olaraq hər bir insanın özündən asılıdır.Təzyiq müxtəlif şəkildə ola bilər. Misal üşün.o, yalnız kobud fiziki zorakılıq,şantaj və ya hədə-qorxu kimi deyil,xeyirxah dilətutma, öyüd-nəsihət,şirnikləndirici təklif kimi həyata keçə bilər.

Комментариев нет:

Отправить комментарий